Məhkəmə qərarları › İş №3(036)-590/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-590/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-590/2024 25.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Beyləqan rayonu, İmamverdilər kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, İmamverdilər kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, Beyləqan rayonu, İmamverdilər kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2-ci qrup Qarabağ əlilidir. Hazırda işləmir. İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayan X4 yaşadığı evə tez-tez gedir. Əvvəllər onu xoş münasibətlə qarşılamışdır. Dəfələrlə ondan borc pul almış və geri qaytarmamışdır. Bir müddət sonra Zenfira Qarayeva onu evinə çağırmış və o da getmişdir. Həmin vaxt ona daş atmışlar və oda onlara daş atanda daş kameraya dəyərək sındırmışdır. Kameranı tama məqsədilə deyil, borcunu qaytarmadığı üçün qisas məqsədilə sındırmşdır. Kameranın sonradan yaxınlıqda yerləşən hərbi hissənin həyətinə atmışdır. Onun oğurluq niyyəti olmamışdır. Beləliklə o, inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində saat 01 radələrində evinin qarşısında quraşdırdığı kameranın monitorunda Şəxs kameranı əli ilə quraşdırdığı yerindən qırıldığını görmüşdür. Sonradan evin həyətinə çıxıb kameranın yerində olmadığını müəyyən etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Şəxs dəfələrlə gecə saat 2-3 radələrində gəlir narahat edir. Kameraları qopardır, yaxınlıqdakı hərbi hissənin həyətinə atır. N ədəd kameranı qırıb və ona ziyan vurub. Ondan şikayətçidir. Odur ki, Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X5 izahat verərək göstərmişdir ki, Tağıyev X3 Zenfira Vəli qızının yaşadığı evin qarşısında quraşdırılmış təhlükəsizlik kamerasını əli qırmışdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununlada barəsində 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, göstərilənlərə əsasən o, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı X8 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd olunmuşdur, onun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin İmişli RPİ-nə göndərilməsi qərara alınmışdır; İnzibati xəta haqqında protokolu tərtib edən şəxs İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib olunmuş 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xırda talama cinayət əməlini törətməsi göstərilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; Məhkəmə iclasında qırılmış kameranın son çəkdiyi video görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Tağıyev X3 Zenfira Vəli qızının yaşadığı evə gəlmiş, qapını döymüş, qapı açılmadıqda isə kameraya tərəf gələrək kameranın qoparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin çıxışını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətlərinin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixində saat İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən evə quraşdırılmış kameranı sındırmışdır. Göründüyü kimi Şəxs həmin kameranı oğurlaması, mənimsəməsi, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə talaması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, o, kameranı tamaq məqsədilə deyil, qisas məqsədilə sındırmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, o, kameranı sındıraraq, onu yaxınlıqda yerləşən hərbi hissənin həyətinə atmışdır. Kameranı heç bir tamaq məqsədi olmadan məhv etmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №-li qərarına əsasən:

1. Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür.

2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Qərarın hazırki işə tətbiqi zamanı belə məhkəmə belə nəticə gəlir ki, Şəxs əməli talam hesab edilə bilməz. Bundan başqa, Şəxs tərəfindən əməl gizli deyil, kameranın çəkdiyi bildiyi halda şüurlu formada aşkar şəkildə törədilmişdir. Mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama halı isə ümumiyyətlə əməldə aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar