Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-687/2025 19.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədirliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, 3 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, X1 nümayəndəsi və vəkili X5 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin 31 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən tərtib edilmiş 31 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və X12 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, İmişli rayonu, Rəsullu kəndində yaşayır. O, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur, fəaliyyət sahəsinə yanacaq doldurma məntəqəsi və istixana aiddir. İmişli rayonu, Qaralar kəndi ərazisində Araz çayının məcrasında onun adına heç bir qum-çınqıl karxanası yoxdur. Bundan əlavə bildirmək istəyir ki, onun sahibkarlıq fəaliyyəti daxilində onun sahibkar kimi qum-çınqıl karxanası işlətməyinə dair hər hansı bir səlahiyyət verən sənədi də yoxdur. Buna baxmayaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsi onun guya İmişli rayonu, Qaralar kəndi ərazisində Araz çayının məcrasından 496 kub.metr çınqıl-qum qarışığının qanunsuz olaraq çıxarmağı barədə 31 yanvar 2025-ci il tarixli MN № ******* nömrəli qərar tərtib edilərək 3720 (üç min yeddi yüz iyirmi) manat məbləğində təbiətə dəymiş ziyan vurmağı, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən fiziki şəxs kimi 800 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilməsi barədə qanunsuz qərar çıxarmışdır. Hesab edir ki, barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarsı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci. 398ci, 602,1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və va digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Qeyd edir ki, 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında 31 yanvar 2025-ci il tarixli MN ******* nömrəli qərar çıxararkən heç bir inzibati araşdırma aparmadan, habelə izahatını almadan barəsində əsassız və qanunsuz qərar çıxarılmışdır. Ona isə barəsində inzibati qərar tərtib edilməsi barədə rəsmi məlumat xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə verilmişdir. Məhkəmə iclasında X4 nümayəndəsi və vəkili X10 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X12 protokolu tərtib etmiş 3 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflərindən keçirilmiş yoxlama zamanı X3 rayonu, Qaralar kəndi ərazisində Araz çayının məcrasında 496 kub.metr çınqıl-qum qarışığının qanunsuz olaraq çıxarmağı barədə 31 yanvar 2025-ci il tarixli MN № ******* nömrəli qərar tərtib edilərək 3720 (üç min yeddi yüz iyirmi) manat məbləğində təbiətə dəymiş ziyan vurduğu üçün barəsində Azərbaycan Respublikası İXMnin 228-ci maddəsi ilə protokol tərtib olunmaqla 800 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X6 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək 31 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin vəkilini və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən 31 yanvar 2025-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı X12 qərardan görünür ki, İmişli rayonu, Qaralar kəndi ərazisində Araz çayının məcrasından 496 kub.metr həcmində çınqıl-qum qarışığının qanunsuz olaraq çıxarılması faktı aşkar edilmişdir. İşdə olan cədvəldən görünür ki, İmişli rayonu, Qaralar kəndi ərazisində Araz çayının məcrasından İmişli rayonu, Rəsullu kənd sakini X6 tərəfindən yer təkindən qanunsuz istifadə edilməsi nəticəsində təbiətə 3720.00 (üç min yeddi yüz iyirmi) manat ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 ********** VÖEN nömrə 8 saylı Vergilər İdarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X12 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X12 iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən X12 iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən X12 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X12 iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X12 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən X12 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı İmişli rayonu, Qaralar kəndi ərazisində Araz çayının məcrasından 496 kub.metr həcmində çınqıl-qum qarışığının qanunsuz olaraq çıxarılması faktının aşkar edilməsi əsas gətirilərək X4 Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 800 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş qərar qanunsuz və əsassız olmuşdur. Belə ki, mübahisləndirilən qərarda İmişli rayonu, Qaralar kəndi ərazisində Araz çayının məcrasından 496 kub.metr həcmində çınqıl-qum qarışığının qanunsuz olaraq çıxarılması faktının aşkar edilməsi əsas gətirilsə də, X6 tərəfindən həmin pozuntulara yol verməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir və məhkəmə araşdırması zamanı da bu hal öz təsdini tapmamışdır. Belə olan halda, hərəkət və hərəkətsiz arasında X4 məsuliyyəti arasında heç bir səbəbli əlaqə müəyyən edilməmişdir. Bununla da, yuxarıda qeyd edilən hallara görə X4 təqsiri sübuta yetirilməmişdir. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən X12 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X12 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin 31 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X12 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin 31 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X12 iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-687/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-687/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver