Məhkəmə qərarları › İş №3(036)-558/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-558/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-558/2023 22.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, tələbkar Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Füzuli rayonunun Dövlətyarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, Füzuli rayonunun Dövlətyarlı kəndində qeydiyyatda olmaqla İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi, ev 43 ünvanında yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-3710/2015 saylı icra sənədini üzrlü səbəblər olmadan icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-3710/2015 saylı icra sənədi üzrə aliment borcundan ümumilikdə 3340 manat ödəmiş etmiş, qalan 26360 manat məbləğində borcunu isə maddi imkanının aşağı səviyyədə olması səbəbindən ödəyə bilməmişdir. İcra sənədi üzrə tələbkara olan aliment borcunu ödəmək iqtidarında olmadığından icra məmurunun çağırışlarına gəlməmişdir. Maddi imkanı yaxşılaşdıqdan sonra icra sənədinin icrasını təmin edəcəkdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmədə izahat verərək göstərdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-3710/2015 saylı qətnaməsinə əsasən Şəxs birgə nikahlarından doğulmuş Çinarə, Samirə və Mirzə adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cəmi 324 manat məbləğində aliment tutulub onun xeyrinə ödənilməlidir. Lakin, Şəxs məhkəmənin qətnaməsinə və uşaqlarının saxlanılmasına biganə yanaşaraq aliment öhdəliklərini icra etməmiş, hazırda ona 26360 manat aliment borcu yaranmışdır. Uşaqları tək böyütmək onun üçün çox çətindir. Odur ki, qeyd olunanları nəzərə alıb, borclunun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-3710/2015 saylı icra sənədinin icrası üçün heç bir təşəbbüs göstərməmiş, əksinə icra məmurunun çağırışlarına gəlməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun tələbkara 26360 manat məbləğində ödənilməyən aliment borcu vardır. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrasından yayınmışdır. Bu səbəbdən də borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-3710/2015 saylı icra sənədi ilə müəyyən olur ki, Şəxs üç uşağın saxlanılması üçün hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 324 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2016-cı il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixli xəbərdarlıqlar ilə borclu icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarxli qərarı ilə borclu Şəxs barəsində axtarış elan edilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-3710/2015 saylı icra sənədi üzrə borcun ödənilməsi barədə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etməmişdir. Ona görə də, Quliyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 22 may 2023-cü il tarixdən, saat 13:05-dən hesablansın. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar