Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-68/2022 02.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi , Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, xx.xx.1980-cı ildə anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, İmişli rayonu Muradxanlı kəndində yaşayan Şəxs Əli oğlunun barəsində Azərbaycan Respublikası İХМ-нин 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏN ETDİ : Şəxs Əli oğlunun barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, 01.08.2021-ci il tarixdə İmişli rayonu Ağaməmmədli kəndi ərazisində onda xüsusi icazəsi olmadan saxladığı 1 ədəd İJK modeli, K-76954 nömrəli, 16 kolibrli, təklülə ov tüfəngi aşkar edilərək götürülmüşdür. İşdə olan İmişli RPŞ-nin 07.01.2022-ci il tarixli Qərarının surətinə əsasən 01.08.2021-ci il tarixdə, saat 03-00 radələrində İmişli rayonu Ağaməmmədli kəndi ərazisində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şəxs Əli oğlunda 10,2 kq çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və xüsusi icazəsi olmadan saxladığı 1 ədəd İJK modeli, K-76954 nömrəli, 16 kolibrli, təklülə ov tüfəngi aşkar edilərək götürülmüşdür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Əli oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs Əli oğlunun barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən oğlu Azərbaycan Respublikası İXM-nin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 100 ( yüz) manat cərimə edilsin. AR DİN İmişli RPŞ-də saxlanılan 1 ədəd İJK modeli, K-76954 nömrəli, 16 kolibrli, təklülə ov tüfəngi müsadirə edilsin. Qərarın icrası cəriməyə dair hissədə İmişli rayon İcra və Probasiya şöbəsinə, silaha dair hissədə AR DİN İmişli RPŞ-ə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. İmişli Rayon Məhkəməsinin hаkimi: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-68/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-68/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver