Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-618/2024 22.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdizadə Nicat Əli oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə İmişli rayonu, Qızılkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X9 tərəfindən tərtib edilmiş saylı, 22 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Qızılkənd kəndində yaşayan X7 iş otağında aralarında yaranmış şəxsi münasibətlər zamanı sifət və sinə nahiyəsinə yumruqla vuraraq xəsarət yetirmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X9 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Qızılkənd kəndində yaşayan X7 iş otağında aralarında yaranmış şəxsi münasibətlər zamanı sifət və sinə nahiyəsinə yumruqla vuraraq xəsarət yetirmişdir. Araşdırma aparılmış, xəsarətin dərəcəsinə görə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Buna görə də Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, Hörmət Salahovu həmkəndlisi kimi tanıyır. Aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. X6 məxsus Qızılkənd kəndinin ərazisində "xxxx" MMC-nin həmin kənddə yerləşən filalının arxasında çayxana kimi fəaliyyət göstərən 100 kv/m ölçüdə obyekti vardır. Həmin obyektin bütün sənədləri qaydasındadır. Obekti 1 il müddətinə müqavilə əsasında icarəyə götürmüşdür. Həmin obyekti çayxana kimi işlətmək istəmişdir. Lakin Hörmət buna icazə verməmişdir. Hörmət onu yanına çağıraraq Təyyar ilə arasında ədavət olduğunu, buna görə də, obyekti işlətməyə icazə verməyəcəyini demişdir. Buna baxmayaraq həmin obyekti işlətməyə başlamışdır. 3 gün işlətdikdən sonra Hörmət onu yenə yanına çağıraraq obyekti səndələşdirmədiyi təqdirdə müvafiq qurumlara şikayət edəcəyini bildirmişdir. O da Hörmətə sənədləri alacağını demişdir. Bundan sonra Təyyar ilə ilə birlikdə Beyləqan rayonu ərazisində yerləşən 8 saylı Ərazi Vergi dərəsinə getmişlər. Həmin idarənin əməkdaşı ona sənədlərinin qaydasında olduğunu, sadəcə olaraq “ASAN” imza açdıraraq vergi ödəyicisi kimi qeydiyyatdan keçmək lazım olduğunu demişdir. Sonra Beyləqan rayonu ərazisində yerləşən "xxxx" LTD MMC-nin ofisinə gedib orada 30 manat ödəniş etmiş, “ASAN” imza alaraq vergi idarəsinə vermişlər. Təxminən 40 dəqiqə gözlədikdən sonra vergi ödəyici kimi qeydiyyatdan keçmiş və ona vəsiqə vermişlər. Sonra kəndə qayıtmışlar. Kəndə qayıtdıqdan sonra Vergi İdarəsindən aldığı vəsiqəni Hörmətə göstərib və obyekti çayxana kimi işlədəcəyini demişdir. Bu vaxt Hörmət sənədə baxıb ona: “Mən nə qədər burdayam siz burda işləməyəcəksiniz. Obyekt işləməyəcək” - demişdir. O da Hörmətə nə bilirisə gedib etməsini və obyekti çayxana kimi işlətməyə davam edəcəyini demişdir. Bunun üzərindən 2-3 gün keçdikdən sonra Hörmət dövlət qurumlarına şikayətlər etməyə başlamışdır. Hörmətin şikayətindən sonra obyektə dövlət qurumları - Ekologiya Nazirliyi, X3, Vergi Xidmətindən və Fövqəladə Hallar Nazirliyindən yoxlamalar gəlmiş və müəyyən məbləğdə cərimələr yazıb getmişlər. Vergi Xidmətindən başqa bütün xidmətlər Təyyara yazılmış, bir dənə Vergi İdarəsindən ona 40 manat cərimə yazılmışdır. Həmin cəriməni də Hörmət ödətdirmişdir. Belə ki, Hörmət ona obyekti bağlayacağı təqdirdə cəriməni ödəyəcəyini demiş, o da obyek bağlamış və Hörmət də cəriməni ödəmişdir. Bundan sonra VÖEN-i bağlatdırmışdır. Sonra o, müvafiq qurumarlara Hörmət barəsində şikayətlər etməyə başlamışdır. Hörmət barəsində şikayətlər etməyə başladıqdan sonra İmişli rayon İcra Hakimiyyətinin Mirzə adlı əməkdaşı ona zəng edərək xidməti iş yerinə dəvət etmişdir. Mirzə ona iş yerində məşğulluq idarəsində iş verəcəyini deyib və Hörmət barəsində şikayətlərini dayandırmağını demişdir. Mirzənin bu sözlərinin üzərindən 3 ay keçməsinə baxmayaraq işlə təmin edilməmişdir. Bundan sonra yenə Mirzənin yanına getmiş və Mirzə ona iş olmadığını və iş olduğu təqdirdə məlumat verəcəklərini demişdir. O, daha sonra evə qayıtmışdır. 07 yanvar 2024-cü il saat 15 radələrində Təyyarın ona icarəyə verdiyi obyektin qarşısında kəndin bələdiyyəsi Cahət Əliyev, Hörmət Salahov və Torpaq şöbəsinin əməkdaşları tərəfindən ölçü götürülürdüyünü görmüşdür. Onların əllərində metrə olmuş və hərə metrənin bir tərəfindən tutmuşdur. Belə ki, onlar Təyyarın 100 kv/m-lik obyektində və 270 kv/m ölçüdə icarə əsasında götürdüyü sahədə ölçü aparmışlar. Obyektə gələn kimi Təyyarın yanında dayanıb keçirilən baxışa baxmıdşır. Sonra bayıra çıxmış və poçtdan 10 metr kənarda dayanıb baxışda iştirak edənləri mobil telefonuna çəkməyə başlamışdır. Bu vaxt Hörmət poçtun yanından arxadan ona yaxınlaşıb və mobil telefonu almaq üçün qəfil əlindən tutmuşdur. Mobil telefonu verməmək üçün digər əlindən istifadə etməyə başlamışdır. Belə ki, sağ əlində olan mobil telefonu ilə videogörüntü çəkmişdir. Hörmət onu arxadan sağ əlini tutub telefonu almaq istəyən zaman sol əlini sağ əlinin üzərində -qoyub telefonu Hörmətə vermək istəmirmişdir. Bu vaxt Hörmət onun sol əlinin barmaqlarından tutaraq arxaya doğru qatlayıb və onu darta-darta poçtun binasının içərisinə salmışdır. Binanın içərisinə girdikdən sonra Hörmət “polka”nın qapsını açaraq içəri keçib qapını bağlatdırmış və o isə “polka”nın digər tərəfində qalmışdır. Hörmət onun əlini buraxmamışdır. Bu vaxt Niyaməddin ona arxadan yaxınlaşmış, “polka”nı açaraq Hörmətin yanına getmiş və iksinin əlindən tutaraq telefonu almaq istəmişdir. O da telefonu buraxmamışdır. Hörmət isə Niyaməddinə görüntünü pozmağını demişdir. Bundan sonra Hörmət onun sağ əlini tutmuş, o sağ əlinin baş barmağı ilə telefonu kiliddən çıxartmış və Niyaməddin videogörüntünü silmişdir. Bu vaxta qədər Hörmət onun sol əlini buraxmamış və dahada möhkəm arxaya doğru qatlamışdır. O da ağrıdan dayana bilməmiş və məcbur olub telefonu koddan çıxartmışdır. Niyaməddin videonu sildikdən sonra Hörmət onun sağ əlini və sol əlinin barmaqlarını buraxmışdır. Hörmət əlini buraxan kimi sol əlinin iki barmağı zədələnmişdir. Hörmətin zəngindən sonra o da 102 xidmətinə zəng etmişdir. Onun barəsində cinayət işi başlanmışdır. İş məhkəmənin icraatındadır. Onun da yüngül xəsarət almağı barədə ekspert rəyi var. Bundan sonra Hörmət bayıra çıxaraq 102 xidmətinə zəng etmişdir. Mübahisə zamanı Hörmət Salahovu vurmamışdır. Hal-hazırda X10 ilə barışmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 izahatında göstərmişdir ki, o, Təyyar Mehtiyevi və Şəxs tanıyır. Aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. O, 2012-ci ildən "xxxx" MMC-nin İmişli rayon Qızılkənd kənd filialının müdiri vəzifəsində işləyir. 2023-cü ilin avqust ayının 01-də 46 gün müddətinə əmək məzuniyyətinə çıxıb, Bakı şəhərinə, Günəşli sanatoriyasına müalicəyə getmişdir. Məzuniyyətdə olduğu müddət ərzində onu qonşu Aranlı kəndinin poçtunun əməliyyatçısı Elyaz əvəz etmişdir. Avqust ayının sonlarında isə kəndə qayıtmış və məzuniyyətdə olduğu üçün işə çıxmamışdır. Saat 10 radələrində poçt vasitəsi ilə smartkarta pul köçürmək istəmişdir. Bu vaxt poçtun ətrafının çəpərlənməsini, həmçinin Təyyar Mehtiyev yaxınlıqda olan kafenin binasının ətrafına 4 ədəd səs yazan kameranın quraşdırılmasını və həmin kameralardan 2 ədədinin poçtun qapısını çəkməsini və poçtun inzibati binasına kimi çəpərlənməsini görmüşdür. Bundan sonra "xxxx" MMC-nin İmişli rayon şöbəsi üzrə müdiri Mahir Babayevə zəng etmiş və bu barədə məlumat vermişdir. Mahir müəllim deyilənləri mobil telefon vasitəsi ilə videogörüntüylə qeydə alıb və “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərməyini istəmişdir. O, çəkilişə başlamışdır. Çəkilişə başlayandan sonra orada olan Təyyar Mehtiyev ona mane olmuş və çəkiliş etməyinə icazə verməmişdir. O da çəkilişi dayandırmışdır. Yarımçıq etdiyi çəkilişi idarə rəhbərinə göndərmişdir. Qanuni olaraq Təyyar Mehtiyevin obyektinin çəpərləri poçtun inzibati binasından 1.20 metr kənarda olmalıdır. Təyyar Mehtiyev çəpərləməni bir-başa poçtun binasına birləşdirmişdir. Həmin gün Təyyar Mehtiyev ilə arasında heç bir mübahisə baş verməmişdir. 15 sentyabr 2023-cü ildə əmək nəzuniyyəti bitdiyindən işə çıxmışdır. İşə çıxmamışdan əvvəl Təyyardan obyektin çəpərini sökərək geri çəkməsini istəmişdir. Təyyar isə ona bu barədə əlində sənəd olduğunu deyərək, çəpəri sökməyəcəyini və poçtun ətrafına keçməyə icazə verməyəcəyini demişdir. Bu barədə bir neçə dəfə mübahisələri olmuşdur. Təyyar Mehtiyevin poçtun ərazisini zəbt etməsi ilə bağlı Bakı şəhərinə gedib, Əmlak Komitəsinə şikayət etmişdir. Şikayətindən sonra 07 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Əmlak Komitəsinin əməkdaşları idarəyə gələrək poçtun inzibati binasının ətrafına baxış keçirmişlər. Baxış zamanı Təyyar Mehtiyev tərəfindən 220.0 kv.metr ərazinin zəbt edildiyi müəyyən edilmişdir. Təyyar Mehtiyev bunu gördükdən Faləddinə zəng edib obyektinə çağırmışdır. Təxminən 5 dəqiqə sonra Faləddin söyüş söyə-söyə obeyktə gəlmişdir. Faləddin gələn kimi obyektə gəlib, bələdiyyə sədri Cahit Əliyev ilə dava etməyə başlamışdır. Onlar arasında sözlü mübahisə olmuşdur. Mübahisəyə səbəb Faləddinin Cahətin ünvanında nalayiq ifadələr işlətməsi olmuşdur. Əmlak komitəsinin əməkdaşları Faləddinin mübahisə etdiyini, mübahisənin davaya çevriləcəyini görüb kafedən kənara çıxıb “Niva” markalı avtomobilin üzərində keçirdikləri baxışa aid akt yazmağa başlamışlar. O da Əmlak komitəsinin əməkdaşlarının yanında dayanaraq aktın surətini almaq istəmişdir. Bu vaxt Faləddin mobil telefonu ilə Əmlak komitəsinin əməkdaşını və onu çəkməyə başlamışdır. Faləddin mobil telefonunu onu tərəfə çevirən zaman əlilə Faləddinin əlini digər tərəfə itələyib və onu çəkməməsini istəmişdir. Telefon Faləddinin sağ əlində olmuşdur. Faləddin sol əli ilə onun qolundan tutaraq özünə tərəf çəkib telefonu yenidən onun üzünə istiqamətləndirmişdir. O da Faləddin sağ əlində olan mobil telefonun yuxarı kamera hissəsindən tutaraq və güc tətbiq etmədən telefonu almışdır. Telefon əlində olan zaman kilidə düşmüşdür. Faləddin mobil telefonunu verməmiş və İcra nümayəndəsi Niyaməddini çağıraraq telefonunda olan ona aid olan videonu silməsini istəmişdir. Bundan sonra poçtun inzibati binasına daxil olmaq istəmişdir. Bu vaxt Faləddin onun əynində olan gödəkçənin boyun nahiyəsindən tutaraq 2-3 dəfə geri çəkmişdir. O, Faləddinə müqavimət göstərməmiş və poçtun inzibati binasına daxil olmuşdur. Binaya daxil olduqdan sonra iş otağına keçmişdir. İş otağına keçdikdən sonra Niyaməddin ilə Faləddin birlikdə binaya daxil olmuşlar. Faləddin ondan telefonunu istəmişdir. O isə Faləddindən ona aid görüntüləri silməsini istəyib və sonra telefonu verəcəyini bildirmişdir. Niyaməddin Faləddindən mobil telefonun şifrəsini istəmişdir. Faləddin isə şifrəni verməkdən imtina etmişdir. Buna görə də, aralarında sözlü mübahisə yaranmışdır. Bunu görən Niyaməddin ondan mobil telefonu istəmişdir. O da Niyaməddinə telefonu verəcəyi təqdirdə Faləddinin telefonu aldıqdan sonra görüntünü silməyəcəyini bildirərək telefonu verməkdən imtina etmişdir. Bu vaxt Cahət binaya daxil olmuşdur. Cahət binaya daxil olan vaxt Faləddin kassa otağına daxil olaraq oturduğu yerdə onun sifət nahiyəsindən 3 dəfə yumruqla vurmuşdur. Niyaməddin onları ayırmışdır. Faləddinlə dava etmək istəyən vaxt Niyaməddin ona imkan verməmişdir. Faləddin foedə gözləyirmiş. Bu vaxt Faləddin yenə onun üzərinə gələrək yaxasından tutub köynəyinin yaxa düymələrini qırmışdır. Yenə onları Niyaməddin ayırmışdır. Buna baxmayaraq telefonu Faləddinə verməmişdir. Bundan sonra Faləddin telefonun şifrəsini demiş, şifrəni dedikdən sonra telefonu Niyaməddinə vermiş və ona aid videogörüntünü silmişdir. Bundan sonra Faləddini bayıra çıxarmış və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Lakin hal-hazırda Şəxs şikayətçidir. Odur ki, Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinin aidiyyəti əməkdaşına verilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 14 saylı məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, X5 aşkar edilmiş xəsarət – sifətin sağ yanaq nahiyəsində yumşaq toxumada şişkinlik və qançır, sifətin sol yarsında çənə sümüyü proyeksiyasında selikli qişada qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 14 saylı məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, Şəxs aşkar edilmiş xəsarət – sol əlin 4-5-ci barmaqlarında şişkinlik və qançır, sol əlin 5-ci barmağının və 3-cü falanqasının qeyri-tam boylama sınığı (çatı) bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024cü il tarixdə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmayan aid edilir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Məmmədov X8 Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər hallarını, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 14 saylı məhkəmə-tibbi ekspertiza rəyinə əsasən yüngül xəsarət almasını nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-618/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-618/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver