Məhkəmə qərarları › İş №3(036)-644/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-644/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-644/2024 09.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin xidmət üzrə baş inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli şəhəri, F.Məmmədov küçəsi, ev 26-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 09 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə İmişli Rayon Polis Şöbəsinin əməkdaşını ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis X1 Bölməsinin xidmət üzrə baş inspektoru, polis leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs xidmətdə olan yol patrul xidmətinin polis əməkdaşlarının xidməti avtomobilini saxlatmış və Xalid Əsədov adlı polis əməkdaşı “peysər” sözü deyərək, ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Odur ki, göstərilənlərə əsasən o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, həmin gün spirtli içki qəbul edərək sərxoş olmuşdur. Yol patrul xidmətinin avtomobili yanımdan keçərkən Xalid Əsədov “peysərdi” sözləri demişdir. Polis əməkdaşlarının onun toqqasında tutduğu üçün o, əsəbləşib onların qanuni tələblərinə tabe olmamışdır. Hazırda veteran olduğunu, övladının və atasının itirdiyini, əməlinddən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə YPX-nın avtomobili ilə xidmətdə olarkən yol hərəkəti ilə hərəkət edən bir nəfər şəxs Xalid Əsədov adlı polis əməkdaşı “peysər”di sözü deyərək avtomobili saxlatmış, onları söyüb təhqir etməsini eşitmişdir. O və yanında olan polis əməkdaşları ilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu nizam-intizama dəvət etsələr də həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Onu polis şöbəsinin inzibati binasına dəvət etdikdə onlara müqavimət göstərərək ünvansız nalayiq söyüşlər söymüşdür. Bu barədə görüntülər video qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə YPX avtomobili ilə xidmətdə olarkən yol kənarı ilə hərəkət edən bir nəfər şəxs Xalid Əsədov adlı polis əməkdaşı “Peysər”di sözü deyərək avtomobili saxlatmış və onları söyüb təhqir etməsini eşitmiş o və yanında olan polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqim etdikdən sonra onu nizam-intizama dəvət etsələr də həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Onu polis şöbəsinin inzibati binasına dəvət etdikdə onlara müqavimət göstərərək ünvansız nalayiq söyüşlər söymüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 09 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə sərxoş vəziyyətdə İmişli Rayon Polis Şöbəsinin əməkdaşını ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saaat 20:00-da tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xalid Əsədov tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində İmişli şəhəri Neftçilər qəsəbəsində YPX-nin əməkdaşları polis baş serjantları X3 və X5 **-YP-*** dövlət qeydiyyat nişanlı “Kia” markalı yol patrul avtomobili ilə xidmətdə olarkən yolun kənarında hərəkət edən 3 nəfər şəxsin biri onları saxladaraq söyüb təhqir etmişdir. Onlar avtomobili saxlayıb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs qanuni əmrə tabe olmayaraq onlara məhəl qoymamış, yaxınlıqda xidmətdə olan PPX-nin əməkdaşlarının köməyi ilə polis şöbəsinə gətirilmişdir. Sonradan həmin şəxsin sərxoş olduğu müəyyn olundu. Həmin şəxs İmişli rayon sakini Şəxsdur. Məhkəmə iclasında tədqiq edilmiş yol patrul xidmətinin avtomobilinin quraşdırılmış kameranın və yol patrul xidməti əməkdaşının üzərində olan kameranın video görüntülərindən müəyyən edilmişdir, Şəxs yol polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, polisin qanuni tələblərinə tabesizlik göstərmişdir, ictimai qaydanı kobud surətdə pozaraq, polis əməkdaşının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şəxs xidmətdə olan yol patrul xidmətinin polis əməkdaşlarının xidməti avtomobilini saxlatmış və Xalid Əsədov adlı polis əməkdaşı “peysər” sözü deyərək, ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozaraq, polis əməkdaşının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bundan sonra o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bütün bunlar məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, məhkəmə iclasında tədqiq edilmiş yol patrul xidmətinin avtomobilinə quraşdırılmış kameranın və yol patrul xidməti əməkdaşının üzərində olan kameranın video görüntüləri öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 07 sentyabr 2024-cü il tarixdən saat 20:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 07 sentyabr 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar