Məhkəmə qərarları › İş №3(036)-606/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-606/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-606/2024 08.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli şəhəri, E.Qurbanov küçəsi, ev 03 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 08 avqust 2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş 08 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs istifadə etdiyi mobil telefonda “Tik-Tok” sosial şəbəkəsinin şərh bölməsində polis əməkdaşlarının ünvanına qeyri-etik ifadələri işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2024-cü il tarixli protokol tərtib olunduğunu və Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli şəhəri, E.Qurbanov küçəsi, ev 03 ünvanında yaşayır. O, təxmini bir ay bundan əvvəl istifadəsində olan mobil telefonda “Tik-Tok” sosial şəbəkəsində polis əməkdaşları və vətəndaşları arasında baş vermiş narazılıqla bağlı video qarşısına çıxmışdır. Həmin vaxt əsəbi və həyacanlı olduğu üçün sosial şəbəkənin komentariya hissəsində “Qudurublar qəhibələr irağ o tək-tük yaxşılardan” ifadəsini yazmışdır. Səf etdiyini başa düşmüş, tutduğu əməldən səmimi peşmançılıq çəkdiyini və bir də gələcəkdə belə hallara yol vermədiyini bildirdi. Yeni işə düzəlmiş və barəsində həbslə bağlı olmayan yəni cərimə olunmağı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş 08 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs istifadə etdiyi mobil telefonda “Tik-Tok” sosial şəbəkəsinin şərh bölməsində polis əməkdaşlarının ünvanına qeyri-etik ifadələri işlədərək ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq etmiş, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Tik-Tok” sosial şəbəkəsinin ekran görüntüsünün şəklindən görünür ki, “Zaur AkbaR” adlı sosial şəbəkə istifadəçisi şərh hissəsində Qudurublar qəhibələr irağ o tək-tük yaxşılardan” ifadəsini yazmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə və iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmə hesab edir ki, Şəxs istifadə etdiyi mobil telefonda “Tik-Tok” sosial şəbəkəsinin şərh bölməsində polis əməkdaşlarının ünvanına qeyri-etik ifadələr işlədərək ictimai qaydanı pozan hərəkətlərə yol vermişdir. Onun sosial şəbəkənin komentariya hissəsində “Qudurublar qəhibələr irağ o tək-tük yaxşılardan” ifadəsini yazması, həmin yazı digər şəxslər tərəfindən oxunduğu üçün ictimai xarakter almışdır. Buna görə Şəxs “Tik-Tok” sosial şəbəkəsinin şərh bölməsində polis əməkdaşlarını təhqir etməsi ictimai qaydanın pozuntusu kimi qiymətləndirilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 2-ci bəndinə əsasən ictimai qayda cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydaları başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 08 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar