Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-602/2024 22.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon prokuror köməkçisi – İİ dərəcəli hüquqşünas X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “X14 Birliyi” MMC-də usta (cece qurutma) işləyən, İmişli rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İmişli rayon prokurorluğu tərəfindən Şəxs barəsində 22 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İmişli rayon prokurorluğunun 22 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərarında göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində usta vəzifəsində çalışan Şəxs Talib oğlu “X17 İstifadəsi Haqında təlimatı”n 6, 8 bəndlərinin, AŞİB MMC-də "xxxx"nın (cecə qurutma) vəzifə təlimatının 12,13 bəndlərinin tələblərini pozaraq İmişli şəkər zavodunun çuğundur qabığının preslənməsi sahəsində istehsal olunan məhsulun streçlərinin dəyişdirilməsinə nəzarət etməklə həmin işin müvafiq təlimatın tələblərinə uyğun, yəni aparatın söndürülməsi həyata keçirilməklə aparılmasını təmin etmədiyinə görə həmin müəssisədə əmək müqaviləsi əsasında fəhlə işləyən X6 03 oktyabr 2023-cü il tarixdə, saat 18:20 radələrində İmişli şəhəri, S.Fətəliyev küçəsi 45 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisində “Orkel MP 2000” markalı aparat vasitəsi ilə çuğundur qabığının qablaşdırılması prosesi zamanı X10 aparat işlək vəziyyətdə ola-ola kəsilmiş örtüyü əli ilə tutub bərpa etmək istəyən zaman sol əlinin barmaq hissəsinin aparatın örtük kəsici hissəsində qalması nəticəsində sonuncunun sol əlin ovuc səthində lll-İV barmaqların 1-ci falanqası proyeksiyasında yaralar və həmin barmaqların dırnaq falanqalarının yerdəyişən sınığı zədəsi alaraq az ağır xəsarət almasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İmişli rayon prokuror köməkçisi – İİ dərəcəli hüquqşünas X16 məhkəmə iclasında qərarda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində usta kimi çalışan zaman 03 oktyabr 2023-cü il tarixdə, saat 18:20 radələrində “Orkel MP 2000”markalı aparat vasitəsi ilə çuğundur qabığının qablaşdırılması prosesi zamanı X10 aparat işlək vəziyyətdə ola-ola kəsilmiş örtüyü əli ilə tutub bərpa etmək istəyən zaman sol əlinin barmaq hissəsinin aparatın örtük kəsici hissəsində qalması nəticəsində xəsarət almışdır. Beləliklə o, tərəfindən texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi qaydalarının pozulduğunu etiraf edərək, X11 Xidməti X4 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə 600 (altı yüz) manat cərimə edilmişdir. Buna görə də eyni fakt barəsindən yalnız bir dəfə məsuliyyətə cəlb edilə biləcəyi üçün icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İmişli rayon prokurorluğunun 22 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində usta vəzifəsində çalışan Şəxs Talib oğlu “X17 İstifadəsi Haqında təlimatı”n 6, 8 bəndlərinin, AŞİB MMC-də "xxxx"nın (cecə qurutma) vəzifə təlimatının 12,13 bəndlərinin tələblərini pozaraq İmişli şəkər zavodunun çuğundur qabığının preslənməsi sahəsində istehsal olunan məhsulun streçlərinin dəyişdirilməsinə nəzarət etməklə həmin işin müvafiq təlimatın tələblərinə uyğun, yəni aparatın söndürülməsi həyata keçirilməklə aparılmasını təmin etmədiyinə görə həmin müəssisədə əmək müqaviləsi əsasında fəhlə işləyən X6 03 oktyabr 2023-cü il tarixdə, saat 18:20 radələrində İmişli şəhəri, S.Fətəliyev küçəsi 45 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisində “Orkel MP 2000” markalı aparat vasitəsi ilə çuğundur qabığının qablaşdırılması prosesi zamanı X10 aparat işlək vəziyyətdə ola-ola kəsilmiş örtüyü əli ilə tutub bərpa etmək istəyən zaman sol əlinin barmaq hissəsinin aparatın örtük kəsici hissəsində qalması nəticəsində sonuncunun sol əlin ovuc səthində lll-İV barmaqların 1-ci falanqası proyeksiyasında yaralar və həmin barmaqların dırnaq falanqalarının yerdəyişən sınığı zədəsi alaraq Şəxs Talib oğlu tərəfindən pozulması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. işdə olan X11 Xidməti X4 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarından görünür ki, Şəxs tərəfindən əməyin mühafizəsi üzrə standartlarına, normalarına və qaydalarının tələblərinə əməl etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə 600 (altı yüz) manat cərimə edilmişdir. işdə olan X11 Xidməti X4 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalat departamentində yardımçı qurqular sahəsində fəhlə işləyən X10 03 oktyabr 2023-cü il tarixdə, saat 18:20 radələrində cəmiyyətdə usta işləyən Şəxs tərəfindən Əmək Məcəlləsinin 215-ci maddəsinin 2-ci abzasının tələblərinə əməl etməməsi nəticəsində xəsarət almışdır. işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-/2-10/2123 saylı məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, İmişli şəkər zavodunun çuğundur qabığının preslənməsi sahəsində “Orkel MP 2000” markalı aparatın kəsilmiş örtüyünün (streçin) dəyişdirilməsinin aparatın söndürülməsi təmin edilmədən aparılması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “X17 İstifadəsi Haqında təlimatı”n 6,8 bəndlərinin, AŞİB MMC-də "xxxx"nın (cecə qurutma) vəzifə təlimatının 12,13 bəndlərinin və AŞİB MMCdə “Fəhlənin” (orkel aparatı) vəzifəsi təlimatının, 1,7 bəndlərinin tələbləri pozulmuşdur. İmişli şəkər zavodunun çuğundur qabığının preslənməsi sahəsində istehsal olunan məhsulun streçlərinin dəyişdirilməsinə nəzarət etməklə həmin işin müvafiq təlimatın tələblərinə uyğun, yəni aparatın söndürülməsi həyata keçirilməklə aparılmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 13-cü bəndinin və "X17 İstifadə haqqında təlimatı"n 6-cı bəndinin tələbləri Azərbaycan Şəkər İstehsalat Birliyi MMC-nin ustası tərəfindən pozulmuşdur. İmişli şəkər zavodunun çuğundur qabığının preslənməsi sahəsində “Orkel MP 2000” markalı aparatın kəsilmiş örtüyünün (streçin) dəyişdirilməsini aparatın söndürülməsini təmin etmədən həyata keçirməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə, vəzifə təlimatının 1,7 bəndlərinin və "X17 İstifadə haqqında təlimatı”n 6,8 bəndlərinin tələbləri "xxxx" MMC-də çuğundur qabığının preslənmə sahəsində fəhlə (orkel aparatı) işləyən X10 tərəfindən pozulmuşdur. X6 əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair təlimatlandırılıb bilikləri yoxlanılaraq, həmçinin fərdi mühafizə vasitələri ilə təmin edilməklə işə buraxıldığı, eləcə də, istintaq tərəfindən müəyyən edilməklə qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, "xxxx" MMC-nin direktoru X3 tərəfindən baş vermiş hadisə ilə səbəb-nəticə əlaqəli qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X8” X15 daxil olmuş 24 aprel 2024-cü il tarixli, 237 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, X7 aşkar edilmiş xəsarətlər - sol əlin ovuc səthində lll-İV barmaqların 1-ci falanqası proyeksiyasında yaralar və həmin barmaqların dırnaq falanqalarının yerdəyişən sınığı müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 198.1. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 198.1.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda da ifadə olunmuşdur. Belə ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük Palatasının X2rşı iş üzrə 2009-cu il 10 fevral tarixli Qərarındakı mövqeyinə əsasən, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi ikinci cinayətin eyni faktlardan və ya birinci cinayətin əsasında duran faktlarla “əhəmiyyətli dərəcədə” eyni olan faktlardan irəli gəldiyi hallarda şəxsin ikinci “cinayətə” görə cinayət təqibinə məruz qalmasını və məhkəməyə verilməsini qadağan edən norma kimi qəbul edilməlidir (§§ 79-82). X19 Məhkəməsi onu da göstərmişdir ki, 7 saylı Protokolun 4-cü maddəsində təsbit edilmiş təminat əvvəlki ittiham və ya bəraət hökmünün “res judicata” qüvvəsinə artıq mindiyi halda yeni cinayət işi başlandıqda yer alır... Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin məqsədi “yekun” qərarla nəticələnmiş cinayət təqibinin təkrarlanmasını qadağan etməkdir. Öz növbəsində “Cinayət işləri üzrə hökmlərin beynəlxalq qaydada tanınması haqqında” Avropa Konvensiyasına istinad edən Konvensiyaya dair 7 saylı X1 müvafiq olaraq, “qərar” ənənəvi ifadəyə görə “res judicata” qüvvəsinə mindikdə yekun sayılır (§ 83, 107). Beləliklə, məhkəmə hesab edir ki, X11 Xidməti X4 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli" Cəmiyyətində usta vəzifəsində işləyən Şəxs əməyin mühafizəsi üzrə standartlarına, normalarına və qaydalarının tələblərinə əməl etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə 600 (altı yüz) manat cərimə edilmişdir. Hazırda isə eyni fakta, yəni X6 03 oktyabr 2023-cü il tarixdə, saat 18:20 radələrində İmişli şəhəri, S.Fətəliyev küçəsi 45 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisində “Orkel MP 2000” markalı aparat vasitəsi ilə çuğundur qabığının qablaşdırılması prosesi zamanı X10 aparat işlək vəziyyətdə ola-ola kəsilmiş örtüyü əli ilə tutub bərpa etmək istəyən zaman sol əlinin barmaq hissəsinin aparatın örtük kəsici hissəsində qalması nəticəsində sonuncunun sol əlin ovuc səthində lll-İV barmaqların 1-ci falanqası proyeksiyasında yaralar və həmin barmaqların dırnaq falanqalarının yerdəyişən sınığı zədəsi alaraq az ağır xəsarət alması ilə nəticələnən X17 İstifadəsi Haqında təlimatı”n 6,8 bəndlərinin, AŞİB MMC-də "xxxx"nın (cecə qurutma) vəzifə təlimatının 12,13 bəndlərinin və AŞİB MMC-də “Fəhlənin” (orkel aparatı) vəzifəsi təlimatının, 1,7 bəndlərinin tələblərinin pozulması əməlinə hüquqi qiymət verilməsi üçün inzibati material məhkəməyə təqdim edilmişdir. Belə olan halda, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğu üçün inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Şəxs əməlinə X11 Xidməti X4 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə hüquqi qiymət verilərək, tərəfindən əməyin mühafizəsi üzrə standartlarına, normalarına və qaydalarının tələblərinə əməl etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 600 (altı yüz) manat cərimə edildiyi üçün eyni fakt üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-602/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-602/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver