Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-678/2025 21.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şirəliyeva Günel Mirzə qızının katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə İmişli rayonu, Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, iddiaçı X1 xeyrinə 6959,94 (altı min doqquz yüz əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində pulun və 30.00 (otuz) manat dövlət rüsumunu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)-2397/2018 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və hazırda 3276,72 (üç min iki yüz yetmiş altı manat yetmiş iki qəpik) manat borcu və 30.00 (otuz) manat dövlət rüsumu qalmaqdadır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)-2397/2018 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs hazırda 3276,72 (üç min iki yüz yetmiş altı manat yetmiş iki qəpik) manat borcu və 30.00 (otuz) manat dövlət rüsum borcu qalmaqdadır. İddiaçı ilə əlaqə saxlamış ki, razılıq əldə edilməsi barədə ərizə gətirsin, lakin gəlməmişdir. Hazırda iddiaçının razılıq əldə edilməsi barədə heç bir məlumat yoxdur. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, iddiaçı X1 xeyrinə 6959,94 (altı min doqquz yüz əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində pulun və 30.00 (otuz) manat dövlət rüsumunu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)- 2397/2018 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, işləmədiyi, qazancının olmaması səbəbindən borcundan ödəniş edə bilməmişdir. Hazırda borcundan 40 (qırx) manat ödəniş edə bilər. İşlə bağlı aidiyyatı qurumlara məlumat vermişdir. Borcundan ödəniş etməsi üçün ona möhlət verilməsini məhkəmədən xahiş etdi. İmişli Rayon Məhkəməsinin İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)-2397/2018 saylı icra sənədindən görünür ki, borclu Şəxs 6959,94 (altı min doqquz yüz əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində pulun və 30.00 (otuz) manat dövlət rüsumunun tutulub iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir; İşdə olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)-2397/2018 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(036)-2397/2018 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə cəzanın əsl məqsədinə nail olmağın mümkün olmayacağı qənaitinə gəldiyi üçün həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 21 fevral 2025-ci il tarixdən saat 13:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-678/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-678/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver