Məhkəmə qərarları › İş №3(036)-599/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-599/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-599/2024 20.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs – İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, İmişli şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* №-li, xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə İmişli şəhəri N.Savalanov küçəsində yerləşən “Ramaşka” adlanan marketin qapısını sındıraraq İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinə baxılması üçün inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs İmişli şəhəri N.Savalanov küçəsində yerləşən “Ramaşka” adlanan marketin qapısını sındıraraq İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İmişli Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən 22 iyul 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarın surəti əməli törədən şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı xidmət sahəsinə həvalə edilmişdir. Həmin qərar əsasında tərəfindən protokol tərtib edilmişdir. Məhkəmədən protokolun təmin edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə şikayət etdiyi Şəxs onun qaynıdır. X3rdaşıdır. O, hal- hazırda istifadədə olan “Romaşka market” adlandırılan ictimai iaşə obyekti arvadı Ülviyyəyə məxsus olmuşdur. Daha sonra isə həmin obyekti qızı Səma Şükürlünün adına bağışlama ilə keçirilmişdir. Hal-hazırda qaynı Şəxs və qaynatası Rafiq Məmmədov obyektin onlara məxsus olmasını iddia edir və bu kimi səbəblərdən onlarla arasında mübahisə baş vermişdir. O əlavə etmişdir ki, dəfələrlə qaynı Şəxs və qaynatası Rafiq Məmmədova, həmin 222 kv/m sahəsi olan obyektin qızı Səma Şükürlüyə məxsus olmasını və oranı indiyə qədər özlərinin müəyyən pullar qarşılığında icarəyə verməsini bildirmişdir. xx.xx.2024-cü il tarixdə qaynı Tamerlan gələrək “Romaşka” market adlandırılan obyektin qapısının kilidini sındırmış və obyektin ona məxsusluğunu bildirmişdir. O, qaynı Şəxs, qızı Səma Şükürlüyə məxsus olan “Romaşka” market adlandırılan obyektə - ümumilikdə 1225 manat maddi zərər vurmuşdur. Şəxs qanunsuz hərəkətləri obyektdə quraşdırılan kameralara düşmüşdür. Şəxs zərər vurması kamerada var. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təsqirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Əli Şaxurinin Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə etmiş olduğu müraciətlə əlaqədar olaraq bildirmişdir ki, bacısı Ülviyyə Şükürovanın ikinci həyat yoldaşıdır. Onunla arasında heç bir düşmənçilik və ya ədavəti yoxdur. X10 ümumilikdə təxminən 136 kv olan obyekti var. Həmin obyekti 2004-cü il tarixdə atası Rafiq, onun və bacısı Ülviyyə Şükürovanın arasında bölmüşdür. Sonradan isə bacısı X12 Şaxuri ilə ikinci dəfə ailə həyatı qurmuşdur. Əli Şaxuri isə, bacısı Ülviyyə ilə birlikdə olduqdan sonra həmin atası Rafiqə məxsus obyektə əl qoyaraq, həmin obyekti saxta sənədlərlə öz adına keçirtmişdir. Həmin obyekt isə hal-hazırda ərzaq maqazini kimi istifadədir. O “Romaşka market” adlanan obyekti ərzaq və qəssabxanaya icarəyə vermişdir. Ərzaq maqazininin 500 manatını Əli və bacısı Ülviyyə götürür. İcarədən geriyə qalan 250 manat və əlavə qəssabxanada olan 150 manat isə ona çatır. O, əlavə etmişdir ki, atasının xəstəliyi və özünün şəxsi işləri ilə bağlı 2 ay başı qarışıq olmuşdur. Bu səbəbdən həmin obyektdən icarə haqqı ala bilməmişdir. Problemlərini yoluna qoyduqdan sonra isə icarədarına icarə haqqını verməsi üçün zəng vurmuş və o, Əli və bacısı Ülviyyənin onu obyektdən çıxartdığını demişdir. O, belə olduğu təqdirdə xx.xx.2024-cü il tarixdə İmişli şəhərinə gəlmiş, qeyd olunan obyektin ağzında kilid qoyulmasını görmüş və orada olan kilidi laqonda adlanan kəsici alət vasitəsi ilə kəsmişdir. Atası həmin obyektin bir neçə aydır ki, arendasını ala bilmir. Sonradan məlum olmuşdur ki, həmin obyekti saxta sənədlə öz adlarına saxtalaşdırıblar. Ziyanın o qədər olması yalandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan 19 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 2 ədəd dəmir barmaqlığın işlənmiş vəziyyətdə 1 ədəddinin orta bazar qiyməti 320 (üç yüz iyirmi), ümumilikdə 640 (altı yüz qırx) manat təşkil edir, 2,20 metr hündüriüyü, 0.60 metr eni olan təmirli hörgünün orta bazar qiyməti təmir xərcləri daxil 330 manat təşkil edir, 5 ədəd qıfıl, 1 ədəd zirehli qıfılın orta bazar qiyməti, qıfılın 1 ədədinin orta bazar qiyməti 3 manat olmaqla, ümumilikdə 15 manat, zirehli qıfılın 10 manat təşkil edir, 1 ədəd orta hündürlükdə plastik qapının orta bazar qiyməti 170 (bir yüz yetmiş) manat təşkil edir, 1 ədəd 1 ədəd plastik qapının şüşəsinin orta bazar qiyməti 60 (altımış) manat təşkil edir və ümumilikdə qeyd olunan əmlakın qiyməti 1225 (min iki yüz iyirmi beş) manat təşkil edir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli **********46 nömrəli çıxarışdan görünür ki, İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən 0,0222 ha torpaq sahəsi X5 məxsusdur. İş materiallarından görünür ki, İmişli Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən 22 iyul 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarın surəti əməli törədən şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı xidmət sahəsinə həvalə edilmişdir. Məhkəmə iclasında MK-1/1830 saylı materialda olan kamera görüntülərinin video yazısının olduğu DVD diskə baxış keçirilmiş və Şəxs tərəfindən obyektin qapıları ovuc daşlayıcı (laqonda) kəsici alət vasitəsi ilə kəsilmiş və dəmir çərvivə qapılar yerindən çıxarılaraq aparılmışdır. MK-1/1830 saylı materialda olan foto şəkillərdən görünür ki, O “Romaşka market” adlanan obyektə bitişik obyetktlərin qapısının şüşsi sındırılmış, divarın hörgüsü uçudulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, Şəxs özünü qismən təsqirli bilməsi, kamera görüntüləri, mütəxəssis rəyi, fotogörüntülər Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə İmişli şəhəri N.Savalanov küçəsində yerləşən “Ramaşka” adlanan marketinə yerləşdiyi obyektə 1225 manat mnəbləğində ziyan vurmasını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, vurulmuş ziyanın bir misli, yəni 1225 (bir min iki yüz iyirmi beş) manat məbləğində cərimə edilsin. Qərarın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar