Məhkəmə qərarları › İş №3(036)-583/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-583/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-583/2024 18.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2-ci dərəcli əlil, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 147 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyənetdi: İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş saylı, 18 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində İmişli şəhəri, P.Həsənov küçəsi ev 147 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında aralarında yaranmış şəxsi münasibətlər zamanı döymüşdür. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində İmişli şəhəri, P.Həsənov küçəsi ev 147 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında aralarında yaranmış şəxsi münasibətlər zamanı döymüşdür. Araşdırma aparılmış, xəsarətin dərəcəsinə görə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Buna görə də Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 147 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Himayəsində iki azyaşlı uşağı var. 2-ci qrup əlildir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun barəsin İmişli rayon polis şöbəsinə vermiş olduğu ərizə ilə bağlı qeyd edir ki, o, həmin günü ailə üzvləri ilə bərabər toydan çıxaraq evə gəlmişdir. Küçəyə çatanda o, ailə üzvlərini taksidən düşürdüb həyətə saldıqdan sonra taksi sürücüsünün pulunu vermiş və daha sonra taksi sürücüsü maşını arxa-arxaya geri sürərək küçəyə çıxan zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs bu zaman öz avtomobili ilə küçənin başına gəlmiş və daha sonra siqnal verərək birinci onun keçməli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs biraz maşınını geri verməsini taksinin küçəyə çıxmasını və daha sonra onun sürməsini desə də Zərərçəkmiş şəxs birinci özünün keçəcəyini bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs elə maşında oturduğu vəziyyətdə yaxasından yapışaraq özünə doğru dartmış və birinci taksinin keçəcəyini demişdir. Ondan sonra maşını arxaya vermiş və taksi sürücüsü çıxıb getmişdir. Bundan sonra orada qonşuluqda yaşayan şəxslər onları aralaşdırmışdır. Zərərçəkmiş şəxs isə maşından düşərək evdən yaba götürərək üstünə hücum etmiş və onu yaba ilə vuracağını bildirmişdir. Daha sonra isə orada olan şəxslər onları aralaşdırmışdır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 147 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə İmişli rayon polis şöbəsinə vermiş olduğu ərizə ilə bağlı qeyd edir ki, həmin günü saat 21 radələrində o, özünə məxsus avtomobillə evə gələn zaman məhləyə çatıb küçəyə dönmüşdür. O, maşınla darvazanın qarşısında dayanıb qapının açılmasını gözdəmişdir ki, elə bu zaman irəlidən gələn “VAZ-2107” markalı ağ rəngli taksinin gəldiyini görmüşdür. Qonşuluğunda yaşayan Şəxs adlı şəxs onun üstünə gələrək maşını geri çəkməyini, həmin “VAZ-2107” markalı maşının birinci keçməli olduğunu bildirərək onunla mübahisə etməyə başlamışdır. O, maşında oturduğu vəziyyətdə Şəxs onu köynəyinin yaxasından tutaraq cırmış, onu nalayiq sözlərlə təhqir etmiş, yumruqla ona zərbələr vurmuşdur. O, çətinliklə də olsa maşını yolun kənarında saxlayıb aşağı düşmüşdür. Aşağı düşəndən sonra Şəxs valideyini gəlmiş və uşağına baş qoşmamağını xahiş etmiş və o, isə ona oğluna sahib çıxmasını bildirmişdir. Daha sonra evə gəlmişdir. Hal-hazırda Şəxs şikayətçidir. Odur ki, Şəxs barəsində qanuna müvafiq ciddi tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinin aidiyyəti əməkdaşına verilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 399 saylı məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət – boynun sağ yan səthinin aşağı hissəsində körpücüküstü sahədə sıyrıq bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən 2-ci dərəcəli əlildir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Kərimov X4 Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, onun orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olduğu üçün barəsində inzibati həbs tətbiq edilməsinin mümkün olmamasını, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar