Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-638/2024 04.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, X1 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və cəmi 2700 (iki min yeddi yüz) manat aliment borcu yaranmışdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X8 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. İyun ayına qədər tələb onun pensiyasına yönəlmişdir. Lakin, pensiyanınməbləği az olduğu üçün kəsr yaranmışdır. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuş və ərizə ilə müraciət etmişdir. Nəticədə borclu Şəxs 2700 (iki min yeddi yüz) manat aliment borcu yaranmışdır. Borclu pensiyası təyin ediləndən sonra ödəniş edə biləcəyini desə də, tələbkar borcun tam ödənilməsini, uşaqların pula ehtiyacları olduğunu bildirmişdir. Ona görə də inzibati qaydada məsuliyyət cəlb edilməsini xahiş etmişdir. X2 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda iki övladı var. Uşaqların böyüməsində çətinlik çəkir. Borclu Şəxs bu günədək ödənilməyən 2700 (iki min yeddi yüz) manat aliment borcu var. Lakin borcun ödənilməsində heç bir hərəkət etməmişdir. Hazırda borclunun əməlindən şikayətçidir və borcun tam ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, X1 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, 2-ci qrup əlil olmuşdur. Əlilliyi ilə bağlı pensiya almış və aliment borcu hər ay sosial pensiyasından tutulmuşdur. Tələbkarın şikayətləri əsasında sosial pensiyası ləğv edilmişdir. Hazırda işləmir və qazancının olmaması səbəbindən aliment borcundan ödəniş edə bilməmişdir. Ona görə də aliment borcundan ödəniş edilməsi üçün 10 gün vaxt verilməsini məhkəmədən xahiş etdi. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İş materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir; İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində məcburi gətirilmə qərarı qəbul edilmişdir; İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı icra sənədindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X6 verilməlidir; Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir yerdə işləmir və adına hər hansı daşınmaz əmlak və dövlət qeydiyyatın alınmalı daşınar əmlakı yoxdur; İş materiallarına əlavə edilmiş inkasso sərəncamlarından görünür ki, borclu Şəxs pensiyasından aliment borcu tutulmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş qiymətləndirmədə əlilliyin ətyin edilməsindən tam reabilitasiya olması səbəbindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-638/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-638/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver