Məhkəmə qərarları › İş №3(036)-579/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-579/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-579/2024 30.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Cəlilabad rayonu, Şiləvəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, Cəlilabad rayonu, Şiləvəngə kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq М Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 00:20 radələrində “MAN TGA 18.440 yük markalı”, **-NV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Hacıqabul-Horadiz yolunun 92-ci km-də idarə edən zaman Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsini , yəni bu məcəlləinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə) il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi halına yol vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, ailə üzvləri birlikdə Cəlilabad rayonu, Şiləvəngə kəndində yaşayır. Hazırda işləmir. O, xx.xx.2024-cü il tarixdə, saat 00:20 radələrində “MAN TGA 18.440 yük markalı” **-NV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İmişli rayonu, Çaxırlı kəndi ərazisində yerləşən karxanadan yük yükləyərək. Həmin karxanada tərəzi olmadığı üçün kənar kənar karxanaya getmişdir. Həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tanış olaraq qeyd etmişdir ki, o, etmiş olduğu inzibati xətanı etiraf edir və əməlindən peşman olmuşdur. İş materialları ilə müəyyən olur ki, İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş ********* saylı, xx.xx.2024-cü il tarixli qaimə ilə müəyyən olur ki, “MAN TGA 18.440 yük markalı” **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil 8 № li X1 tərəzi yoxlanışı zamanı oxlarının sayı 5 ədəd olmaqla, ümumi çəkisinin 42565 kg olduğu müəyyən edilmişdir. Göründüyü kimi ““MAN TGA 18.440” avtomobilin çəkisi qanunla müəyyən edilmiş normadan artıq olmuşdur. İş materiallarında olan “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 0188/3-2024 saylı şəhadətnamə ilə müəyyən olunur ki, CAS NT-501A adlanan, zavod nömrəsi ********* elektron avtomobil tərəzisinin son yoxlama tarixi xx.xx.2024-cü il olmaqla, xx.xx.2025 tarixdədək istifadə oluna bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin maddəsinin xx.xx.2024-cü il tarixə qədər olan redaksiyasına əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd olunur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “MAN TGA 18.440 yük markalı”, **-NV-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, Hacıqabul-Horadiz yolunun 92 km-də hərəkətdə olarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərini nəqliyyat vasitələrini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə etmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Şəmsəddin Xaləddin oğlu inzibati xətanı xx.xx.2024-cü il tarixdə törətməsinə baxmayaraq, ona İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən xx.xx.2024-cü il tarixdən sonrakı və hazırda qüvvədə olan redaksiyası tətbiq edilərək, 1200 manat məbləğində cərimə edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri və onun şəxsiyyəti nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilsin. Qərardan onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar