Məhkəmə qərarları › İş №3(036)-68/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-68/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-68/2024 14.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 51233 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş, həmin vaxtdan 2 il mddət keçsə də, 51233 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli OX2 nömrəli ödəniş tapşırığından görünür ki, həmin tarixdə Şəxs MMC tərəfindən Hindistan Respublikasında fəaliyyət göstərən “SUNRAJ CERAMİC PVT” LTD şirkətinin hesabına aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, Pİ-10 saylı müqavilə üzrə 51233 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Gömrük bəyənnamələrindən görünür ki, Şəxs MMC tərəfindən “SUNRAJ CERAMİC PVT” LTD şirkəti ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, Pİ-10 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 68205.50 ABŞ dolları dəyərində mal qəbul edilmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən olur ki, Şəxs MMC-nin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürdüyü 51233 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin müqabilində qanunla müəyyən edilmiş müddətdə xarici partnyor “SUNRAJ CERAMİC PVT” LTD şirkəti tərəfindən müvafiq işlər (xidmətlər) görülmüşdür. Göründüyü kimi hüquqi şəxs Şəxs MMC-nin əməlində hər hansı inzibati xətanın tərkibi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128 və 130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar