Məhkəmə qərarları › İş №3(036)-646/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-646/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-646/2024 11.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon Prokurorluğunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli şəhəri, 28 May küçəsində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Prokurorluğundan daxil olmuş 04 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, Şəxs 28 iyul 2024-cü il tarixdə, saat 02:30 radələrində Şəxs sərxoş vəziyyətdə İmişli şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olarkən mobil telefonla danışan zaman uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozduğu üçün həmin ərazidə xidmət aparan, İmişli rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı X6, polis nəfərləri, polis serjantı X7 və polis serjantı X1 ona yaxınlaşaraq özlərini təqdim edib ona gecə vaxtı olmasını, nalayiq ifadələr işlətməməsini bildirərək ondan ictimai asayişi pozmamasını tələb etsələr də Şəxs polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında İmişli Rayon Prokurorluğunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas X4 04 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs 28 iyul 2024-cü il tarixdə, saat 02:30 radələrində Şəxs sərxoş vəziyyətdə İmişli şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olarkən mobil telefonla danışan zaman uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozduğu üçün həmin ərazidə xidmət aparan, İmişli rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı X6, polis nəfərləri, polis serjantı X7 və polis serjantı X1 ona yaxınlaşaraq özlərini təqdim edib ona gecə vaxtı olmasını, nalayiq ifadələr işlətməməsini bildirərək ondan ictimai asayişi pozmamasını tələb etsələr də Şəxs polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, barəsində inzibati iş üzrə icraat aparılan şəxsə münasibətdə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, 27 iyul 2024-cü il tarixdə gecə saatlarında o, xalasıgildə yeyib içdikdən sonra saat 02 radələrində çıxıb öz yaşadığı evə getmişdir. O, həddən artıq çox spirtli içki olan araq içmiş və həmin vaxt özündə olmamışdır. 28 iyul 2024-cü il tarixdə, saat təxminən 02:30 radələrində o, İmişli rayonu, N.Nərimanov küçəsi ilə evinə gedərkən yolda olan zaman anası ona bir neçə dəfə zəng edərək harada olduğunu soruşmuşdur. O da həmin vaxt içkili olduğuna görə anasının ona tez-tez zəng etməsindən əsəbiləşib telefonda nalayiq ifadələr və söyüşlər işlətmişdir. Həmin vaxt oradan keçən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, gecə saatları olduğunu, nalayiq ifadələr işlətməməsini, ictimai asayişi pozmamasını tələb etmişlər. Onun həmin vaxt əlində pivə butulkası olmuşdur. Polislər də ona yaxınlaşanda içkili olduğuna görə özündə olmadığı üçün şüşə butulkasını yerə vuraraq sındırmış və şüşə parçası ilə qarnının sol tərəfinə bir neçə dəfə vuraraq özünə xəsarət yetirmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində cərimə cəzası növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış İmişli rayon polis şöbəsinin Postpatrul xidmətinin bölüyünün polis nəfəri X6 bildirmişdir ki, o, 28 iyul 2024-cü il tarixdə, saat 02:30 radələrində İmişli Rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri polis serjantı X7 və polis serjantı X1 ilə birlikdə İmişli şəhəri, Nəriman Nərimanov küçəsi ilə Nəcməddin Savalanov küçəsinin kəsişməsində xidmətdə olarkən bir nəfər tanımadığı şəxs onlara yaxınlaşaraq, İmişli rayonu, Nəriman Nərimanov küçəsində bir nəfər şəxsin əlində spirtli içki olan pivə butulkası ilə hərəkət etdiyini, əlində telefonla kimləsə danışdığını, nalayiq ifadələr işlətdiyini, uca səslə söyüşlər söydüyünü demişdir. Onlar ictimati qaydaları pozan həmin şəxsi, yəni Şəxs ictimai qaydalara əməl etməyə dəvət etdikdə sonuncu polisin qanuni tələbinə əməl etməmiş və daha sonra şüşə parçası ilə özünə xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid X6 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli rayon prokuroru baş ədliyyə müşaviri Valeh Səmədov tərəfindən tərtib edilmiş 04 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş və qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə İmişli rayon məhkəməsinə göndərilmişdir; İmişli rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas Babaşzadə Qorxmaz Ağakişi oğlu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 64C-24 (24-3-2-2-425-0266) nömrəli material üzrə X6, X7, X1 və Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 12 avqust 2024-cü il tarixli 516 nömrəli rəyində göstərilmişdir ki, Şəxs qarnın sol yarısının ön səhində səthi çapıqlar iti kənara kəsici xassəyə malik əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə şüşə parçası ilə özü tərəfindən yetirilməklə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 118 saylı xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müayinə zamanı Şəxs ağır dərəcəli sərxoşluq halı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 535.1-ci maddəsinə maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, inzibati xəta törətmiş şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 28 iyul 2024-cü il tarixdə, saat 02:30 radələrində polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş halda törətməsinin müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar