Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-665/2024 03.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun, Məhkəmə iclas katibi X6 qızının katibliyi ilə, X1 iştirakı ilə, X2 Füzuli Rayon Polis X5 Polisi İdarəsinin rəisinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və buraxılmış müddətin bərpası barədə ərizəyə İmişli rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixli tənbeh vermə haqqında qərarla ona 600 manat məbləğində cərimə edilmə barədə inzibati növü tətbiq edilib. Qəbul edilmiş 600 manat məbləğində cərimə barədə qərar xx.xx.2024-cü il tarixədək təqdim edilməyib . Azərbaycan Respublikası DİN-nin cərimə və cərimə balları sistemindən tərtib edilmiş İXP və 600 manat cərimə olunmağı barədə qərardan xəbəri olmamışdır. Yalnız Füzuli RPŞ-nin rəisinə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada müraciət edəndən sonra TP ******* saylı qərarı xx.xx.2024-cü il tarixdə Füzuli RPŞ DYPB-dən rəsmi qaydada əlbəəl almışdır. Qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qanunsuz və əsassız olduğuna görə onu qəbul etmir. Belə ki, İXP ******* saylı inzibati xəta protokolu sürücünün yanında tərtib edilməli, bir nüxsəsi sürücü tərəfindən imza edilərək YPX inspektorunda qalmaqla, digər nüxsəsi sürücüyə verilməli idi. Lakin bu hal baş verməyib. Ona görə də hesab edir ki, protokol tərtib edilərkən qanunsuzluğa yol verilib. Belə ki, onun idarə etdiyi **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsidə daxil olmaqla, xx.xx.2024-cü il tarixdə İmişli rayonundan Zəngilan rayonuna tikinti materialı olan qum və qırma daş materiallarının daşınması zamanı fərdi sahibkar Emin Həsənova məxsus 4 ədəd yük avtomobilindən 2 ədəd yük avtomobilini Füzuli RPİ DYPB-nın YPX əməkdaşı saxlayaraq heç bir inzibati xəta protokolu tərtib etmədən, qanunsuz olaraq DYPB-nin müvəqqəti duracağına qoyub. Həmin avtomaşınlar xx.xx.2024-cü il tarixədək duracaqda qaliblar. Yalnız xx.xx.2024-cü il tarixdə tərəzidə cəkildikdən sonra məlum olub ki, avtomaşınlardan biri nahaqdan 5 gün duracaqda qalib. Digərinə isə İXP tərtib edilib. X3 şikayət müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə vəsatətində göstərmişdir ki, Füzuli Rayon Polis X5 Polisi İdarəsinin rəisinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. Qanuna əsasən sözü gedən məsələnin araşdırılması üçün o, idarəyə dəvət olunmalı və onun iştirakı ilə araşdırma aparılmalıdır. Lakin sözü gedən işin araşdırılması üçün ona heç bir məlumat verilməmiş və sözü gedən qərar 18 sentyabr 2024-cü il tarixində ona verilmişdir. Qərar ona vaxtında verilmədiyi üçün o, şikayət vermə müddətinin üzrlü olaraq ötürməmişdir. X3 şikayətin və vəsatətin məzmununa uyğun ifadə verərək buraxılmış müddətin bərpa edilməsi və şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 600 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, Füzuli Rayon Polis X5 Polisi İdarəsinin rəisinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərardan şikayət üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalı, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, şikayət müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Həmçinin, şikayət müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir. ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Füzuli Rayon Polis X5 Polisi İdarəsinin rəisinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarıdan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-665/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-665/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver