Məhkəmə qərarları › İş №3(036)-596/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-596/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-596/2024 05.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs İmişli Rayon Polis X3 Bölməsinin sahə rəisi X7, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakı ilə, xx.xx.1972-ci il tarixdə İmişli rayonu, Murğuzallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixində keçmiş həyat yoldaşı X2 qoluna və qarın nahiyyəsinə müxtəlif cür xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib özünü qismən təqsirli bilərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhər, Binəqədi rayonu, mədən 1, korpus 9 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə İmişli RPŞ-nə vermiş olduğu ərizə ilə bağlı bildirmişdir ki, Əlisəfa İmanovu tanıyır, onunla aralarında düşmənçilik və ədavət olmamışdır. Əlisəfa İmanov onun keçmiş həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə qaynatasının il dönümü ilə bağlı mərasimdə iştirak etmək üçün qızı Şəfiqə ilə birlikdə kəndə gəlmişdir. Qızının idarə etdiyi Hunday Sonata markalı avtomobillə yol gedən zaman yolun kənarında Tehranın oğlunu görmüşlər və qızı Şəfiqə avtomobili saxlayaraq onunla görüşmüşdür. Bu zaman Əlisəfa uzaqdan onları görüb idarə etdiyi maşınla sürətlə yanlarına gələrək yolu kəsmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Əlisəfa onun və qızının üzünə tüürmüş və sifətinə sillə ilə vurmuşdur. Sonra isə yerdən götürmüş olduğu ağacla onları vurmaq istəyən zaman qızı Şəfiqə əli ilə ağacı tutmuşdur. Daha sonra isə Əlisəfa ikinci dəfə ağacla qızı Şəfiqəni vurmaq istəyən zaman o, araya girmişdir. Həmin vaxtı Əlisəfa ağacla onun əlinə vurmuş və sonra isə onu yerə yıxaraq üzərinə hücum etmişdir. Qızı Şəfiqə onu Əlisəfanın əlindən almışdır. Əlisəfa avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. Həmin vaxtı orada bir neçə nəfər şəxs olmuş lakin onları tanımamışdır. Sonunda, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, ailə üzvləri ilə birlikdə İmişli rayonu, Murğuzallı kəndində yaşayır. Şəfiqə və Raziyyəni tanıyır, onlarla düşmənçiliyi və ədavəti olmamışdır. Şəfiqə və Raziyyənin onun oğlu Tehranın evinə gəlib-getdiyi üçün o, buna bir neçə dəfə etiraz etmişdir. 14 may 2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi avtomobillə evinin qarşısından keçərkən Şəfiqəni və Raziyyəni yolun kənarında nəvəsi Səfanın yanında görmüşdür. O, avtomobili saxlayıb onlara, nəvəsindən və ailəsində uzaq olmalarını demişdir. Həmin vaxtı Şəfiqə öz avtomobilindən dəyənək götürüb onun üstünə gəlmişdir. Şəfiqə dəyənəyi anası Raziyyəyə vermiş, Raziyyə həmin dəyənəklə onun üstünə hücum edib dəyənəklə sol qoluna və başına vurmuşdur. Şəfiqə isə dırnaqları ilə onun sifət nahiyəsinə, əlindəki bıçaqla sol qolunun dirsək nahiyəsinə və qarın nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra o, avtomobilinə əyləşib oradan çıxıb getmişdir. Mübahisə zamanı o, Şəfiqənin üzünə tüpürməmiş və onu ağacla vurub xəsarət yetirməmişdir. Həmin vaxtı orada nəvəsi Səfa olmuşdur. Sonunda, məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X3 Bölməsinin sahə rəisi X11 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X13 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd olunmuşdur, onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin İmişli rayon polis X3 bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X18 21 may 2024-cü il tarixli 301 nömrəli rəyində göstərilmişdir ki, X6 aşkar edilmiş xəsarətlər-təpə nahiyəsində solda, sağ burun-dodaq büküşü nahiyəsində, sifətin sol yarısında sıyrıqlar, sol bazunun aşağı, 1/3-nin arxa səthində qançır, qarnın ön divarında sol qabırğaltı nahiyədə, sol dirsək oynağının arxa səthində səthi yara bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəaritdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixində həyat yoldaşı X2 qoluna və qarın nahiyyəsinə müxtəlif cür xəsarətlər yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş ərizədən görünür ki, X9 həmin ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, X9 ilə barışmış və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X8 xəsarət yetirilməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cü maddəsinə əsasən barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar