Məhkəmə qərarları › İş №3(036)-64/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-64/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-64/2024 01.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və zərərçəkmiş şəxs X1 iştirakı ilə, 0.12.1996-cı ildə anadan olmuş, AR vətəndaşı, evli, İmişli rayonu Gövhərli kəndində yaşayan Şəxs barəsindəa AR İXM-nin 332.4–cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol ( İXP 6001968) tərtib edilmişdir ki, o, idarə etmək hüququ olmadan «VAZ 21074» markalı ** OR *** dövlət nömrə nişanlı avtomaşını idarə edərək xx.xx.2024-cü il tarixdə, saat 17-00 radələrində İmişli şəhəri, N.Savalanov küçəsi ilə hərəkətdə olarkən manevr etmə qaydasını pozmuş və yolun sağ kənarında dayanmış X2 məxsus olan “VAZ 21099” markalı ** BK *** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq YNH törətmişdir. Hadisə nəticəsində “VAZ 21099” markalı ** BK *** dövlət nömrə nişanlı avtomobilə 530,0 manat məbləğində maddi zərər dəymişdir. Şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17-00 radələrində «VAZ 21074» markalı ** OR *** dövlət nömrə nişanlı avtomaşını idarə edərək İmişli şəhəri, N.Savalanov küçəsi ilə hərəkətdə olarkən yolun kənarında saxlamaq məqsədilə avtomobili sağa döndərmiş, lakin “VAZ 21099” markalı ** BK *** dövlət nömrə nişanlı avtomaşın ondan qabaq dönüb saxladığı üçün toqquşma baş vermişdir. Hadisə nəticəsində zədələnmiş “VAZ 21099” markalı ** BK *** dövlət nömrə nişanlı avtomaşın təmir olunması barədə zərərçəkənlə razılaşmışdır. Zərərçəkmiş şəxs X3 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17-00 radələrində özünə məxsus olan “VAZ 21099” markalı ** BK *** dövlət nömrə nişanlı avtomaşını İmişli şəhəri, N.Savalanov küçəsində yolun kənarında saxlayıb mağazaya girmişdir. Həmin vaxt Şəxs idarə etdiyi «VAZ 21074» markalı ** OR *** dövlət nömrə nişanlı avtomaşın ona məxsus olan avtomobili sağ tərəfdən vurub hadisə yerindən uzaqlaşmışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4–cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törətdiyi xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün inzibati qaydada həbs edilsin. Həbsetməninəvvəli Şəxs həbsə alındığı gündən və andan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar