Məhkəmə qərarları › İş №3(036)-684/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-684/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-684/2025 26.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə İmişli rayonu, Oruclu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli şəhəri, S.Şirəliyev küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar X3 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat (bir yüz yetmiş) manat məbləğində aliment və 150 (bir yüz əlli) manat məbləğində müalicə xərci tutularaq tələbkar X5 ödəməsi barədə Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)-4739/2020 saylı və tələbkar X3 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 müayinəsi və müalicəsi üçün hər ay 100 (bir yüz) manat məbləğində əlavə xərc tutularaq iddiaçı X5 ödəməsi barədə Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)- 4661/2021 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və cəmi 6218 (altı min iki yüz on səkkiz) manat aliment borcu yaranmışdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, borclu Şəxs Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)- 4739/2020 saylı və Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-4661/2021 icra sənədlərini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs hazırda 6218 (altı min iki yüz on səkkiz) manat borcu qalmaqdadır. İddiaçı ilə əlaqə saxlamış ki, razılıq əldə edilməsi barədə ərizə gətirsin, lakin gəlməmişdir. Hazırda iddiaçının razılıq əldə edilməsi barədə heç bir məlumat yoxdur. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar X3 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat (bir yüz yetmiş) manat məbləğində aliment və 150 (bir yüz əlli) manat məbləğində müalicə xərci tutularaq tələbkar X5 ödəməsi barədə Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)-4739/2020 saylı və tələbkar X3 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 müayinəsi və müalicəsi üçün hər ay 100 (bir yüz) manat məbləğində əlavə xərc tutularaq iddiaçı X5 ödəməsi barədə Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-4661/2021 saylı icra sənədləri üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, işləmədiyi, qazancının olmaması səbəbindən borcundan ödəniş edə bilməmişdir. Hazırda borcundan ödəniş etməsi üçün ona möhlət verilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)-4739/2020 saylı icra sənədindən görünür ki, borclu Şəxs birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat (bir yüz yetmiş) manat məbləğində aliment və 150 (bir yüz əlli) manat məbləğində müalicə xərci tutularaq tələbkar X5 ödəməsi qət edilmişdir; Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-4661/2021 saylı icra sənədindən görünür ki, borclu Şəxs birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 müayinəsi və müalicəsi üçün hər ay 100 (bir yüz) manat məbləğində əlavə xərc tutularaq iddiaçı X5 ödəməsi qət edilmişdir; İşdə olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-4661/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır; İşdə olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-4661/2021 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İşdə olan X3 xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, borclu Şəxs (AA*******) ilə İmişli Rayon İcra Şöbəsində e-229680/2020-37-5-001 və e-240035/2021-37-5-004 nömrəli icra işləri üzrə yaranmış 6 400 (altı min dörd yüz) manat pul məbləğində borcun ödənilməsinə dair razılığa gəlmişlər və qeyd olunan məbləğ üzrə aralarında 22 oktyabr 2024-cü il tarixli razılaşma müqaviləsi bağlanmışdır. Aralarında olan 6 400 (altı min dörd yüz) manat borc məbləğinin ödənilməsi müqavilə əsasında həllini tapdığından, borclu Şəxs (AA*******) barəsində İmişli Rayon İcra Şöbəsi tərəfindən borclunun axtarışı barəsində qəbul edilmiş qərarın ləğv edilərək axtarışın götürülməsini və axtarışın götürülməsi barədə qərarın İmişli Rayon Polis Şöbəsinə göndərilməsi xahiş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli razılaşma müqaviləsindən görünür ki, tələbkar X7 (AA2009859) və borclu Şəxs (AA*******) ilə aşağıdakı məzmunda razılığa gəlmişlər. Razılaşmaya əsasən borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü X4 üçün ödəməli olduğu 170 (yüz yetmiş) manat aliment və uşağın sağlamlığı üçün ödəməli olduğu 100 (yüz) manat müalicə xərclərinin ödənilməməsi səbəbindən yaranmış 6400 (altı min dörd yüz) manat pul məbləğini xx.xx.2024-cü il tarixindən başlayaraq davamlı olaraq borc məbləği ödənilib bitənə qədər hər həftə 150 (yüz əlli) manat ödəmək şərti ilə ödəyir. Tələbkar, X7 borclunun razılaşma müqaviləsində qeyd etdiyi öhdəliklərini nəzərə alaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra Şöbəsində e229680/2020-37-5-001 nömrəli və e240035/2021-37-5-004 nömrəli icra işləri üzrə icra məmuru tərəfindən Borclunun axtarışa verilməsi barədə qərarın ləğv edilməsi barədə İmişli Rayon İcra Şöbəsinə ərizə verilmişdir. İşdə olan X3 xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, borclu Şəxs ona olan borcu 6218 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə cəzanın əsl məqsədinə nail olmağın mümkün olmayacağı qənaitinə gəldiyi üçün həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 26 fevral 2025-ci il tarixdən saat 16:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar