Məhkəmə qərarları › İş №3(036)-601/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-601/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-601/2024 22.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon prokuror köməkçisi – İİ dərəcəli hüquqşünas X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Azərbaycan X7” Məhdud Məsuliyyətli Cəmiyyətində briqadir vəzifəsində işləyən, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İmişli rayon prokuror köməkçisi – İİ dərəcəli hüquqşünas Hacı Məmmədli tərəfindən Şəxs barəsində 22 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 198.2-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İmişli rayon prokurorluğunun 22 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərarda göstərilmişdir ki, “Azərbaycan X7” Məhdud Məsuliyyətli" Cəmiyyətində briqadir vəzifəsində işləyən Şəxs “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 10.2.2-ci bəndinin tələblərini pozaraq həmin müəssisədə əmək müqaviləsi əsasında fəhlə işləyən Babaşov Cavad Zeyqəm oğlunun 26 noyabr 2023cü il tarixdə, saat 11:00 radələrində İmişli şəhəri, S.Fətəliyev küçəsi 45 ünvanında yerləşən “Azərbaycan X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisində yük avtomaşınının qoşqusunun arxa bort qapısının öz-özlüyünə açılmasının mümkünlüyünü istisna edən saz bağlayıcı tərtibatlarla təmin edilməməsi nəticəsində sonuncunun təpə nahiyəsindən zədə alaraq yüngül xəsarət almasına görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İmişli rayon prokuror köməkçisi – İİ dərəcəli hüquqşünas X11 məhkəmə iclasında qərarda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, “Azərbaycan X7” Məhdud Məsuliyyətli Cəmiyyətində briqadir vəzifəsində çalışan zaman 26 noyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində adəti üzrə şəkər çuğundurlarını bunkerlərə boşaldılamasına nəzarət edərkən müəssisənin fəhləsi Babaşov Cavad Zeyqəm oğlu yerə düşmüş şəkər çuğundurunu bunkerə atan zaman çuğunduru gətirən yük avtomobilinin arxa qapısı yan tərəfdən açılaraq sonuncunun başına dəyməsi nəticəsində xəsarət almışdır. Lakin bu fakta görə o, X8 Xidməti X3 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə 500 (beş yüz) manat cərimə edilmişdir. Buna görə də eyni fakt barəsindən yalnız bir dəfə məsuliyyətə cəlb edilə biləcəyi üçün icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İmişli rayon prokurorluğunun 22 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərarından görünür ki, “Azərbaycan X7” Məhdud Məsuliyyətli" Cəmiyyətində briqadir vəzifəsində işləyən Şəxs “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 10.2.2-ci bəndinin tələblərini pozaraq həmin müəssisədə əmək müqaviləsi əsasında fəhlə işləyən Babaşov Cavad Zeyqəm oğlunun 26 noyabr 2023cü il tarixdə, saat 11:00 radələrində İmişli şəhəri, S.Fətəliyev küçəsi 45 ünvanında yerləşən “Azərbaycan X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisində yük avtomaşınının qoşqusunun arxa bort qapısının öz-özlüyünə açılmasının mümkünlüyünü istisna edən saz bağlayıcı tərtibatlarla təmin edilməməsi nəticəsində sonuncunun təpə nahiyəsindən zədə alaraq yüngül xəsarət almasını nəzərə alaraq Şəxs tərəfindən pozulması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. işdə olan X8 Xidməti X3 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından görünür ki, , “Azərbaycan X7” Məhdud Məsuliyyətli" Cəmiyyətində briqadir vəzifəsində işləyən Şəxs tərəfindən əməyin mühafizəsi üzrə standartlarına, normalarına və qaydalarının tələblərinə əməl etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə edilmişdir. işdə olan X8 Xidməti X3 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, “Azərbaycan X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalat sahəsində biriqadir işləyən Şəxs xx.xx.2023-cü il tarixdə qanunla müəyyən edilmiş qaydada əmək funksiyasını yerinə yetirməmiş və nəticədə cəmiyyətin işçisi Babaşov Cavad Zeyqəm oğlu xəsarət almışdır. İdə olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol əsasən 500 manat cərimə ödənilmişdir. işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-/2-10/2124 saylı məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 10.2.2-ci bəndinin tələbi pozulmuşdur. Yük avtomaşınının qoşqusunun arxa bort qapısının öz-özlüyünə açılmasının mümkünlüyünü istisna edən saz bağlayıcı tərtibatlarla təmin edilməməsi hadisənin bilavasitə texniki səbəbi olmuşdur. “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 10.2.2-ci bəndinin tələbi yükboşaltma işlərinin təhlükəsiz aparılmasına və avtomaşın qoşqusunun texniki vəziyyətinə cavabdehlik daşıyan şəxs və ya şəxslər tərəfindən pozulmuşdur. Baş vermiş hadisə ilə bağlı Babaşov Cavad Zeyqəm oğlu tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X5” X10 daxil olmuş 21 fevral 2024-cü il tarixli, 101 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Babaşov Cavad Zeyqəm oğlunda aşkar edilmiş xəsarətlər təpə nahiyəsində yara bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 198.1. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 198.1.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda da ifadə olunmuşdur. Belə ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük Palatasının X2rşı iş üzrə 2009-cu il 10 fevral tarixli Qərarındakı mövqeyinə əsasən, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi ikinci cinayətin eyni faktlardan və ya birinci cinayətin əsasında duran faktlarla “əhəmiyyətli dərəcədə” eyni olan faktlardan irəli gəldiyi hallarda şəxsin ikinci “cinayətə” görə cinayət təqibinə məruz qalmasını və məhkəməyə verilməsini qadağan edən norma kimi qəbul edilməlidir (§§ 79-82). X12 Məhkəməsi onu da göstərmişdir ki, 7 saylı Protokolun 4-cü maddəsində təsbit edilmiş təminat əvvəlki ittiham və ya bəraət hökmünün “res judicata” qüvvəsinə artıq mindiyi halda yeni cinayət işi başlandıqda yer alır... Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin məqsədi “yekun” qərarla nəticələnmiş cinayət təqibinin təkrarlanmasını qadağan etməkdir. Öz növbəsində “Cinayət işləri üzrə hökmlərin beynəlxalq qaydada tanınması haqqında” Avropa Konvensiyasına istinad edən Konvensiyaya dair 7 saylı X1 müvafiq olaraq, “qərar” ənənəvi ifadəyə görə “res judicata” qüvvəsinə mindikdə yekun sayılır (§ 83, 107). Beləliklə, məhkəmə hesab edir ki, X8 Xidməti X3 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə “Azərbaycan X7” Məhdud Məsuliyyətli" Cəmiyyətində briqadir vəzifəsində işləyən Şəxs əməyin mühafizəsi üzrə standartlarına, normalarına və qaydalarının tələblərinə əməl etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə edilmişdir. Hazırda isə eyni fakta, yəni Babaşov Cavad Zeyqəm oğlunun 26 noyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində İmişli şəhəri, S.Fətəliyev küçəsi 45 ünvanında yerləşən “Azərbaycan X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisində yük avtomaşınının qoşqusunun arxa bort qapısının öz-özlüyünə açılmasının mümkünlüyünü istisna edən saz bağlayıcı tərtibatlarla təmin edilməməsi nəticəsində sonuncunun təpə nahiyəsindən zədə alaraq yüngül xəsarət alması ilə nəticələnən “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 10.2.2-ci bəndinin tələblərinin pozulması əməlinə hüquqi qiymət verilməsi üçün inzibati material məhkəməyə təqdim edilmişdir. Belə olan halda, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğu üçün inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Şəxs əməlinə X8 Xidməti X3 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə hüquqi qiymət verilərək, tərəfindən əməyin mühafizəsi üzrə standartlarına, normalarına və qaydalarının tələblərinə əməl etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 500 (beş yüz) manat cərimə edildiyi üçün eyni fakt üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar