Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-553/2023 17.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Şəxs barəsində İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyinə görə İmişli RPŞ-nin DYP Bölməsi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından Şəxs tərəfindən şikayət verilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(036)-175/2023 saylı qərarı ilə şikayət təmin edilimiş və Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(036)-175/2023 saylı qərarından Bakı şəhər DYPİ tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-133/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş və İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(036)-175/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsinin dispozisiyasında inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarın 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, Şəxs narazı qaldığı qərardan şikayət verməsi ilə əlaqədar olaraq qərarı icra etməməsi üçün qanunu əsası olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, İmişli RPŞ-nin DYP Bölməsi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokolun əsasını təşkil edən Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş və hazırda qüvvədə olmadığından, həmin qərar əsasında tərtib olunmuş inzibati xəta haqqında protokolun da heç bir hüquqi qüvvəsi yoxdur. Ona görə də, İmişli RPŞ-nin DYP Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7, 110, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İmişli RPŞ-nin DYP Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-553/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-553/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver