Məhkəmə qərarları › İş №3(036)-666/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-666/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-666/2024 08.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1.1.1 və 253-1.1.3-cü maddələri ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, vəzifəli şəxs Şəxs İmişli rayonu Bəcirəvan bələdiyyəsinin sədri vəzifəsində işləyən - “Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin, həmçinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Fərmanının 3.2-ci bəndin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydasf’nın 1.5, 2.3-2.9 və 3.7-ci bəndlərinin tələblərinə əsasən, İmişli rayonu Bəcirəvan bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməli olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, bələdiyyənin balansında olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətalarını törətmişdir. Qərar onunla əsaslandırılmışdır ki, qeyd olunanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-14-42/2-336/2024 nömrəli məktubla, xx.xx.2024-cü il tarixli arayış ilə sübut olunur. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-14-42/2-336/2024 nömrəli məktubdan görünür ki, İmişli rayonu, Bəcirəvan bələdiyyəsi tərəfində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqlarla bağlı məlumatlar 2023-cü il üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Yəni həmin ərazi üzrə uçota alınmalı olan yaşıllıqlar barədə məlumatlar 2024-cü il yanvarın 1-nə ümumiləşdirilməmiş, hesabatlar tərtib olunmayaraq 2024-cü il fevralın 20-dək təsdiq edilməmiş, həmin məlumatlar kağız və elektron daşıyıcılarda, eləcə də yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatlar 2024-cü il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilməmiş, uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixli arayışa əsasən Şəxs izahat vermək üçün Baş Prokurorluğa dəvət olunmasına baxmayaraq bundan imtina edərək göstərmişdir ki, onun tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi aparılmamış, hesabat tərtib olunaraq 20 fevral 2024-cü il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası Xf.'-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs Şəxs (FİN: xxxxxxx)- 01,07.1950-ci il tarixdə İmişli rayonu Bəcirəvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli rayonu, Bəcirəvan bələdiyyəsinin sədri vəzifəsində işləyən, İmişli rayonu, Bəcirəvan kəndində yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, qərar və toplanmış material inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3-14-42/2-336/20204 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, şifahi sorğuya cavab olaraq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisinə daxil Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli və Biləsuvar rayon bələdiyyələrinin 2023-cü il üçün yaşıllıqların uçotu və monitorinqi barədə məlumatlar təqdim edilmişdir; Yaşıllıqların uçot və monitorinqi ilə bağlı məlumatdan görünür ki, İmişli rayonu Bəcrəvan bələdiyyəsinin sədri vəzifəsində işləyən Şəxs 2023-cü il üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində mövcud olmuş yaşıllıqların uçotu və monitorinqinin aparılması tərəfindən təşkil edilməmiş, yaşıllıqların uçota alınması barədə məlumatlar 2024-cü ilin yanvar ayının 1-nə ümumiləşdirməklə hesabatlar tərtib olunmamış və hesabatlar fevralın 20-dək yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etməmişdir; xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma ilə əlaqədar Şəxs izahatının alınması üçün bu gün, yəni xx.xx.2024-cü il, saat 17:55- də ona məxsus 050-311 -10-71 nömrəli mobil nömrə ilə ***- ***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxlanıldı. Sonuncu Baş Prokurorluğa gəlib izahat verməsi üçün dəvət olunsa da, o gəlib izahat verə bilməyəcəyini dedi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, 2020-ci ildən İmişli rayon Bəciravan bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bələdiyyə sədri kimi vəzifəsinə bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini həyata keçirmək və bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqini aparmağın aid edildiyini bilir. Bununla bağlı hər il Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bələdiyyəyə məktub daxil olur. 2023-cü il üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində mövcud olmuş yaşıllıqların uçotu və monitorinqinin aparılması tərəfindən təşkil edilməmiş, yaşıllıqların uçota alınması barədə məlumatlar 2024-cü ilin yanvar ayının 1-nə ümumiləşdirməklə hesabatlar tərtib olunmamış və hesabatlar fevralın 20- dək yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 253.1.1.1-ci maddəsinə əsasən, mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına; 253-1.1.3-cü maddəsinə əsasən, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.5-cü bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır. Həmin Qaydaların 2.4-cü və 2.5ci bəndlərinə əsasən, istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 566 nömrəli qərarında nəzərdə tutulmuş qaydada aparılmalı, uçota alınan yaşıllıqlar barədə məlumatlar hər il yanvarın 1-nə ümumiləşdirilməli və tərtib olunmuş hesabatlar fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatlar İsə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilməli və uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana təqdim etməlidir; Həmin qərarın 1.9-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yaşıllıqların kadastrı barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, yaşıllıqların uçotu və monitorinqi barədə istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından məlumat almaq hüquqları vardır; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; Qanunun 4.2-ci maddəsinə əsasən, yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir; Həmin qanunun 8.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir; 12.1-ci maddəsinə əsasən, yaşıllıqların uçotu və kadastrı aşağıdakı məqsədlər üçün aparılır; 12.1.1-ci maddəsinə əsasən, yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması; 12.1.2-ci maddəsinə əsasən, yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi; 12.1.3-cü maddəsinə əsasən, yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması; 12.1.4-cü maddəsinə əsasən, yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması; 12.2-ci maddəsinə əsasən, yaşıllıqların uçotu, kadastrı və monitorinqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir; 12.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir; 12.4-cü maddəsinə əsasən, yaşıllıqların uçotu, kadastrı və monitorinqi yaşıllıqların növləri üzrə ayrıca aparılır; Beləliklə, iş maeriallarında sübutlarla müəyyən edilmişdir ki, İmişli rayonu, Bəcrəvan bələdiyyəsi tərəfində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqlarla bağlı məlumatlar 2023-cü il üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Yəni həmin ərazi üzrə uçota alınmalı olan yaşıllıqlar barədə məlumatlar 2024-cü il yanvarın 1-nə ümumiləşdirilməmiş, hesabatlar tərtib olunmayaraq 2024-cü il fevralın 20-dək təsdiq edilməmiş, həmin məlumatlar kağız və elektron daşıyıcılarda, eləcə də yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatlar 2024-ci il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilməmiş, uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Belə olan halda məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1.1.1 və 253-1.1.3-cü maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 253.1.1.1 və 253-1.1.3-cü maddələri ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar