Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-645/2024 10.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli şəhəri, S.Fətəliyev küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, X1 xeyrinə 31.500,0 (otuz bir min beş yüz) manat və 184.50 (bir yüz səksən dörd manat əlli qəpik) manat dövlət rüsumunu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1101/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və hazırda 28.500,0 (iyirmi səkkiz min beş yüz) manat və 184.50 (bir yüz səksən dörd manat əlli qəpik) manat dövlət rüsumu qalmaqdadır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1101/2022 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Borclu borcundan 3000 (üç min) manat ödəniş etmişdir. Nəticədə borclu Şəxs hazırda 28.500,0 (iyirmi səkkiz min beş yüz) manat və 184.50 (bir yüz səksən dörd manat əlli qəpik) manat dövlət rüsum borcu qalmaqdadır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, X1 xeyrinə 31.500,0 (otuz bir min beş yüz) manat və 184.50 (bir yüz səksən dörd manat əlli qəpik) manat dövlət rüsumu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1101/2022 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, xəstə olduğu, işləmədiyi, qazancının olmaması səbəbindən borcundan ödəniş edə bilməmişdir. Amma xəstəliklə bağlı heç bir rəsmi sənədi yoxdur. Hazırda borcundan ödəniş edə bilmir. Yeni işə başlayacağını və borcundan ödəniş etməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etdi. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1101/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1101/2022 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İmişli Rayon Məhkəməsinin 3(036)-813/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir; İşdə olan ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxs barədə məlumat vərəqəsindən görünür ki, İmişli Rayon Məhkəməsinin 8(036)-290/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, borclu Şəxs borc məbləğindən xx.xx.2023-cü il tarixə 3000 (üç min) manat ödəniş etməsini və qalıq 28.500,0 (iyirmi səkkiz min beş yüz) manat borcunu ödəməkdən yayınmasını və onun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1101/2022 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 31.500,0 (otuz bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 184.50 (bir yüz səksən dörd manat əlli qəpik) manat tutulub iddiaçı X3 xeyrinə ödənilməlidir; Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir yerdə işləmir və adına hər hansı daşınmaz əmlak və dövlət qeydiyyatın alınmalı daşınar əmlakı yoxdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-645/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-645/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver