Məhkəmə qərarları › İş №3(036)-642/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-642/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-642/2024 24.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İnzibati xəta haqqında qərar tərtib etmiş İmişli rayon prokurorluğunun etibarnamə üzrə nümayəndəsi Babaşzadə Qorxmaz Ağakişi oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb hüquqi şəxs Şəxs MMC - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi direktoru X8 tərəfindən MMC-nın xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa, əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda, həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs - X4 (FİN: 1XQ83EK) xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC sahibkarlıq fəaliyyətinə aid olan İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi 31 ünvanında yerləşən “Şəfalı Əllər” Tibb mərkəzində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həkim-ginekoloq işlərini görməyə cəlb edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında İmişli rayon prokurorluğunun etibarnamə üzrə nümayəndəsi Babaşzadə Qorxmaz Ağakişi oğlu 04 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin sahibkarlıq fəaliyyətinə aid olan “Şəfalı Əllər” Tibb mərkəzində çalışan xx.xx.1955ci il təvəllüdlü X4 ilə qeyd olunan Tibb mərkəzi arasında əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozulduğundan hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 04 sentyabr 2024-cü il tarixli qərar tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 bildirmişdir ki, Həmayə həkim 01 avqust 2024- cü il tarixdən “Şəfalı Əllər” klinikasında həkim-ginekoloq işləyir. Həmayə həkim iyul ayında da bir neçə dəfə “Şəfalı Əllər” klinikasına gedib-gəlmişdir. Rəsmi olaraq 01 avqust 2024-cü il tarixdən işə başlamışdır. Həmayə iyunun ayın axırlarında ona işlə bağlı müraciət etmişdir. Həmayə həkimlə avqustun əvvəli əmək müqaviləsi bağlanılmışdır. Lakin müqavilə sistemə 18 avqust 2024-cü il tarixdə işlənilmişdir. O, səhv edərək müqaviləni sistemə gec işləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi 31 ünvanında qeydiyyatda olan - barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş və qərar inzibati tənbeh tədbirinin tətbiq olunması məsələsinə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Baş X1 İnformasiya Sisteminə baxış keçirilməsi haqqında 14 avqust 2024-cü il tarixli protokol və X2 Sistemindən çıxarışdan görünür ki, Şəxs MMC-nin sahibkarlıq fəaliyyətinə aid olan “Şəfalı Əllər” Tibb mərkəzində çalışan xx.xx.1955ci il təvəllüdlü X4 ilə qeyd olunan Tibb mərkəzi arasında əmək müqaviləsi bağlanılmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs MMC-nin direktoru X8 xx.xx.2024-cü il tarixdə, saat 15:54-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə zəng edilərək, izahat verməsi üçün rayon prokurorluğuna dəvət edilmişdir. Anar Nurulayev isə xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna gələrək izahat verəcəyini bildirmişdir. İşdə olan 28 avqust 2024-cü il tarixli əlavə baxış keçirilməsi haqqında protokoldan və X2 Sistemindən çıxarışdan görünür ki, Şəxs MMC-nin sahibkarlıq fəaliyyətinə aid olan “Şəfalı Əllər” Tibb mərkəzində çalışan xx.xx.1955-ci il təvəllüdlü X4 ilə qeyd olunan Tibb mərkəzi arasında əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli İN/İ – 1340/2016 nömrəli Lisenziyadan görünür ki, Şəxs MMC-nin özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi ünvan 1 ünvanda qeydiyyatda olan, xx.xx.1972-ci ildə doğulmuş, xx.xx.2007-ci il tarixdə Nərimanov RPİ-si tərəfindən verilmiş AZE seriyalı, 06108073 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, X9 bir tərəf və ünvan 2 ünvanda qeydiyyatda olan, xx.xx.1941-ci ildə doğulmuş, xx.xx.2011-ci il tarixdə Yasamal RPİ-si tərəfindən verilmiş AZE - seriyalı, 08502868 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi X10 isə digər tərəfdən həmin müqaviləni aşağıdakı məzmunda bağlanmışdır: X9, Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2011-ci İN tarixdə qeydiyyata alınmış, Dövlət qeydiyyat No (VÖEN) ********** və hüquqi ünvanı İmişli şəhəri, S.Ağamalıoğlu, ev 31 olan Şəxs MMC-dəki, hər biri 10 manat olan 100%-dən ibarət 20 manat, 2 (iki) payımı, atası X7 bağışlamışdır.

1. X10, ona bağışlanan Şəxs MMC-nin nizamnamə kapitalında olan və oğlu X5 məxsus hər biri 10 manat olan 100%-dən ibarət 20 manat, 2 (iki) payı hədiyyə qəbul etmişdir.

2. Hədiyyə verən bəyan edir və təminat verir ki, müəssisə və onun nizamnamə kapitalında olan pay barəsində məhkəmə mübahisəsi yoxdur.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edildi.

4. Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər hədiyyə, alan tərəfindən ödənilir.

5. Bu müqavilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmalıdır.

6. Müqavilə dörd nüsxədən ibarət tərtib edilib. Onların biri notariat kontorunda saxlanılır, digər nüsxələr isə tərəflərə verilir. İşdə olan xx.xx.2011-ci il tarixli qərardan görünür ki, Şəxs adlandırmaqla Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmiş, Cəmiyyətin hüquqi ünvanı İmişli şəhəri, S.Ağamalıoğlu 31 müəyyən edilmiş, cəmiyyətin nizamnamə kapitalı 20 manat olmaqla hər bir payın miqdarı 10 manata bölünərək 2 paydan ibarət müəyyən edilmiş, cəmiyyətin direktoru vəzifəsini öz üzərimə götürmüş və Cəmiyyətin sənədləri dövlət qeydiyyatına alınmaq ücün hazırlanıb 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilmişdir. Şəxs MMC-nin xx.xx.2024-cü il tarixli 1 №-li məktubundan görünür ki, X4 “Şəfalı Əllər” Tibb mərkəzində 01 avqust 2024-cü il tarixdən işə başlamışdır. Şəxs MMC-nin direktoru xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, X4 01 avqust 2024- cü il tarixdən “Şəfalı Əllər” klinikasında həkim-ginekoloq işləyir. Həmayə həkim iyul ayında da bir neçə dəfə “Şəfalı Əllər” klinikasına gedib-gəlmişdir. Rəsmi olaraq 01 avqust 2024-cü il tarixdən işə başlamışdır. Həmayə iyunun ayın axırlarında ona işlə bağlı müraciət etmişdir. Həmayə həkimlə avqustun əvvəli əmək müqaviləsi bağlanılmışdır. Lakin müqavilə sistemə 18 avqust 2024-cü il tarixdə işlənilmişdir. O, səhv edərək müqaviləni sistemə gec işləmişdir. X4 xx.xx.2024-cü il tarixli əlavə izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdən “Şəfalı Əllər” Tibb mərkəzində həkim olaraq işləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 həm inzibati araşdırma zamanı, həm də məhkəmədə verdiyi ifadəsi, X4 xx.xx.2024-cü il tarixli əlavə izahatı, X2 Sisteminə baxış keçirilməsi haqqında 14 avqust 2024-cü il tarixli protokol və X2 Sistemindən çıxarışlarla ELVİN NAZİMOĞLU” MMCnin sahibkarlıq fəaliyyətinə aid olan “Şəfalı Əllər” Tibb mərkəzində çalışan xx.xx.1955-ci il təvəllüdlü X4 ilə qeyd olunan Tibb mərkəzi arasında əmək müqaviləsi bağlanılmaması öz təsdiqini tapmışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar