Məhkəmə qərarları › İş №3(036)-680/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-680/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-680/2025 25.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən İmişli rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar “X4”QSC-nin xeyrinə 45405 (qırx beş min dörd yüz beş) ABŞ dolları məbləğində (manatla məzənnəsinə uyğun olaraq) lizinq borcun ödənilməsi barədə Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-176/2011 saylı, xx.xx.2011-ci il tarixli və tələbkar “X4”QSC-nin xeyrinə 42934 (qırx iki min doqquz yüz otuz dörd) ABŞ dolları məbləğində (manatla məzənnəsinə uyğun olaraq) lizinq borcun ödənilməsi barədə Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, borclu Şəxs Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-176/2011 saylı, xx.xx.2011-ci il tarixli və Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədlərini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Lakin, borclu maddi vəziyyəti aşağı olduğundan icra sənədinin icrasını tam təmin edə bilmədiyini və pensiya aldığı müəyyən edilmiş və həmin bor məbləği onun pensiyasına yönəldilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar “X4”QSC-nin xeyrinə 45405 (qırx beş min dörd yüz beş) ABŞ dolları məbləğində (manatla məzənnəsinə uyğun olaraq) lizinq borcun ödəməsi barədə Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-176/2011 saylı, xx.xx.2011-ci il tarixli və tələbkar “X4”QSC-nin xeyrinə 42934 (qırx iki min doqquz yüz otuz dörd) ABŞ dolları məbləğində (manatla məzənnəsinə uyğun olaraq) lizinq borcun ödənilməsi barədə Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədləri üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. İcra sənədi üzrə olan borcunu ödəməkdən imtina etməmiş və tərəfindən müəyyən məbləğdə ödəniş edilmişdir. Hazırda həmin borc məbləği onun pensiyasından tutulur. Lakin maddi imkanı zəif olduğundan borcunu tam olaraq bağlaya bilməmişdir. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-176/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2008-ci il tarixli 379 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq haqqı borcu 45405 (qırx beş min dörd yüz beş) ABŞ dolları məbləğində (manatla məzənnəsinə uyğun olaraq) lizinq borcunun tutulması və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “X4”QSC-nin xeyrinə verilməsi qət edilmişdir; İşdə olan xx.xx.2012-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-176/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2012-ci il tarixli bildirişdən görünür ki, Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2- 2(86)-176/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2008-ci il tarixli 332 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə yaranmış 26.218 (iyirmi altı min iki yüz on səkkiz) ABŞ dolları məbləğində lizinq borcu, 16716 (on altı min yeddi yüz on altı) ABŞ dolları məbləğində cərimə faizi borcu – cəmi 42934 (qırx iki min doqquz yüz otuz dörd) ABŞ dolları məbləğində (manatla məzənnəsinə uyğun olaraq) lizinq borcunun tutulması və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “X4”QSC-nin xeyrinə verilməsi qət edilmişdir; İşdə olan xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2013-cü il tarixli bildirişdən görünür ki, Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İmişli Rayon Məhkəməsinin 3(036)-306/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir; İmişli Rayon Məhkəməsinin 8(036)-159/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-176/2011 saylı, xx.xx.2011-ci il tarixli və Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədlərində borclu tərəf eyni olduğundan icra sənədləri ümumi icraatda birləşdirilmişdir; İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir; xx.xx.2022-ci il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 60 (altmış) manat pul ödənilmişdir; xx.xx.2022-ci il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 60 (altmış) manat pul ödənilmişdir; xx.xx.2022-ci il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 60 (altmış) manat pul ödənilmişdir; xx.xx.2022-ci il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 72 (yetmiş iki) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 60 (altmış) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-nin AZ85İBAZ******************** nömrəli hesabına 75 (yetmiş beş) manat pul ödənilmişdir; İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borclu Şəxs 3-cü qrup əlildir və 120 manat məbləğində sosial müavinət alır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclunun isə icra sənədi üzrə olan borcunu ödəməkdən yayınması hazırki iş üzrə istisna olunur. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-176/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərar xx.xx.2012-ci il tarixdə və Şirvan İnzibati – İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərar xx.xx.2013-cü il tarixdə qəbul edilmiş və həmin qərar tələbin könüllü icrası barədə bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Şəxs tərəfindən icra sənədi üzrə olan borcundan “X4”QSC-nin xeyrinə borcundan pensiyasına yönəldilərək tutulmalar aparılmış və qalan hissəsi də pensiyasından tutulur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi qismən təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 15, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar