Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-649/2024 12.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-ci ildə İmişli rayonu Əliqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Əliqulular kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, X1 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)- 1441/2023 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və cəmi 5526 (beş min beş yüz iyirmi altı) manat aliment borcu yaranmışdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1441/2023 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuş və ərizə ilə müraciət etmişdir. Nəticədə borclu Şəxs 5526 (beş min beş yüz iyirmi altı) manat aliment borcu yaranmışdır. Borclu əlavə aylar üçün aliment borcundan ödəniş etdiyini bildirsə də lakin tələbkar borcun tam ödənilməsini, uşaqların pula ehtiyacları olduğunu bildirmişdir. Ona görə də inzibati qaydada məsuliyyət cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, X1 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1441/2023 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, övladının birin özü saxlayır və bütün təlabatlarını ödəyir. X1 yanında olan digər övladlarının da saxlanmasına köməklik edir və təlabatlarını ödəyir. Aliment məbləğindən hər ay 250-300 manat civarında ödəniş edir. Övladının biri qüsurlu olduğu üçün onun müalicəsi üçün və həkimə aparılmasından ötrü bütün xərcləri özü edir. Eyni zamanda tələbkarla bir müddət yaşadığı ərzində də ona aliment hesablanmışdır. Hazırda aliment borcundan ödəniş edə bilmir. Ona görə də aliment borcundan ödəniş edilməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etdi. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1441/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023cü il 2(036)-1441/2023 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1441/2023 saylı icra sənədindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X4 verilməlidir. X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, borclu Şəxs 5280 manat aliment borcunun ayda 500 manat ödənilməsi barədə razılıq əldə etmiş və 2 vaxt verilməsini xahiş etmişdir. X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, borclu Şəxs hazırda 5630 manat aliment borcu var və onun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir yerdə işləmir və adına hər hansı daşınmaz əmlak və dövlət qeydiyyatın alınmalı daşınar əmlakı yoxdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 12 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-649/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-649/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver