Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-559/2023 08.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər Binəqədi Rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Binəqədi Rayon DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.2-ci maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol üzrə Bakı şəhər Binəqədi Rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə 600 manat məbləğində cərimə olunmuşdur. X2 həmin qərardan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Kamaz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətədə olarkən Bakı şəhər Binəqədi rayon DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq avtomobili tərəziyə aparılmışdır. Avtomobili tərəzidə çəkildikdən sonra yükünün artıq olması bildirilməklə barəsində protokol tərtib olunmuş və həmin protokol üzrə 600 manat məbləğində cərimə olunmuşdur. O, etiraf edir ki, idarə etdiyi avtomobili normadan artıq yükləmişdir. Lakin, Bakı şəhər Binəqədi Rayon DYPŞ-nin əməkdaşları ona qarşı qanunazidd hərəkətlər etdiyinə görə qərardan şikayət vermişdir. Məhkəmə iclasında X2 yuxarıda təsvir olunan inzibati xətanı törətməsini etiraf edərək özünü təqsirli bilməsi ilə bağlı verdiyi izahatı, iş materialları və işin araşdırırlan hallarından müəyyən olunmuşdur ki, X2 idarə etdiyi “Kamaz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında yol nişanlarının tələblərinə riayət etmədən idarə etmişdir. İş materialları ilə müəyyən olur ki, Bakı şəhər Binəqədi Rayon DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.2-ci maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol mübahisələndirilməmiş və hazırda qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.2-ci maddələrinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə və iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X2 şikayətinin dəlillərini və mübahisələndirdiyi qərarın ləğv olunması üçün başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X2 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol üzrə Bakı şəhər Binəqədi Rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır, onun ləğvi üçün əsaslar mövcud deyildir. Ona görə də X2 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Bakı şəhər Binəqədi Rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-559/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-559/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver