Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-56/2024 01.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakı ilə , 18 sentyabr 1985-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, İmişli şəhəri, T.İsmayılov küçəsi ev-20A ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Prokuroru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələri ilə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuşdur ona görə ki, Şəxs 5 oktyabr 2023cü il tarixdə, saat 14:20-də İmişli Rayon İcra Hakimiyyəti binasına gələrək, orada İcra Hakimiyyəti aparatının X1 və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri vəzifəsində işləyən X2nun xidməti iş otağına girərək qızının əməliyyatı üçün 500 manat pul istəmiş, İltizam Quliyev İcra Hakimiyyətinin büdcəsinin olmamasını və İcbari Tibbi Sığortaya müraciət edə biləcəyini bildirdikdə sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, sonuncu ona xidməti otağını tərk etməsini bildirdikdə üzərinə hücum çəkərək qəsdən İltizam Quliyevin sifət nahiyəsindən 2-3 dəfə şillə ilə vurmuş, sonra bogaz nahiyəsindən boğmaqla sağ gözün bayır bucaq nahiyəsində sıyrıqlarla müşayiət olunan, dərəcəsi təyin edilməyən xəsarətlər yertirməklə xidməti otaqda yerləşən iki ədəd stulu qırmış, səs-küyə gələn polis əməmkdaşı onu İcra Hakimiyyətinin binasından bayıra çıxardıqdan sonra o, qanunsuz əməllərini davam etdirərək üzərində olan, özünə məxsus “Samsunq A 10” markalı mobil telefonu İltizam Quliyevin xidməti otağının pəncərəsinə atmaqla pəncərənin şüşəsini sındıraraq və jalüz pərdənin cıraraq İcra Hakimiyyətinin təsərrüfatına ümumilikdə 250 manat ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələri ilə özünü təqsirli bilərək, qeyd olunan inzibati xətaları yuxarıda göstərilən qaydada törətməsini etiraf edib, peşmançılıq çəkməsini və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək, İmişli Rayon İcra Hakimiyyəti aparatının X1 və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri vəzifəsində işləyərkən, Şəxs 5 oktyabr 2023-cü il tarixdə, saat 14:20-də İmişli Rayon İcra Hakimiyyəti binasında ona qarşı yuxarıda göstərilən inzibati xətaları törətməsini təsdiq etmişdir. İş materialları ilə müəyyən olunur ki, 05 oktyabr 2023-cü il tarixli qərarla Şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülmüş, 01 dekabr 2023cü il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. 20 oktyabr 2023-cü il tarixli məhkəmə-kimyavi ekspertizasının nəticəsinə görə Şəxs qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur tuşusu törəmələri, alkaloidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metafetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid aşkar edilməmişdir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 3105 saylı rəyi ilə müəyyən olunur ki, Şəxs hal-hazırda “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” psixioloji durumu müəyyən edilir.Lakin, bu şəxsin müvafiq əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmasına mane olmur. Buna görə də, Şəxs ittiham olunduğu əməl üzrə anlaqlı hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta hesab olunur. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edib və işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyini nəzərə alaraq, onun barəsində daha ciddi xəta olan İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, Vətən Müharibəsi qazisi olması və “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını məsuliyyəti yüngülləşdirən hallar olaraq nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli bilinib, inzibati tənbeh tədbiri növündə 300 ( üç yüz) manat cərimə edilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-56/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-56/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver