Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-598/2024 24.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, X1, X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, X4 X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta üzrə başlanılmış icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: X6 məhkəməyə müraciət edərək, barəsində X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 11 iyul 2024-cü il tarixli İzibati tənbeh vermə haqqında Qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətininin (bundan sonra-Cəmiyyət) vəzifəli şəxsi (direktor) X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi İnzibati tənbeh vermə haqqında Qərarını onunla əsaslandırmışdır ki, Cəmiyyətin vəzifəli şəxsi X3 obyektlərində iaşə xidmətlərinin təşkili şöbəsinin aşpazı peşəsində çalışmış X5 əmək qaviləsinə xitam verildiyi sonuncu iş günü onunla son haqq-hesab aparılmasını təmin etməmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş dada ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin (bundan sonra-İdarə) MN ******* nömrəli, 11 iyul 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərarı qərəzli, əsassız və qanunsuz olduğundan ləğv olunmalı və inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Cəmiyyətin Dəniz obyektlərində iaşə xidmətlərinin təşkili şöbəsinin aşpazı peşəsində çalışmış X9 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanmda X13 Xidmətinin 142 Qaynar xəttinə müraciət edərək onun əmək müqaviləsinə hədə-qorxu yolu ilə xitam verildiyini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi 3-17-5/2-36273/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli sorğu məktubu ilə Cəmiyyətə müraciət etmiş və müvafiq sənədlər tələb olunmuşdur. Cəmiyyətin 135 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2-36273/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli sorğu məktubu cavablandırılmış və müraciətə dair izahat verilmişdir. Cəmiyyətin Dəniz obyektlərində iaşə xidmətlərinin təşkili şöbəsinin aşpazı peşəsində çalışmış X5 03 iyun 1024-cü il tarixli işdən çıxma ərizəsi və 150/k nömrəli, 03 iyun 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surəti cavab məktubuna əlavə olunmuşdur. 14 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin məsləhətçi-əmək müffəttişi Vüsal Musalı Cəmiyyətin əməkdaşlarına zəng edərək onlara qarşı kobudluq etmiş və işin mahiyyətinə aid olmayan sənədlər tələb etmişdir. O, Cəmiyyətin vəzifəli şəxslərini inzibati xəta haqqında icraata başlamaqla hədələmişdir. Qanunvericiliyə əsasən əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqanın sahibkarlıq sahəsində planlı və plandan kənar yoxlama aparmaq hüququ vardır. Lakin, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixə qədər dayandırılmışdır. Lakin, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi və rəhbərliyinin sərəncamını pozaraq sahibkarlıq sahəsində yoxlamalar aparır. Belə ki, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunvericilik ilə aparılan inzibati icraat zamanı vətəndaşın müraciətinə mahiyyəti üzrə baxmaq yerinə əmək qanunvericiliyi ilə bağlı kompleks yoxlama aparılır. Vətəndaşın müraciətində şikayət olunan və araşdırılması istənilən məsələ onun işdən azad olunması və bərpa ilə bağlı olsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2-36273/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli sorğu məktubu ilə onun bütün əmək fəaliyyətinə dair sənədlər tələb olunur. Bu cür araşdırmanın aparılması plandan kənar yoxlamanın aparılması yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi 3-17-5/2-38274/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli Bildiriş ilə Cəmiyyətin vəzifəli şəxslərini protokola baxışa dəvət etmişdir. Cəmiyyətə qarşı qərəzli münasibət göstərən məsləhətçi-əmək müfəttişi Vüsal Musalının qanunsuz hərəkəti ilə bağlı müraciət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və hərəkətsizlikləri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Nazirlik yanında X13 Xidmətinə və Xidmətin Bakı şəhər İdarəsinə müraciət olunmuşdur. Cəmiyyətin müraciətlər araşdırılmamış və qərəzli olaraq inzibati xəta haqqında icraat davam etdirilmişdir. Cəmiyyət tərəfindən Dəniz obyektlərində iaşə xidmətlərinin təşkili şöbəsinin aşpazı vəzifəsində çalışmış X5 işdən çıxma ərizəsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmri, məzuniyyət əmrləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Nazirlik yanında X13 Xidmətinə və Xidmətin Bakı şəhər idarəsinə təqdim olunmuş və Cəmiyyətin son haqqhesab üzrə borcunun olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi 3-17-5/2-45295/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli məktubla Dəniz obyektlərində iaşə xidmətlərinin təşkili şöbəsinin aşpazı peşəsində çalışmış X5 müraciəti əsasında aparılmış araşdırma zamanı ərizəçinin təqdim etdiyi bank terminalından əmək haqqı hesabından çıxarışdan və "xxxx" Qapalı Səhmdar Cəmiyyətininin məktublarından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş qaydada ona düşən bütün ödənişlərlər tam məbləğdə işdən çıxdığı gün verilmədiyi bildirilir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2-36273/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli sorğu məktubunun cavablandırıldığı Cəmiyyətin 135 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda Cəmiyyətin vəzifəli şəxsi barədə protokol tərtib olunmasına əsas hər hansı məlumat və sənəd olmamışdır. Əmək haqqının və son haq-hesabın düzgün hesablanmaması, onun vaxtında ödənilməməsi maliyyə və uçot sənədləri ilə təsdiq olunmalıdır. Bank terminalından emal olunan hesabdan çıxarış ciddi hesabat sənədi olmamaqla onun sübutetmə vasitəsi kimi qiymətləndirilməsi qanunsuzdur. Bank çıxarışında işçinin işlədiyi iş günlərinin və iş saatlarının sayı, məzuniyyət günləri, iş vaxtının uçot rejimi görsənmir. Buna görə də, həmin çıxarış ilə hər hansı gecikməni müəyyən etmək mümkün deyil. Mənbəyi məlum olmayan qanunsuz yolla əldə olunan sənədlər və saxtalaşdırılma ehtimalı olan dəlillər maliyyə sənədi kimi qiymətləndirilə bilməz. Maliyyə sənədləri rəsmi qurumlardan olunmadıqda sübut kimi qiymətləndirilə bilməz. İdarə tərəfindən son haqq hesabın gecikdirilməsi bağlı Cəmiyyətə və müvəkkil banka sorğu olunmamışdır. Əməkhaqqı və son haqq-hesabın düzgün hesablanıb-hesablanmaması və vaxtında ödənilib-ödənilməməsi ilə bağlı hər hansı icraat həyata keçirilmişdir. Əmək haqqı və son haqq-hesabın gecikdirilməsi ilə bağlı vətəndaşın müraciəti olmamışdır. İcraat mahiyyəti üzrə aparılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2-36273/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli sorğu məktubunda, 3-17-5/2-38274/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli Protokola dəvət bildirişində və 3-17-5/2-38274/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli Qərara dəvət bildirişində şkayətin nədən ibarət olması və işçinin hansı əmək hüquqlarının pozulduğu və hansı inzibati xətanın törədilməsində təqsirli hesab olunduğu bildirilmir. Cəmiyyətin vəzifəli şəxsinə protokol 09 iyul 2024-cü il tarixdə çatmışdır. Həmin vaxta məlum olmuşdur ki, idarə Cəmiyyəti nədə təqsirli hesab edir. Həmin tarixə qədər vəzifəli şəxsinin hərəkətlərindən və hərəkətsizliklərindən verdiyi şikayətlərə baxılmadan, onu rədd edən qərar qəbul edilmədən inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Bildirilir ki, X9 Cəmiyyətin 187/k nömrəli, xx.xx.2022-ci il arixli əmri ilə Dəniz obyektlərində iaşə xidmətlərinin təşkili şöbəsinə aşpaz peşəsinə qəbul edilmişdir. GC-073 nömrəli, xx.xx.2022-ci il tarixli yazılı əmək müqaviləsi ilə ona hər iş ili üçün 21 (iyirmi bir) təqvim günü əsas məzuniyyət, həmçinin 6 (altı) təqvim günü əmək stajına görə və 6 (altı) təqvim günü əmək şəraitinin ağır və zərərli olmasına görə əlavə məzuniyyət təyin olunmuşdur. X9 Cəmiyyətin 049/Ş nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə 33 (otuz üç) təqvim günü, 026/Ş nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə 15 (on beş) təqvim günü və 059/Ş nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə 18 (on səkkiz) təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. O, xx.xx.2022 - xx.xx.2023-cü iş ili üçün 33 (otuz üç) təqvim günü və xx.xx.2023 - 2024-cü iş ili üçün 33 (otuz üç) təqvim günü əmək məzuniyyətinə buraxılmış və ona çatası məzuniyət pulu hesablanaraq bank hesabına köçürülmüşdür. Qrafik üzrə 2024-cü ilin may ayı ərzində X9 məzuniyyət və hüquqlarından istifadə etmişdir. 01 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixə qədər istirahətdə olmuşdur. 13 may 2024-cü il tarixdən isə 059/Ş nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə 18 (on səkkiz) təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. 03 iyun 2024-cü il tarixdə təhkim olunduğu gəmiyə işə çıxmamış və işdən çıxmaq üçün ərizə təqdim etmişdir. Ərizədə işdən çıxma günü göstərildiyi üçün o, 03 iyun 2023-cü il tarixdə işdən çıxma ərizəsi ilə Cəmiyyətə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cəmiyyətin 150/k nömrəli, xx.xx.2024-cü il əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bildirilir ki, Cəmiyyət "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzən heyətinə iaşə xidməti göstərir və üzən heyətin tərkibinə aşpaz və stüardlar təyin edir. Buna görə də, üzən heyətin tərkibində xidmət aparan aşpaz və stüardlar üçün iş vaxtının illik cəmlənmiş uçotu rejimi tətbiq olunur. 2024-cü il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edilməsi haqqında 3-17/3-5-42/2024 nömrəli, 15 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən Qeydiyyat (uçot) dövründə iş vaxtınm müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olaraq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Cəmiyyətdə gündəlik iş vaxtının müddəti 12 saatdan və 2024-cü il üçün istehsalat təqximinə uyğun olaraq illik iş saatlarının sayı 1901 saatdan çox olmayan iş vaxtının illik cəmlənmiş uçotu rejimi tətbiq olunur. Cəmiyyət tərəfindən 2024-cü ilin iş qrafikinə uyğun olaraq X7 işlədiyi iş günləri və istifadə etdiyi məzuniyyət günlərinə görə əməkhaqqı və məzuniyyət pulları hesblanaraq ödənilmişdir. Onun əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixdə əmək haqqı və son haaq-hesab üzrə alacağı və istifadə etmədiyi məzuniyyət günləri olmamışdır. Sübutların kifayətliliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Yuxarıda qeyd olunan sübutlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 11 iyul 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərarının əsassız, qərəzli və qanunsuz olduğunu sübuta yetirir. Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə ünvanlanan şikayətlərə cavab olaraq Xidmətin 3-17-5/2- 46094/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli məktubunda bildiririlir ki, barəsində protokol tərtib olunmasına əsas kimi işçinin bank hesabından çıxarışda xx.xx.2024-cü il tarixdə onun hesabına hər hansı köçürmə olmadığı göstərilir. Azərbaycan Respublikasında əmək qanunvericiliyinə dövlət nəzarəti həyata keçirən orqanın vəzifəli şəxslərinin qanunvericiliyi bilməməsi təəssüf hissi yaradır. Belə ki, işçinin əmək haqqı, məzuniyyət, ezamiyyət və digər ödənclər üzrə hüquqlarından vaxtlı-vaxtında istifadə etməsi, bu səbəbdən işçinin işəgötürəndən hər hansı alacağının olmaması Xidmət tərəfindən təqdir ilə qarşılanmaq əvəzinə Cəmiyyətin vəzifəli şəxsləri barəsində cərimə tətbiq olunması qəbul edilməzdir. Eyni zamanda cərimə növündə 1200 manat məbləğinin tətbiq olunması ilə ən yüksək məbləğin tətbiq olunması inzibati xəta haqqında qərar qəbul edilərkən yüngülləşdirici və ağırlaşdırıcı halların nəzərə alınmaması Xidmətin qərəzli olmasını sübuta yetirir. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki. Cəmiyyət tərəfindən 2023 və 2024-cü illər əmək qanunvericiliyinin pozulmasına görə hər hansı məasuliyyətə cəlb olunmamışdır. Bu cür nümunəvi bir bir müəssisə barəsində bu qədər qərəzli münasibət Xidmətin tərəfsizliyi və Ədalətli olmaq prinsiplərini kobud şəkildə pozulmasıdır. Bununla yanaşı maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 6.1-ci bəndinin “İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir” tələbləri pozulmuşdur. İXM-nin 8.3-cü bəndinin “İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.” tələbləri pozulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqa zidd olmasıdır. Hüquqa zidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqa zidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqa zidd, qeyri-əxlaqi əməl başa düşülür. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqa zidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, nzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Lakin, idarə tərəfindən bu qeyd olunanlar müəyyən olunmamışdır. Göründüyü kimi, yuxanda qeyd edilənlərə əsasən X6 tərəfindən İXM-nin 192.4-cü maddəsinin tələblərinin pozulması faktı aşkar edilməmiş və onun əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Bu isə özü-özlüyündə inzibati xəta hadisəsinin olması faktını şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xətanın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında iddia təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 11 iyul 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərar ləğv edilərək, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin ******* nömrəli, 11 iyul 2024-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X15 X2 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin ərizəsini, X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 01 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabının hesablanıb ödənilmədiyi faktı aşkar edilərək qanuni pozuntuya yol verməsi əsas gətirilərək X4 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 11 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir; İşdə olan xx.xx.2022-ci il tarixli X5 ərizəsindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin Dəniz obyektlərində iaşə xidmətlərinin təşkili şöbəsinin DND gəmilərində xidmətlərin təşkili bölməsinə aşpaz peşəsinə qəbul edilməsini xahiş etmiş və onunla müddətli əmək müqaviləsi bağlanmasına etiraz etməmişdir; İşdə olan xx.xx.2022-ci il tarixli 187/k nömrəli əmək müqaviləsinin bağlanması haqqında əmrdən görünür ki, X9 xx.xx.2022-ci il tarixdən "xxxx" QSC-nin Dəniz obyektlərində iaşə xidmətlərin təşkili bölməsinə aşpaz peşəsinə qəbul edilmişdir. Əmək haqqı xx.xx.2022-ci il tarixli ştat cədvəlinə müvafiq təyin edilmişdir; İşdə olan xx.xx.2023-cü il tarixli 049/ş nömrəli əmək məzuniyyəti haqqında əmrdən görünür ki, X9 "xxxx" QSC-nin Dəniz obyektlərində iaşə xidmətlərin təşkili şöbəsinin aşpazına xx.xx.2022 – xx.xx.2023-cü iş ilinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 33 təqvim günü əmək məzuniyyəti verilməsi, (21 təqvim günü əsas, 6 təqvim günü əmək şəraitinə görə, 6 təqvim günü əmək stajına görə, 9 May Faşizm üzərində Qələbə günü, 28 May Respublika günü) xx.xx.2023-cü il tarixində iş başlaması qərara alınmışdır; İşdə olan xx.xx.2024-cü il tarixli 026/ş nömrəli əmək məzuniyyəti haqqında əmrdən görünür ki, X9 "xxxx" QSC-nin Dəniz obyektlərində iaşə xidmətlərin təşkili şöbəsinin aşpazına xx.xx.2023 – xx.xx.2024-cü iş ilinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 15 təqvim günü əmək məzuniyyəti verilməsi, (9 təqvim günü əsas, 3 təqvim günü əmək şəraitinə görə, 3 təqvim günü əmək stajına görə, 20-24 Mart Novruz bayramı) xx.xx.2024-cü il tarixində işə başlaması qərara alınmışdır.; İşdə olan xx.xx.2024-cü il tarixli 059/ş nömrəli əmək məzuniyyəti haqqında əmrdən görünür ki, X9 "xxxx" QSC-nin Dəniz obyektlərində iaşə xidmətlərin təşkili şöbəsinin aşpazına xx.xx.2023 – xx.xx.2024-cü iş ilinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 18 təqvim günü əmək məzuniyyəti verilməsi, iş, (12 təqvim günü əsas, 3 təqvim günü əmək şəraitinə görə, 3 təqvim günü əmək stajına görə, 28 May Respublika günü) xx.xx.2024-cü il tarixində işə başlaması qərara alınmışdır; İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X9 tutduğu vəzifədən azad edilməsini, ərizəni könüllü şəkildə hər hansı fiziki və psixoloji təhdid olmadan imzalamış və "xxxx" QSC-yə qarşı heç bir tələbi və iddiası yoxdur; İşdə olan xx.xx.2024-cü il tarixli 150/k nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, X9 "xxxx" QSC-nin Dəniz obyektlərində iaşə xidmətlərinin təşkili şöbəsinin aşpazı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdən xitam verilmiş və xx.xx.2022-ci il tarixdən – xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 0 təqvim günü pul əvəzi ödənilmişdir; İşdə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, X5 hesabına 868,42 (səkkiz yüz altmış səkkiz manat qırx iki qəpik) manat məbləğində pul köçürülmüşdür; İşdə olan "xxxx" QSC-nin direktoru tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Dəniz obyektlərində iaşə xidmətlərinin təşkili şöbəsinin işçilərinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr üçün iş qrafikindən görünür ki, X9 üçün xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri istirahət günü olmuşdur. X5 xx.xx.2024-cü il tarixli 19MNY7Z240002 nömrəli müraciət vərəqəsindən görünür ki, o, 1 saylı Bakı Dost Mərkəzinə əmək qanunvericiliyinin pozulması barədə müracitə etmişdir. X5 X11 verdiyi izahatda bildirmişdir ki, o, "xxxx" QSC-də aşpaz vəzifəsində fəaliyyətə başlamışdır. xx.xx.2024-cü il tarixdə ona məcbur və təzyiq altında işdən çıxma ərizəsi yazdırmışlar. Bildirir ki, ona son haqq-hesab işdən çıxarkən ödənilməmişdir. Bununla bağlı xahiş etmişdir ki, ona ödənilməli olan ödənişlər tam şəkildə ödənilsin. Həmçinin, müəssisənin İnzibati Xətalar Məcəlləsinə uyöun olaraq inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmasını və işə bərpa olunmasını xahiş etmişdir. "xxxx" ASC tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, X7 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək haqqı, mükafat və məzuniyyət üçün ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 Cəmiyyətin 187/k nömrəli, xx.xx.2022-ci il arixli əmri ilə Dəniz obyektlərində iaşə xidmətlərinin təşkili şöbəsinə aşpaz peşəsinə qəbul edilmişdir. X9 Cəmiyyətin 049/Ş nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə 33 (otuz üç) təqvim günü, 026/Ş nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə 15 (on beş) təqvim günü və 059/Ş nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə 18 (on səkkiz) təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. O, xx.xx.2022 - xx.xx.2023-cü iş ili üçün 33 (otuz üç) təqvim günü və xx.xx.2023 - 2024-cü iş ili üçün 33 (otuz üç) təqvim günü əmək məzuniyyətinə buraxılmış və ona çatası məzuniyyət pulu 868,42 (səkkiz yüz altmış səkkiz manat qırx iki qəpik) manat məbləğində pul köçürülmüşdür. Qrafik üzrə 2024-cü ilin may ayı ərzində X9 məzuniyyət və hüquqlarından istifadə etmişdir. 03 iyun 2024-cü il tarixdə təhkim olunduğu gəmiyə işə çıxmamış və işdən çıxmaq üçün ərizə təqdim etmişdir. Ərizədə işdən çıxma günü göstərildiyi üçün o, 03 iyun 2023-cü il tarixdə işdən çıxma ərizəsi ilə Cəmiyyətə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Bundan sonra X9 1 saylı Bakı Dost Mərkəzinə əmək qanunvericiliyinin pozulması barədə müraciət etmişdir. X5 X11 verdiyi izahatda bildirmişdir ki, o, "xxxx" QSC-də aşpaz vəzifəsində fəaliyyətə başlamışdır. xx.xx.2024-cü il tarixdə ona məcbur və təzyiq altında işdən çıxma ərizəsi yazdırmışlar. Bildirir ki, ona son haqq-hesab işdən çıxarkən ödənilməmişdir. Bununla bağlı xahiş etmişdir ki, ona ödənilməli olan ödənişlər tam şəkildə ödənilsin. Həmçinin, müəssisənin İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmasını və işə bərpa olunmasını xahiş etmişdir. Ərizəyə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 11 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə X4 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 11 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olmuşdur. Belə ki, həmin qərar X4 ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə 150/k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilməsi zamanı son haqq-hesab ödənilməməsinə istinad edilərək qəbul edilsə də, son haqq-hesab ödənilməməsi məsələsi kifayət qədər araşdırılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli 059/ş nömrəli əmək məzuniyyəti haqqında əmrlə X9 "xxxx" QSC-nin Dəniz obyektlərində iaşə xidmətlərin təşkili şöbəsinin aşpazına xx.xx.2023 – xx.xx.2024-cü iş ilinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 18 təqvim günü əmək məzuniyyəti verilməsi, iş, (12 təqvim günü əsas, 3 təqvim günü əmək şəraitinə görə, 3 təqvim günü əmək stajına görə, 28 May Respublika günü) xx.xx.2024-cü il tarixində işə başlaması qərara alınmışdır və ona 868,42 (səkkiz yüz altmış səkkiz manat qırx iki qəpik) manat məbləğində pul ödənilmişdir. İş qrafikinə əsasən X9 üçün xx.xx.2024 – xx.xx.2024cü il tarixləri istirahət günü olmuşdur. Həmçinin həmin günlər həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir. 3 iyun 2024-cü il tarixində isə X9 öz ərizəsinə əsasən işdən azad edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, işəgötürən tərəfindən X9 ödənilməli olan məzuniyyət pulu və əmək haqqı digər ödənişlər ödənilmişdir. xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə isə X9 işdə hesab olunmadığı üçün ona əmək haqqının hesablanmaması qanuni və əsaslı olmuşdur. X9 inzibati orqana müraciət edərək, son haqq-hesab işdən çıxarkən ödənilməməsini iddia etmişdir. Lakin inzibati orqan tərəfindən haqq-hesab ödənilməməsi halının nədən ibarət olması araşdırılmamış və nəticədə 11 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, həmin qərar kifayət qədər əsaslandırılmamış, hansı ödənişlərin və nə qədər məbləğdə ödənilməli olduğu halda buna əməl edilməməsi nə inzibati xəta haqqında protokolda və nə də xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilməmişdir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə, hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməli və inzibati xəta üzrə başlanılmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilsin. X4 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta üzrə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-598/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-598/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver