Məhkəmə qərarları › İş №3(036)-578/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-578/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-578/2024 19.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Ağstafa rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağstafa rayon Prokurorluğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, 24-1-2-2-404-1011-2 nömrəli inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından da görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, məmmədov Pərviz Əziz oğlunu xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X3 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fəhlə kimi işə götürərək, Ağstafa rayonunun müxtəlif kəndlərində "xxxx" MMC-nə məxsus internet dirəklərinin basdırılması işinə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəlb etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı Ağstafa rayonu ərazisində törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göründüyü kimi İXM-in 110.1-ci maddəsi inzibati xəta hadisələrinə onun törədildiyi yerin məhkəməsində baxılmasını kifayət qədər aydın, dəqiq və birmənalı şəkildə nəzərdə tutulmuşdur. Bu maddədə hüquqi şəxsin törətdiyi inzibati xəta ilə bağlı işə baxılmasının fərqli qaydası və yaxud hər hansı istisnalar nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, vahid məhkəmə təcrübəsinin təmin edilməsi məqsədilə işə Ağstafa Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Elektron Məhkəmə Sistemində (https://e-mehkeme.gov.az/Public/Anonymizedecisions) İXM-nin 192.1-ci maddəsi ilə əlaqədar inzibati xətalara dair işlərin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu ərazinin yurisdiksiyası üzrə məhkəməyə işlərin aidiyyəti üzrə göndərilməsi barədə birinci instansiya məhkəmələrinin qərardadları, hətta həmin aidiyyətin mübahisələndirilməsi ilə əlaqədar qəbul edilmiş apellyasiya instansiya məhkəmələrinin qərarları mövcuddur. Həmin qərarlarda da formalaşmış məhkəmə praktikasına əsasən işə hüquqi şəxsin qeydiyyata alındığı yerin məhkəməsi tərəfindən deyil, şəxslərin əmək müqaviləsi üzrə hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu ərazinin məhkəməsi tərəfindən baxılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112, 114-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024cü il tarixli, 24-1-2-2-404-1011-2 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqınd qərarı və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar