Məhkəmə qərarları › İş №3(036)-597/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-597/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-597/2024 05.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs İmişli Rayon Polis X7 Bölməsinin sahə rəisi X13, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X9, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1962-ci il tarixdə İmişli rayonu, Murğuzallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olmaqla yaşayan X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X14 qızı X5 və keçmişhəyat yoldaşı X4 müxtəlif cür xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X14 məhkəmə iclasında izahat verib özünü təqsirli bilərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə İmişli rayonu, Murğuzallı kəndində yaşayır. Şəfiqə və Raziyyəni tanıyır, onlarla düşmənçiliyi və ədavəti olmamışdır. Şəfiqə və Raziyyənin onun oğlu Tehranın evinə gəlib-getdiyi üçün o, buna bir neçə dəfə etiraz etmişdir. 14 may 2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi avtomobillə evinin qarşısından keçərkən Şəfiqəni və Raziyyəni yolun kənarında nəvəsi Səfanın yanında görmüşdür. O, avtomobili saxlayıb onlara, nəvəsindən və ailəsində uzaq olmalarını demişdir. Həmin vaxtı Şəfiqə öz avtomobilindən dəyənək götürüb onun üstünə gəlmişdir. Şəfiqə dəyənəyi anası Raziyyəyə vermiş, Raziyyə həmin dəyənəklə onun üstünə hücum edib dəyənəklə sol qoluna və başına vurmuşdur. Şəfiqə isə dırnaqları ilə onun sifət nahiyəsinə, əlindəki bıçaqla sol qolunun dirsək nahiyəsinə və qarın nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra o, avtomobilinə əyləşib oradan çıxıb getmişdir. Mübahisə zamanı o, Şəfiqənin üzünə tüpürməmiş və onu ağacla vurub xəsarət yetirməmişdir. Həmin vaxtı orada nəvəsi Səfa olmuşdur. Sonunda, məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhər, Binəqədi rayonu, mədən 1, korpus 9ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə İmişli RPŞ-nə vermiş olduğu ərizə ilə bağlı bildirmişdir ki, Əlsəfa İmanovu tanıyır, onunla aralarında düşmənçilik və ədavət olmamışdır. Əlsəfa İmanov onun atasıdır. xx.xx.2024-cü il tarixdə babasının il dönümü ilə bağlı mərasimdə iştirak etmək üçün anası Raziyyə ilə birlikdə kəndə gəlmişdir. İdarə etdiyi Hunday Sonata markalı avtomobillə yol gedən zaman yolun kənarında ögey qardaşı Tehranın oğlunu görmüş və avtomobili saxlayaraq onunla görüşmüşdür. Bu zaman Əlsəfa uzaqdan onları görüb idarə etdiyi maşınla sürətlə yanlarına gələrək yolu kəsmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Əlsəfa onun üzünə tüürmüş və sifətinə sillə ilə vurmuşdur. Sonra isə yerdən götürmüş olduğu ağacla onu vurmaq istəyən zaman əli ilə ağacı tutmuşdur. Daha sonra isə Əlsəfa ikinci dəfə ağacla onu vurmaq istəyən zaman anası Raziyyə araya girmişdir. Həmin vaxtı Əlsəfa ağacla anasının əlinə vurmuş və sonra isə anasını yerə yıxaraq üzərinə hücum etmişdir. O, anası Raziyyəni Əlsəfanın əlindən almışdır. Əlsəfa avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. Əlsəfa İmanov onun sifətinə tüpürüb sillə ilə sifətinə vurmuşdur. Sonra isə ağacla başına vurduğu həmin ağac sağ əlinə dəymişdir. Həmin vaxtı orada bir neçə nəfər şəxs olmuş lakin onları tanımamışdır. Sonunda, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X7 Bölməsinin sahə rəisi X18 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, X9 əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd olunmuşdur, onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin İmişli rayon polis X7 bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X25 21 may 2024-cü il tarixli 301 nömrəli rəyində göstərilmişdir ki, X10 qızında aşkar edilmiş xəsarət-sol bazunun orta 1/3-nin ön səthində qançır bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəaritdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ bazunun orta 1/3nin arxa səthində qançır, sağ dirsək oynağının arxa səthində, onurğa sütunu boyunca bel fəqərələri proyeksiyasında və sol böyrək proyeksiyasında sıynqlar, sol əlin 2-ci barmağının 1-ci falanqası proyeksiyasında arxa və ovuc səthdə, 2-ci barmağın 2-ci falanqası proyeksiyasında arxa səthdə yaralar bərk küt əşyanın (əşyalann) təsirindən törənmişdir, müxtəlif şəraitdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, X14 xx.xx.2024-cü il tarixində qızı X5 və həyat yoldaşı X4 müxtəlif cür xəsarətlər yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Zərərçəkmiş şəxs X10 tərəfindən verilmiş ərizədən görünür ki, X11 həmin ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş ərizədən görünür ki, X8 həmin ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X14 tərəfindən verilmiş ərizədən görünür ki, o X8 və X10 ilə barışmış və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan X9 törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə X14 tərəfindən X4 və X6 xəsarət yetirilməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların birbiri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X14 zərərçəkmiş şəxslərlə barışdığından İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cü maddəsinə əsasən barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - X14 zərərçəkmiş şəxslərlə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar