Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-669/2023 13.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ15033867 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, Müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ15033867 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 10 iyun 2023-cü il tarixdə saat 12:29 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu ərazisində hərəkətdə olarkən Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən müəyyən edilmiş hərəkət sürətini 41 km/saat həddində aşması əsas götürülərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən 150 manat cərimə olunması barədə elektron qərar qəbul edilmişdir. O, heç bir qayda pozuntusu etməmiş, sürət həddini aşmamışdır. Ona görə də barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərar qanunsuzdur və ləğv edilməlidir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən xx.xx.2023-cü il tarixdə X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə EQ15033867 saylı inzibati inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur ona görə ki, X3 10 iyun 2023-cü il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 37-ci km-də qoyulmuş 60 km/saat sürət həddini 41 km/saat həddındə aşaraq, 101 km/saat sürətlə hərəkdə olmuşdur. İmişli Rayon Polis Şöbəsinin DYPB-nin 12 iyul 2023-cü il tarixli məktubu ilə müəyyən olur ki, Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 37-ci km-də 10 iyun 2023-cü il tarixə aid sürət həddi İmişli rayonundan Kürdəmir rayonuna olan hərəkət istiqamət üzrə 60 km/saat, əks hərəkət istiqaməti üzrə isə 50 km/saat təşkil etmişdir. Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs şikayətinin əsaslı olmasını təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, X3 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassızdır, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ15033867 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olmaqla onun ləğvinə hər hansı əsaslar mövcud deyildir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ15033867 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-669/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-669/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver