Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-585/2024 22.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əhməd oğlunun iştirakı ilə, xx.xx.2001-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli şəhəri, Səttar Şirəliyev küçəsi, ev 0-da kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Əhməd oğlunun barəsində İmişli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İmişli Rayon Polis Şöbəsinin X1 Bölməsinin sahə rəisi, polis mayoru X7 tərəfindən Şəxs Əhməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 22 iyul 2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İmişli Rayon Polis Şöbəsinin X1 Bölməsinin sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib olunmuş 22 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Əhməd oğlu xx.xx.2024-cü il tarixdə saat 15:05 radələrində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və ictimai qaydanı kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əhməd oğlu özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, İmişli şəhəri, Səttar Şirəliyev küçəsi, ev 0 ünvanında yaşayır. Hazırda işsizdir. İmişli şəhərində yerləşən bazarda ticarət fəaliyyəti ilə məşğuldur. Bir nəfər şəxs mülki formada yaxınlaşaraq ondan alver edən zaman aralarında mübahisə yaranmışdır. Həmin şəxsi özündən asılı olmayaraq nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Həmin şəxs polis əməkdaşıdır. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini və atasının xəstə olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki, o, polis əməkdaşıdır. Həmin gün iş vaxtı olmadığı üçün bazara alver etmək məqsədi ilə getmişdir. Bazarda alver etmək üçün Şəxs Əhməd oğluna yaxınlaşmışdır. Şəxs ona heçnə satılmayacağını bildirmişdir. Bundan sonra Şəxs ilə aralarında mübahisə yaranmış və onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Odur ki, Şəxs Əhməd oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis Şöbəsinin X1 Bölməsinin sahə rəisi, polis mayoru X7 protokolun məzmununa uyğun izahat verərək Şəxs Əhməd oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 22 iyul 2024-cü il tarixli protokol tərtib olunduğunu bildirmiş və qərar qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, İmişli rayon polis şöbəsində PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Həmin gün İmişli rayon polis şöbəsində PPXB-nin polis nəfəri işləyən X5 ilə İmişli şəhəri, Q.İsmayılzadə küçəsində xidmətdə olan zaman bir nəfər şəxs yəni Şəxs Əhməd oğlu polis əməkdaşı olan X3 yaxasına əl ataraq mübahisə etmiş və onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Şəxs Əhməd oğlunu dəfələrlə nizam-intizama dəvət edilmiş və xəbərdarlıq olunsa da heç bir əhəmiyyət verməmişdir. İş üzrə şahid X5 ifadə verərək, şahid X4 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib edilmiş 22 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Əhməd oğlu xx.xx.2024-cü il tarixdə saat 15:05 radələrində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində uca səslə nalayiq ifadələr işlətməsinə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, şahidlərin ifadələri və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Əhməd oğlu ictimai qaydanı kobud surətdə pozmuşdur. İnsanların sıx toplaşdığı ərazidə - İmişli şəhəri, Q.İsmayılzadə küçəsində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs Əhməd oğlu fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), himayəsində üç azyaşlı övladının olmasını (İXM-32.2), ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Əhməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əhməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-585/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-585/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver