Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-612/2024 24.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X2 müdafiəçisi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş X11 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X2 X11 Xidmətinin 30 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta üzrə başlanılmış icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X6 məhkəməyə müraciət edərək, X11 Xidmətinin rəis müavini X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 30 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat inzibati cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, 16 iyul 2024-cü il tarixli, MN ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, vətəndaş X14 01 iyun 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək və X8 01 iyun 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə mimnədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər; X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd edilən qərar 07 avqust 2024-cü il tarixdə onun ünvanına daxil olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yatımda X11 Xidmətinin 30 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X14 22 may 2024-cü il tarixdə Cəmiyyətə “sürücü” vəzifəsinə işə qəbul edilmiş və öz ərizəsinə əsasən, 31 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi üzrə Cəmiyyətin İX-56/24 saylı əmrinə əsasən işdən azad edilmişdir. Qeyd edilən əmək müqaviləsinə xitam proseduru Cəmiyyət tərəfindən 31 may 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək və Məşğulluq” altsistemi (“ƏMAS”) ilə rəsmiləşdirilmiş və xitam qeydiyyata alınmışdır. Cəmiyyətin digər işçisi X8 27 may 2024-cü il tarixdə Cəmiyyətə “sürücü”vəzifəsinə işə qəbul edilmiş və öz ərizəsinə əsasən, 31 may 2024- cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi üzrə Cəmiyyətin İX-53/24 saylı əmrinə əsasən işdən azad edilmişdir. Qeyd edilən əmək müqaviləsinə xitam proseduru Cəmiyyət tərəfindən 31 may 2024-cü il tarixdə “ƏMAS” ilə rəsmiləşdirilmiş və xitam qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisələndirilən qərarda adı çəkilən X14 və X8 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılan əmək müqavilələrinə 31 may 2024-cü il tarixdə ƏMAS üzərindən xitam verilmiş və həmin işçilərlə son haqq-hesab aparılmaqla, Cəmiyyətlə qeyd edilən şəxslər arasında əmək münasibətlərinə son verilmişdir. 31 may 2024-cü il tarixdən etibarən həmin şəxslərlə Cəmiyyət arasında nəinki əmək münasibətləri, hər hansı formada mülki-hüquqi münasibətlər də olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti isə heç bir hüquqi, faktiki əsas olmadan X14 və X8 ilə Cəmiyyət arasında əmək müqaviləsi bağlanılmadan (hüquqi qüvvəyə minmədən) adı çəkilən şəxslərin Cəmiyyət tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildiyini “iddia etmişdir”. Bu iddianın sübutu olaraq isə hər hansı əsas, sübut göstərə bilməmişdir. Digər tərəfdən, mübahisələndirilən qərarda qeyd edilən 16 iyul 2024-cü il tarixli, MN ******* saylı protokol onun iştirakı olmadan və izahatı alınmadan tərtib edilmiş, tərtib edildikdən sonra da surəti ona göndərilməmişdir. O, yalnız mübahisə predmeti olan inzibati tənbeh vermə haqqında qərar ona təqdim edildikdən sonra protokolun tarixi və nömrəsi ilə bağlı qeydləri qərarda görmüş və nəticədə protokolun “mövcud olması” barədə məlumatlı olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən ona heç bir məlumat verilməmiş və bununla da özünü müdafiə etmək hüququndan (izahatlar təqdim etmək, iş materialları ilə tanış olmaq və s.) məhrum olmuşdur. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü bəndinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılmalıdır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.2-100.4-cü bəndlərinə görə inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Beləliklə, yuxarıda qeyd edilən hallar - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin əmək müqavilələri hüquqi qüvvəyə minmədən X9 və X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin “iddia etməsi” və bu iddianın əsası olaraq hər hansı sübutun göstərilməməsi; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən ona heç bir məlumat verilməməsi və bununla da izahat təqdim etmək və digər təməl hüquqlardan məhrum olmağı, inzibati xətahaqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, ona bununla bağlı hər hansı bildiriş (çağırış vərəqəsi və s.) göndərilməməsi, izahatı alınmadan tərtib edilən protokol əsasında qanunsuz qərar qəbul edilməsi, eləcə də inzibatı xəta haqqında protokolun surətinin ona təqdim edilməməsi inzibati orqan tərəfindən yol verilən kifayət qədər kobud və aşkar qanun pozuntularıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 129.1.3-cü bəndinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - şikayət verən şəxsin yaşayış yeri rayon (şəhər) məhkəməsinə verilir. Odur ki, qeydiyyat ünvanı İmişli rayonu, Hacıalmuradlı kəndi olduğuna görə hazırki şikayət İmişli Rayon Məhkəməsinə təqdim edilir. 135-ci maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən X11 Xidmətinin regional şöbəsinin rəis müavini X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X2 vəkili X10 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. O eyni zamanda Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(047)-185/2024 nömrəli qərarı ilə "xxxx" MMC barəsində eyni faktla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam veridliyini bildirərək, qərarı məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən X11 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X12 şikayət ərizəsinin əsassız olduğundan təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayətçinin ərizəsini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X11 Xidmətinin rəis müavini X7 tərəfindən 30 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 01 iyun 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və X8 01 iyun 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək "xxxx" MMC-nin rəhbərliyi tərəfindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X11 Xidməti tərəfindən "xxxx" MMC-ə ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasan bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məcəllənin 12.1-ci maddəsinş əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. Bildirilirk ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununia bağlı xx.xx.2024 tarixli 3-17- 5/2-30650/2024 nömrəli məktub göndərilmiş, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviiasi bildirişinin “Əmək və məşğulluq” aitsisteminə daxil edilməsi hələ də təmin edilməmişdir. Yuxanda qeyd olunanları və inzibati xəta haqqındaişüzrəicraatırəddedənhalların olmamasını nəzərə alaraq iş üzrə icraatın başlanması ilə əlaqədar 16 iyul 2024-cü il tarixdə saat 12:30-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil ediimiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur; "xxxx" MMC-nin 30 avqust 2024-cü il tarixli BA/D62 saylı məktubu ilə "xxxx" MMC-yə bildirilmişdir ki, vətəndaşlar X14 və X8 üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi vasitəsilə iş icazələrinin alınmasından ötrü tərəfinizdən "xxxx" MMC-nə müraciət olunmuş, Elşad Şükürova görə xx.xx.2024-cü il və Abdulla Məmmədova görə 27 may 2024-cü il tarixlərində icazə alınmasını təmin etmişik. Daha sonra hər iki şəxsə aid iş icazələrinin ləğv edilməsi üçün 31 may 2024-cü il tarixdə müraciət etmisiniz və ardınca icazələrin ləğvi üçün tərəflərindən tədbir görülmüşdür; İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən, bildirişlərdən və əmrlərdən görünür ki, X8 ilə «TVVİNS GROUP 2022” MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və qeyd edilən hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsindən, bildirişlərdən və əmrlərdən görünür ki, X14 ilə «TVVİNS GROUP 2022” MMC arasında xx.xx.2024- cü il tarixdə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və qeyd edilən hallar müvafiq qaydada rəsmiləşdirilmişdir Laçın Rayon Məhkəməsinin 3(047)-185/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 01 iyun 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və X8 01 iyun 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək "xxxx" MMC-nin rəhbərliyi tərəfindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyi üçün "xxxx" MMC-nin direktoru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. Lakin məhkəmə qeyd edir ki, «TVVİNS GROUP 2022” MMC ilə X14 və X8 arasında müvafiq qaydada əmək müqavilələri bağlanılaraq X14 xx.xx.2024-cü il, X8 isə xx.xx.2024cü il tarixlərdə işə qəbul olunmuş, daha sonra isə həmin şəxslər ilə «TVVİNS GROUP 2022” MMC arasında bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. Bundan sonra «TVVİNS GROUP 2022” MMC tərəfindən "xxxx" MMCnə əmək müqavilələrinə xitam verilmiş işçiləri-X9 və X3 adlarına verilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində yerləşdirilmiş icazələrin ləğvi barədə xx.xx.2024- cü il tarixdə müraciət olunmuş, həmin müraciət "xxxx" MMC-nə daxil olsa da, lakin texniki nasazlıqlar nəticəsində həmin icazələrin ləğv edilməsi prosesi ləngimiş və vaxtında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində qeydə alınması mümkün olmamışdır. Bundan başqa məhkəmə iclasında «TVVİNS GROUP 2022” MMC ilə inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslər arasında əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin «TVVİNS GROUP 2022” MMC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən hər hansı mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən də məhkəmə eyni zamanda belə hesab edir ki, «TVVİNS GROUP 2022” MMC ilə inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslər arasında əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin adlarına verilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində yerləşdirilmiş icazələrin ləğv olunmaması qeyd edilən şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi anlamına da gəlməməlidir. Qeyd edilən bu hal isə İXM-nin 8.3-cü maddəsinin tələblərinə əsasən, yəni inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməsi baxımından «TVVİNS GROUP 2022” MMC-nin xeyrinə şərh edilməlidir. Bütün bunlara əsasən də məhkəmə belə hesab edir ki, həm qanunun mənası baxımından, həm də işin faktiki halları baxımından «TVVİNS GROUP 2022” MMC-nin direktoru Heydər Nuruşov tərəfindən ona istinad olunan inzibati xətanı törətməsi müəyyən edilmir. X11 Xidmətinin əməkdaşı qərar qəbul edərkən maddi hüquq normasının mənasını və mahiyyətini araşdırmadan əsassız olaraq hesab etmişdir ki, «TVVİNS GROUP 2022” MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilər. Göründüyü kimi «TVVİNS GROUP 2022” MMC-nin direktoru X2 əməllərində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti isə hərtərfli və obyektiv araşdırma aparmadan «TVVİNS GROUP 2022” MMC-nin direktoru X6 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-3-cü maddəsinə əsasən Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Qeyd olunan hüquqi mövqe hazırki işin müəyyən olunmuş faktiki halları ilə uzlaşdırdıqda müəyyən olunur ki, fakt əmək müqaviləsi alt sisteminin təhlilləri nətciəsində aşkar edilsə də, qanunun tələbinə zidd olaraq fiziki şəxs barəsində real vaxt rejimində elektron qərar tərtib olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunverciliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X6 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan X11 Xidməti tərəfindən "xxxx" MMC-nin direktoru X2 barəsində qəbul edilmiş 30 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair X11 Xidməti tərəfindən qəbul edilmiş 30 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-612/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-612/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver