Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-55/2024 21.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatda olmaqla, İmişli şəhəri, Xəqani küçəsi ev 52 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuşdur ona görə ki, 0, 02 oktyabr 2023-cü il tarixdə saat 17:15-də İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində X4 ilə birlikdə İmişli rayonu, Xəqani küçəsində narkotik vasiə istifadə edərkən yaxalanmış və polis şöbəsində hər iki şəxsin üzərində aparılan şəxsi axtarış zamanı X4nun əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən qızılı rəngli bükümdə şəxsi istehlak miqdarında , yəni 0,037 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18\971 nömrəli ekspert rəyindən görünür ki, Şəxs əynində olan cins şalvarın sağ cibindən götürülmüş 1 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulada narkotik vasitə heroin izi vardır, iz mikohissəcikləri normal çəki təşkil etmədiyindən iz mikrohissəciklərinin miqdarını və hərn hansı bir maddə ilə eyniliyini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 X3 X1 21 noyabr 2023-cü il tarixli, 7605 nömrəli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunan inzibati xətanı törətməsini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkdiyini bildirmiş, hal-hazırda narkotik vastiə istifadə etmədiyini, ambulator müalicəyə ehtiyac olmadığını və məhkəmədən müvafiq inzibati xətanı törətməyə görə barəsində yüngül cəza təyin olunmsını xahiiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı və iş materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxsn əməlindən səmimi peşmançılığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası İXM-nin 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-55/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-55/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver