Məhkəmə qərarları › İş №3(036)-593/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-593/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-593/2023 14.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İmişli RPŞ-nin DYPB-nin 28 aprel 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmişli RPŞ-nin DYPB tərəfindən 20 aprel 2023-cü il tarixdə X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol üzrə İmişli RPŞ-nin DYPB-nin 28 aprel 2023-cü il tarixli TP ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 50 manat məbləğində cərimə olunmuşdur. X4 həmin qərardan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 11-36 radələrində ona məxsus VAZ 2106 markalı ** BH *** nömrə nişanlı avtomobillə İmişli- Qaradonlu yolu ilə hərəkətdə olarkən İmişli RPŞ DYPB-nin inspektoru polis serjantı X5 tərəfindən saxlanılaraq telefonla danışdığı bildirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında İmişli rayon RPŞ-nin DYPB-nin rəisi polis polkovnik-leytenantı X1 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Halbuki onun inzibati xəta törətməsi heç bir sübutla təsdiq olunmur. Ona görə də hesab edir ki, qərar əsassızdır və ləğv edilməlidir. İşin məhkəmə baxışı zamanı X4 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, verdiyi şikayətdən imtina etdiyini göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından və işin araşdırırlan hallarından müəyyən olur ki, X4 xx.xx.2023-cü il tarixdə saat 11-36 radələrində idarə etdiyi “VAZ 2106” markalı ** BH *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən mobil telefonu əldə saxlamaqla ondan istifadə etmiş və o, bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş 20 aprel 2023-cü il tarixli İXP ******* saylı protokol üzrə İmişli RPŞ-nin DYPB-nin 28 aprel 2023-cü il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır, onun ləğvi üçün əsaslar mövcud deyildir. Ona görə də X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 İmişli RPŞ-nin DYPB-nin 28 aprel 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar