Məhkəmə qərarları › İş №3(036)-591/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-591/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-591/2024 29.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli Rayon Polis X4 Bölməsinin sahə rəisi X5, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X12 iştirakı ilə, xx.xx.1966-cı il tarixdə İmişli rayonu, Cavadxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İmişli rayonu, Cavadxanlı kəndində qeydiyyatda olmaqla yaşayan X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X17 xx.xx.2024-cü il tarixində həmkəndlisi X3 qolundan vuraraq xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X17 məhkəmə iclasında izahat verib özünü təqsirli bilərək göstərmişdir ki, O, hazırda ailəsi ilə birlikdə İmişli rayonu, Cavadxanlı kəndində yaşayır. Ona dövlət tərəfindən ayrılmış Cavadxanlı kəndində pay torpağında əkdiyi yoncanın içərisindən bir ay bundan əvvəl Elmik Abbasov “Kamaz” markalı yük maşını ilə ot aparmış, maşının təkərlərinin izləri sahəni yararsız vəziyyətə salmış və oda bu barədə Elmik Abbasova bildirmişdir. Elmik Abbasova ona bildirmişdir ki, birdə təkrar olunmayacaq. O, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində həmin sahəyə gedərək görmüşdür ki, “Kamaz” markalı yük maşını və əlavə qoşqusu olan avtomaşın onun təzə əkilmiş sahəsinin düz ortası ilə gəlməsini görmüş və o, əli ilə işarə etmişdir ki, yük maşınını saxlasın. “Kamaz” markalı yük maşınının sürücüsü onun bu işarəsinə məhəl qoymayaraq “Kamaz” markalı yük maşınını saxlamamışdır. O, əlində olan yaba ilə “Kamaz” markalı yük maşınının ön şüşəsini sındırmışdır. Elmik Abbasov maşının qarşısından ona tərəf gəlmiş və oda əlində olan yabanın dəstəyi ilə Elmikin kürək nahiyəsinə vurmuş və bu zaman “Kamaz” markalı yük maşının sürücüsü maşını Elmikin torpaq sahəsinə sürmüşdür. O, həmin vaxt evinə getmiş və sonuradan ona məlum olmuşdur ki, polisə şikayət edilib. Sonunda, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Cavadxanlı kəndində yaşayır. Ona dövlət tərəfindən ayrılmış Cavadxanlı kəndində pay torpağında əkdiyi yoncanı picib pres bağlatdırmış və Şahmar adlı “Kamaz” markalı yük maşınının sürüçüsünə satmışdır. Şahmar adlı şəxslə xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində həmin sahəyə gedərək otu fəhlələr “Kamaz” markalı yük maşınına yükləyib çıxanda görmüşlər ki, getdikləri yola su buraxıblar və maşın kecə bilmir. O, həmkəndlisi X15 zəng edib, «yol sudu “Kamaz” markalı yük maşını getsə batacaq icazə ver sizin torpaq sahənizdən “Kamaz” keçsin» demişdir. Füzuli Usubov isə ona, «icazə vermirəm gəlib sənin başın partladacam» demişdir. O, görmüşdür ki, kecə bilmir bələdiyyə sədrinin müavini Amil adlı şəxsə, İcra nümayəndəsi Şıxəli adlı şəxsə zəng edərək, Füzuli Usubovdan icazə alsın. O, “Kamaz” markalı yük avtomobili ilə sonuçunun torpaq sahəsinin qırağından keçməsini bildirmişdir. Həmin şəxslər ona, «biz deyirik bizi eşitmir» demişlər. O, məcbur olub “Kamaz” markalı yük maşınının sürücüsünə Füzuli Usubovun torpaq sahəsinin qırağı ilə yavaş-yavaş sürüb yola çıxmasını bildirmişdir. Təxminən saat 13 radələrində X17 əlində yaba onlara yaxınlaşaraq kücə söyüşləri ilə təhqir etməyə başlamış və əlində olan yaba ilə “Kamaz” markalı yük maşınının ön güzgüsünü sındırmışdır. Daha sonra Füzuli Usubov onun üstünə gələndə o, əyilmiş, həmin vaxt Füzuli Usubovun əlindəki yaba ilə onun sağ qolundan, ayağından vuraraq onu döyməyə başlamışdır. Həmin vaxtı o, yıxılmış, Füzuli Usubov onun bədəninin hər yerindən vurmağa başlamışdır. O, Füzuli Usubovun əlindən qaçaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonunda, məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli rayon polis X4 bölməsinin sahə rəisi X9 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, X12 əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd olunmuşdur, onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin İmişli rayon polis X4 bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 10 iyul 2024-cü il tarixli 506/24 nömrəli rəyində göstərilmişdir ki, X3 kürəküstü nahiyədə qançır olmuşdur. Xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, X17 xx.xx.2024-cü il tarixində həmkəndlisi X3 qolundan vuraraq xəsarət yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; zərərçəkmiş şəxs X10 tərəfindən verilmiş ərizədən görünür ki, X10 həmin ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X17 ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X17 tərəfindən verilmiş ərizədən görünür ki, o özünü təqsirli bilir, X10 ilə barışmış və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan X12 törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə X17 tərəfindən X8 xəsarət yetirilməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X17 zərərçəkmiş şəxslə barışdığından İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cü maddəsinə əsasən barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - X17 zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar