Məhkəmə qərarları › İş №3(036)-582/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-582/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-582/2024 30.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Kürdəmir Rayon Polis Şöbəsinin X7 Xidmətinin baş inspektoru polis kapitanı Şahin Bayramovun inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, TP ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş Azərbaycan Respublikası Kürdəmir Rayon Polis Şöbəsinin X7 Xidmətinin baş inspektoru polis kapitanı Şahin Bayramovun xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 ərizə ilə məhkəməyə müraciət edərək şikayət ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayət ərizəsini araşdırıb, şikayət vermiş şəxs X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətini geri götürdüyünü bildirməklə şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birgə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Kürdəmir Rayon Polis Şöbəsinin X7 Xidmətinin baş inspektoru polis kapitanı Şahin Bayramovun inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, TP ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən surəti 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar