Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-60/2022 02.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və X3 oğlunun katibliyi ilə, xx.xx.1958-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, İmişli rayonu Yalavac kəndində yaşayan Şəxs Cəbi oğlunun AR İXM-nin 327.4 və 332.4-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında bахараг MÜƏYYƏN ETDİ: Şəxs Cəbi oğlunun barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, idarə etdiyi « VAZ 21061 » markalı ** SH *** dövlət nömrə nişanlı avtomaşınla 27.01.2022-ci il tarixdə, saat 17-30 radələrində İmişli şəhəri, A.Şadlınski küçəsi ilə hərəkət edərkən yolun əks istiqamətli hərəkət zolağına çıxaraq həmin zolaqda hərəkətdə olan Cəbiyev Hikmət Abdul oğlunun idarə etdiyi « Mersedes Benz » markalı 99 GD 815 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinin zədələnməsi səbəbindən Cəbiyev Hikmət Abdul oğluna 1315,0 manat məbləğində zərər dəymişdir. Yoxlama zamanı Şəxs Cəbi oğluna verilmiş sürücülük vəsiqəsinin müddətinin bitdiyi aşkar edilmişdir. Şəxs Cəbi oğlu izahatında göstərmişdir ki, o, idarə etdiyi «VAZ 21061 » markalı ** SH *** dövlət nömrə nişanlı avtomaşınla 27.01.2022-ci il tarixdə, saat 17-30 radələrində İmişli şəhəri, A.Şadlınski küçəsi ilə hərəkət edərkən fikirli olduğundan yolun əks istiqamətli hərəkət zolağına çıxmış və həmin zolaqda hərəkətdə olan X1 idarə etdiyi « Mersedes Benz » markalı 99 GD 815 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobil zədələnmişdir. İşdə olan “İmişli VAZ Təmir stansiyası” tərəfindən verilmiş 28.01.2022-ci il tarixli 06 saylı zərər aktına əsasən Cəbiyev Hikmət Abdul oğlunun idarə etdiyi « Mersedes Benz » markalı 99 GD 815 dövlət nömrə nişanlı avtomaşına dəymiş zərər cəmi 1315,0 manat məbləğində müəyyən edilmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə toplanmış materialları tədqiq edərək hesab edir ki, Şəxs Cəbi oğlu oğlu AR İXM-nin 327.4 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs Cəbi oğlunun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.4 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 400 (dördi yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-60/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-60/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver