Məhkəmə qərarları › İş №3(036)-643/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-643/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-643/2024 11.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, X3 və X1 İXP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv olunmasına dair şikayətinə İmişli Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 və X1 İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarın ləğv olunmasına dair məhkəməyə şikayətlə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verə bilər. İş materiallarını araşdırarkən müəyyən edilmişdir ki, X3 və X2 İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərardan şikayət versələr də, həmin qərar şikayətə əlavə edilməmiş və həmin qərardan buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti iş materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, QƏRARA ALDİM: X3 və X1 İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarın ləğv olunmasına dair şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar