Məhkəmə qərarları › İş №3(036)-662/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-662/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-662/2024 24.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İmişli rayon Mərkəzi Xəstəxanasında sürücü vəzifəsində işləyən, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 24 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarını ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis mayoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs sərxoş vəziyyətdə xidmətdə olan post patrul xidmətinin polis əməkdaşlarının İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Odur ki, göstərilənlərə əsasən o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-ci il tarixdə saat təxminən 21:00 radələrində atası ilə maqğazaya gəlmişdir. Həmin gün bacısı oğlunun ad günü olmuşdur. Mağazadan alver edən zaman polis əməkdaşları orada olmuşdur. O, atasına məxsus avtomaşından düşərkən sərxoş olmuşdur və polis əməkdaşlarına qarşı hörmətsizlik etmişdir. Polis əməkdaşlarının xidməti maşınlarının arxa yan şüşəsini sındırmışdır. Maqazanın qarşısında duran insanların istirahətini pozaraq onlara qarşı nalayiq söyüşlər söymüşdür. Bundan sonra polis əməkdaşları onu İmişli rayon polis şöbəsinə gətirmişlər. O, əməlindən peşman olmasını nəzərə alaraq barəsində cərimə cəzası təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, xx.xx.2024-ci il tarixdə saat təxminən 22:20 radələrində İmişli RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X5 ilə birlikdə İmişli rayon Bəhrəmtəpə qəsəbəsi ərazisində xidmətdə olan zaman Bəhrəmtəpə magistral trasının üstündə “Kia” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomabili idarə edən şəxs yolun hərəkət hissəsində idarə etdiyi avtomabili saxlayaraq yanında sərnişin kimi əyləşən sonradan adı bizə məlum olan Şəxs avtomabildən düşərək əynində paltarı olmadan ictimai yerdə vətəndaşların əsaslı narazılığına səbəb olaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu nizam intizama dəvət etsələrdə həmin şəxs öz hərəkətlərinə davam edərək onların və polisin ünvanına nalayiq ifadələr işlədərək onlara qarşı əl-qol hərəkətləri ataraq müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X6 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 24 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə sərxoş vəziyyətdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarını ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Murad Oruczadə tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-ci il tarixdə saat təxminən 22:20 radələrində İmişli RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X6 ilə birlikdə İmişli rayon Bəhrəmtəpə qəsəbəsi ərazisində xidmətdə olan zaman Bəhrəmtəpə magistral trasının üstündə “Kia” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomabili idarə edən şəxs yolun hərəkət hissəsində idarə etdiyi avtomabili saxlayaraq yanında sərnişin kimi əyləşən sonradan adı bizə məlum olan Şəxs avtomabildən düşərək əynində paltarı olmadan ictimai yerdə vətəndaşların əsaslı narazılığına səbəb olaraq ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu nizam intizama dəvət etsələrdə həmin şəxs öz hərəkətlərinə davam edərək onların və polisin ünvanına nalayiq ifadələr işlədərək onlara qarşı əl-qol hərəkətləri ataraq müqavimət göstərmişdir. Həmin şəxsi İmişli RPŞ-nə gətirərək N/H təhvil verildi. İşdə olan İnzibati qaydada tutma haqqında AZA seriyalı 018215 nömrəli xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30-da tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, Şəxs müddətsiz 3-cü dərəcəli əlildir və 363.87 manat sosial müavinat alır. “Azemis” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir və 363.87 manat məbləğində pensiya təyin edilmişdir. İşdə olan Epikrizdən görünür ki, Şəxs sol baldır sümüklərin 02/3 yerin dəyişən, açıq sınığı diaqnozu qoyulub. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat 22:20 Şəxs İmişli rayon Bəhrəmtəpə qəsəbəsi ərazisində, Bəhrəmtəpə magistral trasının üstündə “Kia” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomabili yolun hərəkət hissəsində saxlamış və avtomabildən düşərək əynində paltarı olmadan ictimai yerdə vətəndaşların əsaslı narazılığına səbəb olaraq ünvansız nalayiq ifadələr işlədərək xidmətdə olan polis əməkdaşlarını ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozaraq, polis əməkdaşının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bundan sonra o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bütün bunlar məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), 2-ci qrup əlil olmasını, ağırlaşdıran halın müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 30.2, 31.4-1-ci və 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar