Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-659/2024 20.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli şəhəri, Araz küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 20 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 may 2024-cü il tarixdə İmişli Rayon Polis X1 Bölməsinin sahə polis nəfəri polis baş serjantı X7 xidmətdə olan zaman onlara müqavimət göstərməsini, xidməti fəaliyyətini mane olmasını bildmirşdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Son 2 ayda oğlu Orxan Qəhrəmənova “Ömür yolları" MMC adlı, ağır texnikaların alqı-satqısı, icarəsi, qum-çınqıl daşıntısı, alqışı və satqısı ilə məşğul olan şirkət açmışdır. Araz çayının İmişli şəhərindən keçən hissəsindən, Araz çayının sahilindən gələcəkdə qum-çınqıl istehsal etmək üçün 10 hektar torpaq sahəsini 99 il müddətinə icarəyə götürmüşdür. Müəyyən sənədləşməni etdikdən sonra fəaliyyətə başlamaq istəmişdir. Buna görə də, gələcəkdə lazım olan texnika və avadanlıqları həmin əraziyə daşıyıb yığırmış. 24 may 2024-cü il tarixdə Saatlı rayonundan tanıdığı bir nəfərdən dəmir və plastik borular almışdır. Həmin boruları Araz çayının sahilindəki boş əraziyə daşıyacaqmış. 25 may 2024-cü il günorta saatlarında həmin boruları “Kamaz” markalı yük avtomobilinə yüklətdirib əraziyə gətitdirirmiş. Həmin gün 16 radələrində “Kamaz” markalı avtomobilin İmişli rayonu ərazisində polis əməkdaşları tərəfindən boş əraziyə yaxın yerdə saxladılması barədə dayısı Həşim Eynişov zəng edərək ona məlumat vermişdir. O da həmin vaxt əraziyə yaxın yerdə yerləşən “Meh” adlı kafedə 3 nəfər qonağı ilə birlikdə nahar edirmiş. Nahar əsnasında 0,5 litrlik spirtli içki içirmişlər. Dayısı ona zəng etdikdən sonra süfrədən yarımçıq qalxıb, qonağı Pərvizin idarə etdiyi “Qaz 3110” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə əraziyə tərəf getmişlər. Pərviz içki içməmişdi. Onlar 3 nəfərə spirtli içkinin yarısını içmişdilər. Əraziyə gedən vaxt torpaq örtüklü yolda 2 nəfər polis əməkdaşının “Kamaz” markalı avtomobilin sürücüsünə qarşı zorakı hərəkətlər etməsini görmüş, bu hal ona xoş gəlməmişdir. Avtomobildən düşüb polis əməkdaşlarından nə baş verdiyini soruşmuşdur. Zəkaray adlı polis əməkdaşı ona boş ərazinin mübahisəli olduğunu bildirirək, yük avtomobilinin gəldiyi yerə qayıtmasını tələb etmişdir. O da yük avtomobilinin nəyə görə geri qayıtmasını soruşaraq, bu barədə hansısa bir sənədin göstərilməsini istəmişdir. Zəkəray adlı polis əməkdaşı ona qeyri-qanuni qum karxanası olan Alı Sarıyevin həmin əraziyə görə mübahisəli olduğunu bildirərək, həmin əraziyə yükün boşaldılmamasını bildirmişdir. Yenə səbəbini soruşub, bu barədə sənəd tələb etmişdir. Bundan sonra Zəkəray ona yaxınlaşıb, sinəsindən itələyib ona: “Sən kimsən ki, məndən sənəd tələb edirsən. Mən sənə aydınlıq verəsi deyiləmki. Mənim onada vaxtım yoxdur” - demişdir. O da Zəkaraya ona bu barədə izah verməyinin vəzifə borcu olduğunu demişdir. Bundan başqa o, Zəkəraydan bu barədə kim tərəfindən tapşırıq verildiyini soruşmuşdur. Zəkəray isə ona rəhbərliyin dediyini bildirmişdir. Bundan sonra o, rəhbərliyə yaxınlaşıb, sözünü demək istədiyini bildirmişdir. Bu vaxt hər iki polis əməkdaşı ona qarşı zor tətbiq edərək, onun diz nahiyəsindən basaraq yerə yıxıb, kürək nahiyəmdən təpiklə vurmağa başlamışlar. Sonra isə onu zorla avtomobillərinə mindirib rayon polis şöbəsinə gətirmişlər. O da polis əməkdaşlarına könüllü olaraq rayon polis şöbəsinə gedəcəyini, ona qarşı güc tətbiq edilməsinə etiraz etmişdir. Buna baxmayaraq polis əməkdaşları öz əməllərinə davam etmişlər. Bu vaxt onun qolunda olan xırda birliant daş qaşlı “Nika” markalı saatı itmişdir. Əməlindən peşmandır bir də belə səflərə yol verməyəcək. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 25 may 2024-cü il tarixdə İmişli Rayon Polis X1 Bölməsinin sahə polis nəfəri polis baş serjantı X7 xidmətdə olan zaman onlara müqavimət göstərmişdir. Odur ki o, göstərilənləri nəzərə alaraq Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid X7 izahatında göstərmişdir ki, 2002-ci ildə DİO-da xidmət edir. 2009-cu ildən isə hazırda tutduğu vəzifədə işləyir. 25 may 2024-cü il tarixdə, saat 16:00 radələrində İmişli-Kürdəmir avtomobil yolunun İmişli şəhəri, Araz küçəsində keçən hissəsində İmişli rayon polis şöbəsinin İctimai-təhlükəsizlik bölməsinin sahə polis nəfəri, polis baş serjantı X4 ilə birlikdə xidmətdə olarkən “Kamaz” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yolun kənarında dayandığını və yük yerində şübhəli köhnə dəmir borular olduğunu görüb, həmin avtomobilin sürücüsünə yaxınlaşaraq özlərini təqdim edib, yük yerində olan boruları hardan aldığını və hara aparmasını soruşub oğurluq-olub-olmamasını aydınlaşdırmaq istəmişlər. Bu vaxt sürücü kimləsə mobil telefonla danışmışdır. Bundan təxminən 5-10 dəqiqə sonra oraya “QAZ 3110” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı, qara rəngli bir avtomobil gəlmişdir. Həmin avtomobilin ön sərnişin oturacağından əyləşmiş, İmişli şəhər sakini Şəxs şəxs sərxoş vəziyyətdə avtomobildən düşüb aparılan yükün ona məxsus olmasını bildirib, sonra onların ünvanına nalayiq ifadələr işlədib, təhqir etməyə başlamışdır. Onlar dəfələrlə Səxavəti nizam-intizama dəvət etsələrdə, Səxavət sərxoş olduğundan, onların qanuni tələblərimizə tabe olmamış, onlara xidməti fəaliyyətlərini yerinə yetirib həmin sürücünü polisə dəvət edərək həmin boruların haradan və necə əldə etməsini aydınlaşdırmağa imkan verməmişdir. Onlar Səxavəti sakitləşdirmək istəyərkən, Səxavət qəfilətən Zəkaray Cəbrayılovun əlində olan mobil telefonu alıb kənara atmış, onun sinəsindən bir dəfə yumruq zərbəsi ilə vurmuş, həmin vaxt X3 tabe olmadığını görüb, fiziki güc tətbiq edərək alıb rayon polis şöbəsinə gətirmişlər. Şöbəyə gətirdikdən sonra həmin şəxsin İmişli şəhər sakini Şəxs olduğu müəyyən edib, “Kamaz” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini duracağa yerləşdirilmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib olunmuş 20 sentyabr 2024-cü il tarixli MN saylı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 may 2024-cü il tarixdə İmişli Rayon Polis Şöbəsinin əməkdaşının əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İmişli rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin İmişli rayon polis X1 bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən, Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs tərəfindən sərxoş vəziyyətdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, təhqir etməsi və onların dəfələrlə qanuni tələblərinə tabe olmamısıdır. Şəxs 25 may 2024-cü il tarixdə İmişli Rayon Polis Şöbəsinin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 20 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək 20 sentyabr 2024-cü il tarixli məktubla baxılması üçün aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilmiş və 20 sentyabr 2024-cü il tarixində məhkəmənin icraatına daxil olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi iş materialları ilə sübuta yetirilsədə, başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-659/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-659/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver