Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-605/2024 07.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli şəhəri, M.Əsədov küçəsi, ev 37, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, X1 xeyrinə 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində pulu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1431/2014 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və hazırda 2474,80 (iki min dörd yüz yetmiş dörd dollar səksən sent) ABŞ dolları borcu qalmaqdadır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X12 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1431/2014 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. 2015-ci il tarixdə borclu Şəxs barəsində axtarış verilmişdir. Borclu Ukrayna Respublikasında yaşayırdı. 2019-cu il Azərbaycan Respublikasına gəlmiş və məhkəmənin qərarı ilə barəsində 10 (on) gün müddətində həbs edilmişdir. 2021-ci il tarixdə yenidən borclu Şəxs barəsində axtarış verilmiş və məhkəmənin qərarı ilə 15 (on beş) gün müddətinə həbs edilmişdir. 2023-cü il tarixdə borclu Şəxs əmək haqqına yönəldilmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs hazırda 2474,80 (iki min dörd yüz yetmiş dörd dollar səksən sent) ABŞ dolları borcu qalmaqdadır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, X1 xeyrinə 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində pulu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)- 1431/2014 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, işləmədiyi, qazancının olmaması səbəbindən borcundan ödəniş edə bilməmişdir. O, tələbkarla razılaşaraq 4000 (dörd min) manat ödəmişdir. Sonralar onunla razılaşmışdır ki, borcun qalan hissəsini qısa müddətə ödəyəcəkdir. İmişli rayon İcra və probasiya şöbəsinə polis vasitəsi ilə deyil özü gəlmişdir. Tələbkar X2 alıb verəcəyi barədə razılığa gəlmişdir. Hazırda borc məbləğindən ödəniş edə bilmir. X4 izahat verərək bildirmişdir ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)- 1431/2014 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borcundan bir az vermişdir. Onunla borclu Şəxs dəfələrlə razılığa gəlmiş lakin borcun ödənilməsində heç bir hərəkət etməmişdir. Hazırda borclunun əməlindən şikayətçidir. İşdə olan xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1431/2014 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2014-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)- 1431/2014 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1431/2014 saylı icra sənədindən görünür ki, borclu Şəxs 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumu alınıb X3 verilməlidir. İş materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş İmişli rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3 (036)-370/2019 saylı qərardadından görünür ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş İmişli rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8 (036)-220/2019 saylı qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş İmişli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3 (036)-588/2021 saylı qərardadından görünür ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 07 avqust 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-605/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-605/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver