Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-683/2025 26.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, İmişli şəhəri, C.Cabbarlı küçəsi, ev 3 ünvanında yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar X1 xeyrinə 12 sentyabr 2017-ci il təvəllüdlü X3 ilə hər ay üç gün ardıcıl, uşağın doğum günlərindən bir həftə öncə üç gün ardıcıl, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günlərindən üç gün öncə üç gün ardıcıl və hər gün, günün istənilən vaxtı qızı ilə telefon vasitəsi ilə ünsiyyətdə olmaq hüququ barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(036)-2587/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X7 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(036)-2587/2022 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, uşağın atası ilə ünsiyyətdə olmasına mane olmuş və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Ona görə də inzibati qaydada məsuliyyət cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, tələbkar X1 xeyrinə 12 sentyabr 2017-ci il təvəllüdlü X3 ilə hər ay üç gün ardıcıl, uşağın doğum günlərindən bir həftə öncə üç gün ardıcıl, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günlərindən üç gün öncə üç gün ardıcıl və hər gün, günün istənilən vaxtı qızı ilə telefon vasitəsi ilə ünsiyyətdə olmaq hüququ barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(036)-2587/2022 saylı icra sənədi üzrə tələbi icra etməməsi üzrsüz səbəbdən olmamışdır. Uşaqla dəfələrlə görüşür və əlaqə saxlayır. Uşağı atadan ayırmaq fikri yoxdur. Uşaqları yaxşı tərbiyə edir və məktəbə qoymuşdur. Uşaq hər gün hazırlığa gedir və dərsdən ayıra bilmir. X2 məqsədi uşağı ondan ayırmaqdır. Ona görə də uşağın üç gün atasında qalmasına razı deyil. Çünki üç gün uşaq atasında qalsa, onu Bakı şəhərinə aparacaq və onun əleyhinə öyrədəcək. Ona görə uşağın üç gün atasında qalmasının əleyhinədir. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(036)-2587/2022 saylı icra sənədindən görünür ki, tələbkar X1 xeyrinə 12 sentyabr 2017-ci il təvəllüdlü X3 ilə hər ay üç gün ardıcıl, uşağın doğum günlərindən bir həftə öncə üç gün ardıcıl, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günlərindən üç gün öncə üç gün ardıcıl və hər gün, günün istənilən vaxtı qızı ilə telefon vasitəsi ilə ünsiyyətdə olmaq hüququ qət edilmişdir; İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(036)-2587/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır; İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(036)-2587/2022 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 8(036)-132/2023 saylı qərardadından görünür ki, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4 İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(036)-2587/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməmiş və İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(036)-2587/2022 saylı icra sənədinə izah verilməsindən imtina edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-683/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-683/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver