Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-550/2023 17.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkəməsinin hakimi X1, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə İmişli Rayon Məkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə tərtib olunmuş xx.xx.2023cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İş materialları ilə müəyyən olur ki, inzibati xəta hadisəsi Beyləqan rayonu ərazisində baş vermişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatları əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qeydə alındığı yer ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 106. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Maddə 109.1.6. Protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında hakim qərardad qəbul edir. Maddə 110.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Maddə 110.3. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Maddə 112.4. İnzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xəta hadisəsi Beyləqan rayonu ərazisində baş vermiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qeydə alındığı yer ünvan 1 ünvanıdır. Lakin, iş materialları ilə müəyyən olur ki, inzibati xəta haqqında protokol Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən inzibati xətalar haqqında qanunun tələblərinə müvafiq olaraq tərtib edilməmiş və aidiyyat qaydalarına düzgün əməl edilmədən İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə toplanmış inzibati icraat materialı baxılması üçün ərazi aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 112 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə toplanmış inzibati icraat materialı baxılması üçün ərazi aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi və ya təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-550/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-550/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver