Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-608/2024 09.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə İmişli rayonu, Məhəmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Məhəmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 08 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində İmişli rayonu, Rəsullu kəndi və İmişli şəhəri, H.Əliyev prospekti ərazisində İmişli rayon polis əməkdaşlarını ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, İmişli rayonu, Məhəmmədli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixində saat 17 radələrində həmkəndlisi X6 məxsus “Vaz 21074” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tanışları Əmrahla və Ramil ilə birlikdə İmişli şəhəri, H.Əliyev prospekti ilə İmişli şəhəri istiqamətində hərəkət etmişlər. Həmin vaxt onlarla eyni istiqamətdə və onlardan arxa tərəflə hərəkət edən sonradan tanıdığı Elxan adlı şəxs idarə etdiyi ağ rəngli “Vaz 21074” markalı avtomoili ilə ona yol verməyini işarə etmişdir. O, ona əli ilə avtomobilin üzərində polka olduğunu və ona görədə avtomobili yavaş sürətlə sürdüyünü bildirmişdir. Ondan sonra o, avtomobili yolun sağ tərəfinə istiqamətləndirib saxlamışdır. Həmin vaxt Elxan da avtomobilini saxlamışdır. O, avtomobildən düşüb Elxana yaxınlaşmışdır. Həmin vaxt Elxan ona onun avtomobilinə yol vermədiyinə görə iradlarını bildirmişdir. Ona görə onunla əlbəyaxa olmuşdur. Həmin vaxt Əmrah və Ramil onlara yaxınlaşmış və onları sakitləşdirmişdilər. Əmrah Elxana onun qazi olduğunu dedikdən sonra Elxan onlarla barışdı və onlardan xahiş etdi ki, oradan çıxıb getsinlər. Ondan sonra Əmrah Elxanı avtomilinə mindirib evinə aparmışdır. O, isə Ramil ilə birlikdə bazara getmişdir. Əmrah Elxanı evinə düşürüb bazara gəlmiş və birlikdə polkanı bazara düşürüb kəndə qayıtmışlar. Təxminən bir saat sonra o, Əmrahın avtomobili ilə Ramil və Əmrahla birlikdə yenidən bazara gəlmişlər. Bazarda polkaların üstünü bağlayıb yenidən kəndə qayıdan zaman İmişli rayonu, Rəsullu qəbristanlığının yaxınlığında İmişli Rayon Polis X17 Polisi Bölməsinin əməkdaşları Əmraha avtomobili saxlamaq işarəsi vermiş və Əmrah avtomoili saxlamışdır. X21 Bölməsinin əməkdaşları Əmrahdan şöbəyə getməyi tələb etmişlər. Əmrah isə onların tələbini yerinə yetirməmiş və avtomobilinə minib X5 sürmüşdür. Həmin vaxt Post Patrul Xidməti Bölməsinin əməkdaşları X5 gəlmişlər. Onlardan tələb edilmişdir ki, İmişli rayon şöbəsinə getsinlər. O, X21 Bölməsinin əməkdaşlarından xahiş etmişdir ki, onlar getsinlər. O, isə Əmrahı özü gətirəcək. Lakin polis əməkdaşları onun sözünü eşitməmişlər. Əmrahı avtomobillərinə mindirib şöbəyə aparmışlar. Özü isə polislərlə birlikdə şöbəyə getməmişdir. Ona görə də o, evə getmiş və avtomobilini minib İmişli rayon polis şöbəsinə gəlmişdir. İmişli rayonu, Rəssullu kəndində yerləşən X2 avtomobilini saxlayıb iki litr benzin almışdır. İmişli şəhəri, H.Əliyev prospektində şöbənə gələrək, qarşısında avtomobilini yolun ortasında saxlayıb avtomobildən düşmüş, benzini avtomobilin üzərinə tökmüş və alışqanla benzini alışdırmışdır. Avbtomoil yanmağa başalayanda yaxınlıqda olan polis əməkldaşları avtomobili söndürmüş və onu şöbəyə gətirmişlər. O, müharibə veteranı olduğunu, cənab X12 tərəfindən “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə”, Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. O “Vətən müharibəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Xocavənd istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Sarğı nahiyəsində sağalmış qəlpə yarası” xəsarətini almışdır. Buna görə də, öz hərəkətlərini idarə edə bilmir. Bununla bağlı Maştağada yerləşən psixiatriya mərkəzində də yatmışdır. Ora göndərilməsini xahiş edir. Cəmiyyət içində yaşa bilmir. Özünü öldürmək istəyir. Əməllərinin fərqində olmur. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X7 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində İmişli rayonu, Rəsullu kəndi və İmişli şəhəri, H.Əliyev prospekti ərazisində İmişli rayon polis əməkdaşlarını ucadan nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Həmin şəxs Şəxs olmuşdur. Şəxs İmişli rayon polis şöbəsinin inzibati binasına dəvət olunsa da o, gəlməkdən imtina etmişdir. Daha sonra o, İmişli rayonu, Rəssullu kəndində yerləşən X2 avtomobilini saxlayıb iki litr benzin almışdır. İmişli şəhəri, H.Əliyev prospektində şöbənə gələrək, qarşısında avtomobilini yolun ortasında saxlayıb avtomobildən düşmüş, benzini avtomobilin üzərinə tökmüş və alışqanla benzini alışdırmışdır. Avbtomoil yanmağa başalayanda yaxınlıqda olan polis əməkldaşları avtomobili söndürmüş və onu şöbəyə gətirmişlər. Odur ki o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, İmişli rayon polis şöbəsinin inzibati binasının qarşısında dayanmışdır. Şöbəyə məlumat gəldi ki, İmişli rayonu ərazisində yerləşən “Qlobus” adlanan inşaat mərkəzinin qarşısında dava-dalaşla bağlı axtarış verilmişdir. Həmin vaxt deyilən əraziyə getmişlər. Həmin avtomobili saxlatmış və X4 niyə avtomobili sağ-sol etməsini soruşmuşdur. X8 demişdir ki, avtomobilin benzini qutarır ona görə edir ki, maşın getsin. Dava ilə bağlı barəsində axtarış olduğunu ona görə onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişdir. O isə getməyəcəyini bildirmişdir. Maşını sürərək X5 getmişdir. X2 nizam-intizama dəvət edilsə də orda da tabesizlik göstərmişdir. Avtomobili sürərək getmək istəmişdir. Lakin polis maşınları ilə əhatə olunduğu üçün gedə bilməmişdir. Bu zaman onun yanında Şəxs polislərlə gəlməkdən imtina etmişdir, ərazidən uzaqlaşmışdır. Bundan sonra da, səs küyü salaraq ictimai qaydanı pozaraq, yanacaq doldurma məntəqəsinin normal iş ahəngini də pozaraq ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, o, İmişli Rayon Polis Şöbəsinin qarşısında olan postda xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 18 radələrində “Qazel” Markalı maşın qarşı yola çıxaraq, yolu bağlamış, daha sonra həmin maşından düşən Şəxs əlindəki benzini maşına tökərək, maşına od vuraraq yandırmışdır. Bundan sonra ona yaxınlaşaraq, zərərsizləşdirmişlər. Lakin buna baxmayaraq, Şəxs polis əməkdaşlarının təhqir etmişdir. Məhkəmə iclasında şahid X10 izahatında bildirmişdir ki, İmişli Rayon Polis Şöbəsinin qarşısında olan postda xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 18 radələrində “Qazel” Markalı maşın qarşı yola çıxaraq, yolu bağlamış, daha sonra həmin maşından düşən Şəxs əlindəki benzini maşına tökərək, maşına od vuraraq yandırmışdır. Bundan sonra ona yaxınlaşaraq, zərərsizləşdirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 08 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində İmişli rayonu, Rəsullu kəndi və İmişli şəhəri, H.Əliyev prospekti ərazisində İmişli rayon polis əməkdaşlarını ucadan nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati qaydada tutma haqqında 08 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 21:00-da tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-190750/2024 saylı sorğuya cavab məktubundan görünür ki, İmişli rayonu, Məhəmmədli kənd sakini Şəxs filialdan hal-hazırda əlilliyə görə heç bir növ pensiya, müavinət və təqaüd almır. İşdə olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, “Qısa anamnez” bölməsində göstərilmişdir ki, “Anamnezindən məlumdur ki, irsiyyəti ruhi xəstəliklərlə ağırlaşmayıb. İlkin inkişafı adi olub. Orta təhsillidir. 2-ci Qarabağ müharibəsində iştirak edib. xx.xx.2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlər zamanı xəsarət almışıdır. Əsəbilik, aqressivlik, Əsəbiləşən zaman qan çıxartmasam rahat olmuram, müharibəyə adi səhnələr görməkdən şikayət edir. Son zamanlar psixi vəziyyəti pisləşdiyi üçün AR SN RPX-na qəbul olunub. 19.04.23-cü il tarixdə Həkim Məsləhət Komissiyasına təqdim olunub. "X15 POZUNTUSU (PROF. F. İSMAYİLOV)” diaqnozu təyin olunub. “Pasiyentin vəziyyəti” bölməsində göstərilmişdir ki, zahirən narahatdır, gərgindir. Bələdliyi pozulmayıb. Ünsiyyətə həvəssiz, əsəbi qoşulur. Əhval-ruhiyyə fonu aşağıdır. Emosional solğundur. Yuxusu, yaddaşı pozulub. Əsəbilikdən, yuxusuzluqdan əziyyət çəkir. “Pasiyentin obyektiv müayinəsinin nəticələri” bölməsində göstərilmişdir ki, orta boylu düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Nəbzi ritmikdir. Ürək tonları aydındır. A/T: 120/70 mmcs. Daxili orqanlar tərəfindən nəzərəçarpan pataloji dəyişikliklər aşkar olunmur. MSS-i tərəfindən nəzərəçarpan üzvi dəyişikliklər qeyd edilmir. “Aparılmış müalicə” bölməsində göstərilmişdir ki, “tab. Clonazepam, tab. Amitriptillin, tab. Depakin xrono, “Xəstəliyin gedişi” göstərilmişdir ki, Xronikidir. Şəxs saxlayıcı müalicəni müntəzəm davam etdirmək və sahə psixiatrının nəzarətində olmaq tövsiyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 4488 nömrəli rəyindən görünür ki, Şəxs Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuşdur. “Nevrasteniya F 48.0” diaqnozu qoyulmuşdur. İşdə olan 091496 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, Şəxs saxlayıcı müalicəni müntəzəm davam etdirmək və sahə psixiatrının nəzarətində olmaq tövsiyə olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Şəxs 2-ci Qarabağ müharibəsi zamanı travma alıb. İşdə olan xx.xx.2021-ci il tarixli 11 nömrəli travma haqqında arayışdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Sarğı nahiyyəsində sağalmış qəlpə yarası” xəsarətini almışdır. İşdə olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, Şəxs sarğı nahiyyəsində sağalmış qəlpə yarası vardır. (Y36.2) İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqələrindən görünür ki, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə”, Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsaən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), “Vətən müharibəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Xocavənd istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Sarğı nahiyəsində sağalmış qəlpə yarası” xəsarətini alması və bunun nəticəsində Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış həkim psixiatr komissiyası tərəfindən müayinə olunaraq “Nevrasteniya F 48.0” diaqnozu qoyulmasını, eyni zamanda X15 Pozuntusu (PROF. F. İSMAYİLOV)” diaqnozu təyin olunmasını, ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-608/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-608/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver