Məhkəmə qərarları › İş №3(036)-650/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-650/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-650/2024 13.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1948-ci ildə İmişli rayonu, Hacalmuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli rayonu, Qulubəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin möhür və ştampı, o cümlədən maliyyə sənədləri cavabdeh Şəxs alınıb İmişli rayonu Qulubəyli bələdiyyəsinə təhvil verilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-979/2023 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-979/2023 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Hazırda möhür və ştampı, o cümlədən maliyyə sənədləri Şəxs tərəfindən alınıb İmişli rayonu Qulubəyli bələdiyyəsinə verilmədiyi üçün bələdiyyənin işində fasilələr yaranmışdır. Borclu Şəxs İmişli rayon İcra və probasiya şöbəsində olan zaman izahat verərkən guya möhür və ştampı, o cümlədən maliyyə sənədlərini itirdiyini və bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini və İmişli rayon polis şöbəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilmyərək izahatında göstərmişdir ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin möhür və ştampı, o cümlədən maliyyə sənədlərinin ondan alınıb İmişli rayonu Qulubəyli bələdiyyəsinə verilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)- 979/2023 saylı saylı icra sənədini icra etməməsi ilə bağlı barəsində İmişli rayon icra və probasiya şöbəsi tərəfindən protokol tərtib edilmişdir. Eyni zamanda bildirdi ki, İmişli rayon İcra və probasiya şöbəsində olan zaman izahat verərkən də möhür və ştampı itirdiyini və bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini və hətta İmişli rayon polis şöbəsinə yazılı şəkildə ərizə ilə də müraciət etmişdir. Maliyyə sənədələri isə prokurorluq tərəfindən başlanmış araşdırma zamanı götörülmüşdür. İmişli rayon prokurorluğuna şifahi müraciət etmiş lakin heç bir cavab əldə etməmişdir. Şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, möhürü xx.xx.2024-cü il tarixdə bazarda olarkən itirmişdir. Möhürü yerli icra hakimiyyətində sənədi möhürləmək üçün cibində saxlamış, oradan çıxdıqdan sonra bazara getmiş və orada da möhürü itirmişdir. Maliyyə sənədlərinin prokurorluq tərəfidən götürülməsi barədə aktın surəti ona verilməmişdir. Sənədlərin götürülməsi barədə onda heç bir sübut yoxdur. O da heç vaxt məhkəmə qətnaməsinin icra edilməsi İmişli rayon prokurorluğundan sənədlərin ona qaytarılması barədə yazılı müraciət etməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-979/2023 saylı icra sənədindən görünür ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin möhür və ştampı, o cümlədən maliyyə sənədləri cavabdeh Şəxs alınıb İmişli rayonu Qulubəyli bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-979/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(036)-979/2023 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İş materiallarına əlavə edilmiş İmişli rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli 83/1247 saylı arayışından görünür ki, bələdiyyəyə məxsus olan möhür və ştampın tapılmış sənəd kimi İmişli rayon polis şöbəsində qeydiyyata alınmamışdır; İş materiallarına əlavə edilmiş İmişli rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli 83/2- İ-9067 saylı məktubundan görünür ki, Şəxs AR DİN-nin 102 zəng mərkəzinə müraciəti əsasında bildirilmişdir ki, bələdiyyəyə məxsus olan möhür və ştampın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, İmişli RPŞ-nin ərazi üzrə xidməti əməkdaşlarına məlumat verilmiş və ətraf rayonlara sorğu göndərilmiş lakin müsbət nəticə əldə edilməmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Belə ki, məhkəmə hesab edir ki, Şəxs tərəfindən möhür və ştampın itirilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir və məhkəmə araşdırması zamanı da bu halı təsdiq edən heç bir mötəbər sübut aşkar edilməmişdir.. Məhkəmə mübahisə yekunlaşdıqdan və İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-979/2023 saylı qətnaməsi qüvvəyə mindikdən sonra, icra sənədi icra qurumununa göndərildikdən – 08 iyul 2024-cü il tarixdən məhz bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə 102 xidmətinə məlumat verərək, xx.xx.2024-cü il tarixdə Şəxs xx.xx.2024-cü il taixdə tərəfindən möhür və ştampın itirilməsi məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi daşıyır. Möhür və ştampın itirilməsi barədə DİN-nin 102 xidmətinə və İmişli rayon Polis Şöbəsinə məlumatın verilməsi onun itirlməsini faktı təsdiq etmir. Məhkəmə qətnaməsində həmçinin maliyyə sənədlərinin də Şəxs alınıb İmişli rayonu Qulubəyli bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. Şəxs sənədlərin İmişli rayon Prokurorluğu tərəfindən götürülməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda onun tərəfindən İmişli rayon Prokurorluğuna səndələrin geri qaytarılması barədə müraciətini təsdiq edən sənəd məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar