Məhkəmə qərarları › İş №3(036)-647/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-647/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-647/2024 11.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına İmişli Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında İmişli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək borc ödənildiyi və bu barədə təlbkarın ərizəsi olduğu üçün İmişli Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmasını xahiş etmişdir. Barəsində protokol tərtib edilmiş şəxs Şəxs ifadəsində İmişli Rayon İcra və Probasiya şöbəsinin nümayəndələri X1 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər onlara geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu araşdırarkən, İmişli Rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi inzibati tənbeh vermə haqqında protokolu geri götürdüyünü bildirməklə protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında protokol və ona əlavə olunmuş sənədlərlə birgə İmişli Rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə İmişli Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən surəti 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar