Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-621/2024 27.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdizadə Nicat Əli oğlunun katibliyi, İmişli Rayon Polis X10 X9 Nəqliyyat Hadisəsi üzrə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1951-ci il tarixdə İmişli rayonu, Xoşçobanlı kəndində anadan olmuş, 2-ci qrup əlil, Azərbaycan Respublikası vətəndaşı, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olan və yaşayan. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da İmişli şəhəri, N.Savalanov küçəsində hərəkətdə olarkən sürücülük hüququ olmadan “Vaz 21074” markalı, “**-BM-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol ayrıcını keçmə qaydasını pozaraq dönmə əməliyyatı apararkən “Vaz 21074” markalı, “**-UC-***” dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi həmin avtomobilin sağ yan hissəsinə dəymişdir. X3 930 manat maddi zərər yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində İmişli Rayon Polis X10 X9 Nəqliyyat Hadisəsi üzrə inspektoru, polis baş leytenantı X4 tərəfindən İXP ******* seriyalı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında İmişli Rayon Polis X10 X9 Nəqliyyat Hadisəsi üzrə inspektoru, polis baş leytenantı X4 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00da İmişli şəhəri, N.Savalanov küçəsində hərəkətdə olarkən sürücülük hüququ olmadan “Vaz 21074” markalı, “**-BM-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol ayrıcını keçmə qaydasını pozaraq dönmə əməliyyatı apararkən “Vaz 21074” markalı, “**-UC-***” dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi həmin avtomobilin sağ yan hissəsinə dəymişdir. X1 avtomobilinə maddi zərər yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edilmiş şəxs Şəxs özünü Аzərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, İmişli rayonu, Murğuzallı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildirir ki, xx.xx.2024 cü il tarixdə, saat 15:00 radələrində özünə məxsus olan “VAZ-21074” markalı “**-BM-***” dövlət qeydiyyat nişanlı avtomobili İmişli şəhəri N.Savalanov küçəsində idarə edən zaman 4 yol ayrıcında yol ayrıcı keçmə qaydasını pozdum və nəticədə əks istiqamətdən gələn “VAZ- 21074” markalı “**-UC-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmin avtomobilin qabaq hissəsi onun avtomobilinin sağ yan hissəsinə dəyərək dayanmışdır. Sürücülük vəsiqəsi olmadan yol nəqliyyat hadisəsi törədmiş və X6 avtomobilinə maddi ziyan vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində heç kim heç bir xəsarət almamışdır. Hadisə zamanı yol-patrul xidməti əməkdaşları hadisə yerinə gəlmişdir. Himayəsində xəstə anasının olmasını, özünün 2-ci qrup əlil olması, tutduğu əməldən peşimançılıq hissi keçirməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. işdə olan 27 avqust 2024-cü il tarixli 206 nömrəli zərər aktından görünür ki, X7 məxsus “VAZ-21074” markalı “**-UC-***” dövlət qeydiyyat nişanlı avtomobilə 930 (doqquz yüz otuz) manat maddi ziyan dəymişdir; elektron sistemindən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir və 372,98 (üç yüz yetmiş iki manat doxsan səkkiz qəpik) manat məbləğində müavinət alır; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən tərtib olunmuş protokola həmin hissədə baxılıb hüquqi qiymət verilməsi üçün İmişli Rayon Polis Şöbəsinə göndərilsin. Məhkəmə tərəfindən Şəxs əməlindən peşman olmasını, anasının xəstə olmasını, əvvəllər əlillik dərəcəsinin olmasını yüngülləşdirən hal kimi nəzərə almaqla əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 manat miqdarında cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən tərtib olunmuş protokola həmin hissədə baxılıb hüquqi qiymət verilməsi üçün İmişli Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-621/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-621/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver