Məhkəmə qərarları › İş №3(036)-580/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-580/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-580/2023 05.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə İmişli Rаyon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində ticarət qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC-yə məxsus İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Şəxs marketdə xx.xx.2023-cü il tarixdə “LOL BEBEK” adlı uşaq oyuncağının qiymət kazğızında qimətinin 6 manat göstərilməsinə baxmayaraq, kassada 11.99-manatdan hesablanaraq satılmasına görə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 izahat verərək göstərdi ki, vətəndaş Şahid müraciətinin araşdırılması nəticəsində, Şəxs MMC-yə məxsus İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Şəxs marketdə xx.xx.2023-cü il tarixdə “LOL BEBEK” adlı uşaq oyuncağının qiymət kazğızında qimətinin 6 manat göstərilməsinə baxmayaraq kassada 11.99-manatdan hesablanaraq satılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, inzibati xəta hadisəsinin olmasının təsdiq edən sübutlar şübhəlidir və kifayət qədər mötəbər deyildir. İş materiallarında bir ədəd satış çeki və oyuncaq şəkli olan 3 ədəd foto əlavə edilmişdir. Həmin oyuncaq şəkli olan fotoşəklin nə zaman çəkildiyi, hansı mağazada çəkildiyi, Şəxs MMC-nin mağazasında, yoxsa başqa supermarketdə çəkildiyi, həmçinin oyuncaq şəklinin, materiallarda olan satış çekini əks etdirib-etdirməməsi qeyri-müəyyən olmaqla şübhəli haldır və kifayət qədər sübutlarla əksini tapmamışdır. Həmçinin inzibati xəta haqqında protokolda fotoşəklin çəkilməsində istifadə olunmuş xüsusi texniki vasitənin növü, tipi son dəfə müqayisəli dövlət yoxlamasından keçməsini, metroloji sınaqdan keçməsini təstiq edən sənədlər və ya qeydlər əks etdirilməmişdir. Buna görə də, onların heç bir təqsiri olmadığına görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin İmişli şəhəri, H.Əliyev prospektində yerləşən mağazasında aldığı uşaq oyuncağının məhsul rəfindəki qiyməti 6 manat, kassa qəbzində isə 11.99 manat olaraq göstərilmişdir. O, bu barədə dərhal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə məlumat vermişdir. İş nateriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə çəkilmiş uşaq oyuncağı fotoşəkli ilə müəyyən olunur ki, qeyd olunan uşaq oyucağının məhsul rəfindəki qiyməti 6 manat olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-yə məxsus **********12712 nömrəli kassa çekində qeyd olunan uşaq oyuncağının qiyməti 11.99 manat məbləğində göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə görə mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsi Maddə 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddə 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Maddə 18.5. bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə işin faktiki hallarina qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında təklif edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi tərəfindən etirazın əsasları barəsində heç bir sübut təqdim olunmamışdır. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə tənbeh edilməlidir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin aşağı həddində tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq , məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 4000 manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar